Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3686/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, ev 32, mənzil 4 ünvanından Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1, küçəsi, ev 32, mənzil 4 Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. xx.xx.2005-ci il tarixli AA-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsəsən qeyd edilən mənzili X2 almışdır. Qeyd edilən müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçünçü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüş olsa da, iddiaçının yoldaşının iş yerindən arayış tələb olunduqdan sonra forma 2 alınmış və bəlli oldu ki, tanımadıqları şəxslər - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onlara məxsus olan mənzildə qeydiyyatdadırlar. Onlarda olan məlumata əsasən qeyd edilən şəxslər keçmiş mülkiyyətçilərdən birinin ailə üzvləridir. Sözügedən mənzildə 2005-ci ildən ailəsi ilə birlikdə yaşayır, həmin tarixdən cavabdehlər faktiki olaraq orada yaşamırlar, qeydiyyatları formal xarakter daşıyır. Cavabdehlərin ona məxsus evdə yaşamadıqlarına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Hazırda cavabdehlərin harada yaşaması da ona məlum deyil. Müraciət etdiyi ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan həmin şəxsin qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 247669 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 32 saylı ev xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. -X1 ilə alıcı İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış və Bakı şəhəri 16 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alqsatqısı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən 32 saylı evi alıcının mülkiyyətinə verir. Həmin müqaviənin 13-cü bəndinə əsasən qeydiyyatdan çıxaması barədə satıcı öhdəlik götürmüşdür. - Bakı şəhəri, Səadət sarayı tərəfindən verilmiş AZ-İ seriyalı 168980 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Vəkil ilə İddiaçı xx.xx.2005-ci il tarixdə nikaha girmişlər. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ünvan 1 ünvanında yerləşən 32 saylı ev tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi İddiaçı adına qeydə alınmış, həmin mənzilin əvvəlki mülkiyyətçiləri isə mənzil satıldıqdan sonra oradan köçüb getmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin mülkiyyətçisi kimi iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlər mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı mülkiyyətçi kimi hazır ki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, buna görədə, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1nın, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 32 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3686/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3686/2020
13.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver