Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3705/2022 08.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvüləri X7 və uşağları xx.xx.2017-ci il təvəllüdlü X10 mənimlə ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə küçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci il tarixdə ünvan 2 ünvanda yerləşən evdə anadan olmuşdur və hal-hazırda həmin ünvanda pasport qeydiyyatdadır. Qeyd etdiyi ünvandakı evdə qeydiyyatda olsa da, hazırda onun ailə üzvlərilə birlikdə həmin ünvandakı evdə yaşamağına atası Cavabdeh2 və qardaşı Cavabdeh1 imkan vermirlər. Belə ki, atası Cavabdeh2 onu həmin evdən zorla çıxarmış və buna görə də artıq neçə illərdir ki, o, ailə üzvlərilə birlikdə kirayələrdə yaşamaq məcburiyyətində qalmışdır. İndiki iqtisadi çətinliklər dövründə kirayədə yaşamaq onun və ailə üzvləri üçün olduqca böyük çətinliklər yaradır. ünvan 3 ünvanda evin həyətində 3 otaqlı və 1 otaqlı iki mənzil vardır. Bundan əlavə həmin həyətdə qaraj tikişi vardır. Lakin bütün bu çətinliklərə baxmayaraq cavabdehlər inadından dönmür və onun ailəslə birlikdə orada köçüb yaşamağına qəsdən mane olur. Beləliklə o, həmin evlərdən yaşamaq üçün istifadə edə bilmir. Ona görə də məhkəmədən ailə üzvləri X2 və uşağı xx.xx.2017-ci il təvəllüdlü X12 onunla birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, artıq uzun müddətdir təxminən 20 yaşlarından atası onu qeydiyyatda olduğu evdən məcburi çıxartmış, onun həmin evə gəlməsinə icazə vermir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə iddiaçı onuda bildimişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi atasının mülkiyyətindədir, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ilə eyni evdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərk bildirdiki, qardaşı nə üçün ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməsi ona aydın deyildir. Belə ki, oda atasının mülkiyyətindəki olan evdə yaşamır, belə ki, atası onuda həmin evdən qovmuşdur. Qardaşının qeyd edilən evə köçməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olan Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi 47 ünvanında yerləşən fərdi yaşayş evidir. O iddiaçının həmin evə köçərək onunla birlikdə yaşamasını isdəmir. İddiaçı artıq uzun müddətdir ki onunla yaşamır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı 093690 saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsindəki 47 saylı evin mülkiyyətçisi Kərimov X5r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin **********24-10301 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsindəki 47 saylı evin mülkiyyətçisi Kərimov X5r. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* saylı xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsindəki 01 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********84 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda torpaq sahəsinin və fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. AZ-İİ seriyalı 410553 saylı nikah haqqında qətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra qadına Kərimova soyadı verilmişdir. AZ-İİİ seriyalı 984317 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 birgə nikahından xx.xx.2017-ci il təvvəllüdlü X15 anadan olmuşdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçının rəsmi qeydiyyatda olduğu Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda cavabdeh Kərimov X3 mülkiyyətində olan Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsi 47 ünvanında yerləşən fərdi yaşayş evidir. Belə ki, bu hal tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları ilə yanaşı mülki iş matriallarına əlavə edilmiş sənədlər ilə də öz təsdiqini tapır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi cavabdeh Kərimov X3 mülkiyyətindədir. İddiaçı isə onun ailə üzvü olmaqla həmin mənzildə qeydiyyata alınmışdır. Həmçinin məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, İddiaçı yaşayış evində qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin evdə yaşamır. İddiaçının sözügedən evdə uzun müddət yaşamaması, iddiaçının izahatı ilə yanaşı, işin digər halları ilə sübuta yetirilir. Bu müddət ərzində o, mübahisəli evdə yaşamağa cəhd göstərməmiş və ya həmin evə köçməklə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər iddiaçının qeyd olunan evdə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. İddiaçının yaşayış (istifadə) hüququnun yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi nəzərdə tuturdu ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsi isə müəyyən edilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, cavabdeh Kərimov X9 iddia olunan evə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin iddiaçı mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə küçürülməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 10 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “ailə üzvüləri ilə birlikdə fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3705/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3705/2022
08.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver