Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3706/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 322334 nömrəli aktın etibarsız hesab edilərək ləğv edilməsi və elektrik enerjisi üzrə abonent kodu **********00014 olan elektrik enerjisinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 669,92 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda quraşdırılan sayğac nənəsi Həlimə Məmmədrəsul qızının adınadır. Abonent kodu **********00014-dür. Həlimə Məmmədrəsul qızı xx.xx.1989-cu ildə vəfat etmişdir. X1yə uyğun olaraq aylıq ödənişləri tam şəkildə ödəyir. Ünvana quraşdırılan sayğac mexaniki sayğacdır və hər ay çek verilməklə ödəniş edilir. Mart ayında ona təqdim edilən qəbzdə 748,79 manat borcunun olduğu ona məlum olmuşdur. Bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, müraciət əsasında ona mərhum nənəsi barəsində tərtib edilmiş akt təqdim edilmişdir. xx.xx.2024-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları yaşadığı ünvanda quraşdırılmış ********* nömrəli EL sayğaca iddiaçının iştirakı və xəbəri olmadan baxış keçirilmiş, bununla bağlı 322334 nömrəli akt tərtib edilmişdir. Həmin aktda qeyd olunmuşdur ki, sayğaca baxış keçirilən zaman abunəçi el sayğacının "B" fazasının giriş və çıxış kabellərini cərəyan qəbuledicilərini şəbəkəyə birbaşa qoşmuşdur. Cavabdeh təşkilat tərəfindən ona təqdim edilən abonentin saldosunda tərtib edilmiş əsassız akta görə 669,92 manat borcun hesablanması ona məlum olmuşdur. Hesablanmış həmin borc məbləği ilə cavabdeh təşkilat müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etsə də, heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən hesablanmış borc tamamilə əsassızdır. Aylıq ödənişləri vaxtı-vaxtında ödəyir və tərəfindən sayğaca hər hansı bir müdaxilə və kənar xətt qoşulmamışdır. Sayğaca baxış keçirilərkən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verilmiş və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, həmin akt tərtib edilən zaman abonentin nümayəndəsi kimi iştirakı olmamış və tərəfindən imzalanmamışdır. Akt isə ölmüş şəxsin adına tərtib edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan İİİ-ЖГ seriyalı 490900 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Həlimə Məmmədrəsul qızı xx.xx.1989-cu ildə vəfat etmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli 322334 nömrəli aktından görünür ki, EEİQ-na uyğun olaraq el sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, abunəçi el sayğacının "B" fazasının giriş və çıxış kabellərini şuntlayaraq cərəyan qəbuledicilərini şəbəkəyə birbaşa qoşmuşdur. - **********00014 nömrəli abonentin "Abonentin saldosu"ndan görünür ki, sayğac xx.xx.2011-cı ildə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi İ.Quliyev/Hacıyev küçəsi 0160 mənzil 0014 ünvanında Həlimə Məmmədrəsul qızının adına quraşdırılmışdır sayğacın qalıq və aktlar üzrə 669,92 manat məbləğində borcu mövcuddur. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlıq qəbzindən görünür ki, Həlimə Məmmədrəsul qızının adına olan **********00014 abonent kodu olan sayğacın 748,79 manat borcu var. - Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 5-18-4/2-324/2024 nömrəli arayışından görünür ki, İddiaçı, həqiqətən, Kürdəxanı qəsəbəsi H.Hacıyev küçəsi ev 14 döngə 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız həmin Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. "X1 Qaydaları"nın 5.3-cü bəndinin ikinci cümləsinə əsasən, yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. Həmin Qaydaların 7.13-cü bəndinə görə, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Həmin Qaydaların 7.17-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvan üzrə **********00014 nömrəli abonent kodu olan sayğac Həlimə Məmmədrəsul qızının adına quraşdırılmışdır. Həlimə Məmmədrəsul qızı xx.xx.1989-cu ildə vəfat etmişdir. İş üzrə təqdim edilmiş arayışdan görünür ki, ha-hazırda həmin ünvanda İddiaçı yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normaya uyğun olaraq iddiaçı Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi İ.Quliyev/Hacıyev küçəsi 0160 ünvanında yerləşən 0014 nömrəli mənzilə Həlimə Məmmədrəsul qızı vəfat etdikdən sonra faktiki olaraq sahiblik etməyə, onu idarə etməyə başladığından və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyindən məhkəmə hesab edir ki, miras əmlak vərəsə tərəfindən qəbul edilmiş sayılır və iddiaçının bu iddianı qaldırmağa subyektv hüququ var. Göründüyü kimi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi İ.Quliyev/Hacıyev küçəsi 0160 ünvanında yerləşən 0014 nömrəli mənzilə quraşdırılmış sayğaca müdaxiləyə görə akt tərtib edilmiş, 669,92 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qanunvericiliyin "istehlakçıların elektrik sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin elektrik paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, akt üzrə hesablanmış 669,92 manat borc məbləği silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iddianın qiyməti 669,92 manat olduğundan 30 manat və iddia tələbi təmin olunduğundan məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 322334 nömrəli akt ləğv edilsin və elektrik enerjisi üzrə abonent kodu **********00014 olan elektrik enerjisinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız hesablanmış 669,92 manat məbləğində borcun silinsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-3706/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3706/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver