Məhkəmə qərarları › İş №2(008)-3710/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3710/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3710/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, Cavabdeh Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə ona məxsus olan “Daewoo Gentra” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasəsn aparılmış kredit öhdəliklərinin geri tələb edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC eyni zamanda məhkəməyə iddianın təmin edilməsi tədbiri barədə ərizə ilə müraciət edərək işə mahiyəti üzrə baxılıb həll olunanadək Cavabdeh mülkiyyətində olan 2014-cü il buraxılşlı, “Daewoo Gentra” markalı, ** US *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA559729 ban, ağ rəngli avtomobilin üzərinə həbs qoyularaq cavabdeh və digər şəxslər tərəfindən idarə olunmasının qadağan edilməsi və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X8 cərimə meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla ərizəni təmin etmişdir. Məhkəmə xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianı təmin etmiş, xx.xx.2019-cu il tarixdə isə icraya yönəltmişdir. Qətnamə icraya yönələnə qədər tərəflər arasında xx.xx.2019-cu il tarixli Saziş imzalanmışdir. Həmin Sazişə əsasən cavabdeh iddiaçıya 5580 manat borcu olduğunu etiraf etmiş, xx.xx.2019-cu il tarixədək 500 manat məbləğində ödəniş etməyi, qalan 5080 manat borcu 36 ay müddətinə hər ay sabit məbləğ olaraq 141.11 manat məbləğ şəklində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sonradan Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, ona məxsus “Daewoo Gentra” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Cavabdeh ərizəni borcunun Azərbaycan Respublikasının prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən restruktizasiya etdirməsi ilə əsaslandırmışdır. Məhkəmə xx.xx.2019-cu il tarixli qərardadla xx.xx.2019-cu il tarixli qərardadı ləğv etmiş və Cavabdeh məxsus olan “Daewoo Gentra” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini qərara almışdır. Həmin qərardad ilə razılaşmayan İddiaçı MMC qərardadı əsassız və qanunzus hesab edərək şikayət ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin xx xxxx 2019-cu il tarixli 2(008)-4702/2019 saylı qərardadı ilə Cavabdeh məxsus “Daewoo Gentra” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmçinin Sabunçu rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(008)-4702/2019 saylı qətnaməsi ilə iddiaçının tələbi təmin edilərək cavabdehdən İddiaçı MMC-nin xeyrinə ümumilikdə 5580 tutulması qət edilmişdir.Cavabdeh X6 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli məlum fərmanına əsasən bankla onun arasında borcun restrukturizasiyasını həyata keçirmiş və aralarında razılaşma olmuşdur. Ona görə də, xx xxxx 2019-cu il tarixli, 2(008)- 4702/2019 saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-4702/2019 saylı qərardadı ilə Məhkəmənin xx xxxx 2019-cu il tarixli, 2(008)-4702/2019 saylı qərardadı ləğv edilərək iş üzrə cavabdeh X1 məxsus “Daewoo Gentra” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır.Sabunçu rayon Məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış xx xxxxxxxx 2019-cu il tarixli sazişə əsasən cavabdeh iddiaçıya 5580 manat məbləğində borcu olduğunu etiraf edib, cavabdeh tərəfindən xx xxxxxxx 2019-cu il tarixədək 500 manat məbləğində ödəniş etməli olması, qalan 5080 manat məbləğində borcu 36 ay müddətinə hər ay sabit məbləğ olmaqıa 141.11 manat məbləğində iddiaçıya ödəməsi şərti ilə razılaşmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki ərizə təmin olunmalıdır.Məhkəmənin nəzərinə çatdırılır ki, Sabunçu rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli 2(008)- 4702/2019 saylı qətnamə qəbul edildikdən sonra tərəflər arasında xx.xx.2019-cu il tarixli saziş imzalanmış, cavabdeh 36 ay müddətinə hər ay sabit məbləğ olmaqla 141.11 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, saziş üzrə öhdəlikləri icra etmədiyindən Sabunçu rayon Məhkəməsinə iddianın təmin tədbirinə dair qərardadın ləğv edilməsinə dair müraciət edilməmişdir.Həmçinin, nəzərə çatdırmaq istəyirlər ki, borclu bank qarşısında götürdüyü öhdəliyi icra etdikdən sonra ipoteka saxlayan ipoteka predmeti olan avtomobilin girovdan azad olunması üçün müvafiq orqanlara müraciət edəcək. Bununlada borclu kredit müqaviləsinin digər təminatı olan avtomobili mülkiyyətindən çıxarmaqla özgəninkiləşdirəcək. Nəticədə icra mərhələsində məhkəmənin qətnaməsinin icrası, borcun borclunun əmlakına yönəldilməsi mümkünsüz olacaqdır.Eyni zamanda borclunun zamin qarşısında pul öhdəliyinin olduğunu nəzərə alaraq, hesab edirlər ki, cavabdeh qeyd edilən avtomobildən istifadə etməkdə davam etdiyi üçün avtomobilin istifadəsinin qadağan edilməsi zərurəti vardır.Həbsin götürülməsi haqqında qərardadın tarixi xx xxxxxx 2019-cu il kimi göstərilsə də, qərardad xx xxxxxx 2019-cu il tarixdə təqdim olunmuşdur.Ona görə də Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-4702/2019 saylı qəradadından verdikləri şikayətə 3 gün müddətində baxıb onu ləğv edilməsi və ya şikayətə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilir. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, 7 gün müddətinə şikayətin baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Ərizəyə yenidən baxılması ilə əlaqədar tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 şikayətin məzmununa uyğun izah verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Sazişin surətindən görünür ki, cavabdeh 17-A-1-0-584-14 saylı, xx xxx 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə iddiaçı 5580 manat borcu olduğunu etiraf etməsi, cavabdeh iddia tələbindən 5580 manat məbləğindən xx xxxxxxx 2019-cu il tarixədək 500 manat məbləğində ödəniş etməli olması, qalan 5080 manat borcu 36 ay müddətinə hər ay sabit məbləğ olaraq 141.11 manat məbləğ şəklində iddiaçıya ödəməyi öhdəsinə götürməsi şərti ilə razılşamışlar. Lakin, həmin saziş imzalandıqdan sonra borclu saziş üzrə öhdəlikləri icra etməmişdir. Eyni zamanda iş materiallarında borclu tərəfindən borc məbləğinin restruktruzasiya olunması barədə sübutlar müəyyən edilməmiş və bu barədə borclu tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ona məxsus “Daewoo Gentra” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 268- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Cavabdeh ona məxsus “Daewoo Gentra” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar