Məhkəmə qərarları › İş №2(008)-3738/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3738/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3738/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcraiyyə Komitəsinin 1990-ci il 27 mart tarixli 1/44 nömrəli qərarına əsasən Bilgəh bağlar sahəsində ümumi sahəsi 0.12 ha (12 sot) torpaq sahəsi olan 1871 nömrəli bağ sahəsinə aid 35 nömrəli orderdə adı göstərilən “X15” ilə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 2021-ci 26 noyabr tarixli BA- 05652-2021 nömrəli arxiv çıxarışında “X21 oqlı”nın eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X15 2021-ci ilin 27 yanvar tarixində vəfat etmişdir. Yoldaşından miras qalmış Bakı Şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 0.12 ha (12 sot) torpaq sahəsi olan 1871 nömrəli bağ sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair dövlət reyestrindən çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət araşdırılırkən Bakı Şəhər İcraiyyə Komitəsinin 1990ci il 27 mart tarixli 1/44 nömrəli qərarına əsasən Bilgəh bağlar sahəsində ümumi sahəsi 0.12 ha (12 sot) torpaq sahəsi olan 1871 nömrəli bağ sahəsinə aid 35 nömrəli orderdə həyat yoldaşı “X15” kimi qeyd olunsa da, buna dair Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 2021-ci 26 noyabr tarixli BA-05652-2021 nömrəli arxiv çıxarışında “X21 oqlı” kimi yazıldığından sənədləşmənin aparılması və onun adına çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 2022-ci 28 yanvar tarixli **********65 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində orderlə və sözü gedən Arxiv çıxarışı arasında hüquq sahibinin ata adında uyğunsuzluq (Əmrah/Amirxan) olduğunu bildirdilər. Buna görə də yaranmış vəziyyətin hüquqi cəhətdən aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İddiaçı da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiyim yanlışlıq onların səhvlərindən olmayıb, müvafiq dövlət orqanı sənədləşdirməni apararkən diqqətsizliyə yol verib. xx.xx.2022-ci il tarixdə ərizəçi tərəfindən verilmiş tələbin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş 2021-ci 26 noyabr tarixli BA-05652-2021 nömrəli arxiv çıxarışının 11 mart 1948-ci ildə doğulmuş və 27 yanvar 2021-ci ildə vəfat edən X7 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul etməyini məhkəmədən xahiş etdi. Ərizəçi və onun nümayəndəsi X16 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təşərüfatının inkişafı və istismarı birliyi Bilgəh bağlar sahəsindəki 32 nömrəli koperativinin 35 saylı orderindən görünür ki, Bakı şəhər İcarəyə komitəsinin 1990-ci il 27 mart tarixli 1/44 nömrəli qərarına əsasən Bilgəh bağlar sahəsində ümumi sahəsi 0.12 ha (12 sot) torpaq sahəsi olan 1871 nömrəli bağ sahəsi X8 ayrılmışdır. Bakı şəhəri X6 İcariyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Bilgəh bağlar sahəsində ümumi sahəsi 0.12 torpaq sahəsi X1 ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********59 saylı bildirişindən görünür ki, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1871 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmalkın dövlət reyestrində qeydiyyta alınması ilə bağlı müraciət baxılaraq bildirilmişdir ki, bağ sahəsinin yerini dəqiq tanmadığınız üçün və sənədin hüquq sahibinin ata adında uyğunsuzluğ olduğundan müraciət yerinə yetirilə bilməmişdir. -Ermənistan SSR Qafan rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş İV-СЛ seriyalı 475262 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 atası X2r anası X10r. Ermənistan SSR Qafan rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İ-СЛ seriyalı 479180 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1986-cı ildə vəfat etmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında İstanbul şəhərində vəfat etmişdir. -Nəsimi rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 082428 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Ərizəçi xx.xx.2003-cü ildə nikah bağlamışlar. - Nəsimi Rayon Şöbəsi tərəfindən verilmiş 405642 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X12 atası X14r anası X3r. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş Ermənistan SSR Qafan rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş İV-СЛ seriyalı 475262 nömrəli doğum haqqında şəhadətnamənin surətindən, o cümlədənvə 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ata adı Bakı şəhəri X6 İcariyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 1/44 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında yalnışlıqla “Amirxan” kimi qeyd edilmiş, lakin həmin arxiv çıxarışına əsasən verilmiş orderdə isə doğru “Əmrah” kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər X13 İcraiyyə Komitəsinin 1/44 nömrəli, 27 mart 1990-cı il tarixli qərarından təsdiq edilmiş arxiv çıxarışının 11 mart 1948-ci ildə doğulmuş və 27 yanvar 2021-ci ildə vəfat etmiş X7 məxsus olması faktının müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli Hakim: Namidar Misirzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar