Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3782/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "xx.xx.2012-ci il tarixli müqavilə üzrə 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manat pulun ödənilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3, Cavabdeh, X7, X9 və X4 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ilə hər bir cavabdeh arasında ayrı-ayrılıqda bağlanmış müqavilə üzrə müvafiq olaraq hər bir cavabdehin öz üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməməsi (borcun ödənilməsədən yayınması) hərəkətlərinin qanunsuz hesab edilməsi, xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın Cavabdeh, xx.xx.2005-ci il tarixli müqavilə üzrə MTK-ya olan 4911 manat borcun və həmin borca hesablanmış 1566 manat faizin, cəmi 27066 manatın X5, xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 57493 manat borcun və həmin borca hesablanmış 4456 manat faizin, cəmi 61949 manatın X8, xx.xx.2013-cü il tarixli müqavilə üzrə MTK-ya olan 42043 manat borcun və həmin borca hesablanmış 3258 manat faizin, cəmi 45301 manatın X1, xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 14502 manat borcun və həmin borca hesablanmış 1124 manat faizin, cəmi 15626 manatın X2 tutularaq İddiaçı-ya ödənilməsi, məhkəmə məsrəfləri olan ümumilikdə 18054 manat iddia qiymətinə görə 471 manat ödənilmiş dövlət rüsumunun və 1*** manat hüquqi xidmət haqqının cavabdehlərdən müştərək qaydada tutulmaqla İddiaçı-ya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iş 2(008)-2369/2023 nömrəsi ilə qeydə alınmış və məhkəmənin hakimi Ruslan Mirzəliyevin icraatına verilmişdir. Bundan sonra müəyyən edilmişdir ki, eyni məhkəmənin hakimi Adilə Paşayevanın icraatında iddiaçı Cavabdeh İddiaçı-ya qarşı "tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 107 müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1B nömrəli binanın 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 kv.m qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,9 kv.m olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95169,46 manat məbləğində müəyyən olunması" barədə iddiasına dair 2(008)-17/2023 nömrəli başqa bir mülki iş vardır. Ona görə də məhkəmənin xx.xx.2023-cü il tarixli 2(008)-2369/2023 nömrəli qərardadı ilə İddiaçı-nın cavabdehlər X3, Cavabdeh, X7, X9 və X4 qarşı iddiasının Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli müqavilə üzrə MTK-ya olan 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manatın ödənilməsi barədə hissəsi ayrıca icraata ayrılmışdır. Ayrılan hissə, yəni hazırkı mülki iş məhkəmədə 2(008)-3782/2023 nömrəsi ilə qeydə alınmış və məhkəmənin hakimi Vidadi Qasımovun icraatına verilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi Vəkil vəsatət verərək hazırkı işin və məhkəmənin icraatında olan 2(008)-17/2023 nömrəli işin bir icraatda birləşdirilməsini xahiş etdi, Cavabdeh də işlərin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə görə, bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, məhkəmə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan hazırkı və 2(008)-17/2023 nömrəli mülki işlərin eyni növlü olmasını, hər iki işdə eyni tərəflərin iştirak etməsini nəzərə alaraq bu qənaətə gəldi ki, bu işlərin birləşdirilməsi məqsədə müvafiq olduğuna görə həmin işlər bir icraatda birləşdirilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan aşağıdakı mülki işlər bir icraatda bilrəşdirilsin: 1) İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı "xx.xx.2012-ci il tarixli müqavilə üzrə 28400 manat borcun və həmin borca hesablanmış 2201 manat faizin, cəmi 30601 manat pulun ödənilməsi" barədə iddiasına dair 2(008)-3782/2023 nömrəli, 2) İddiaçı Cavabdeh İddiaçı-ya qarşı "xx.xx.2012-ci il tarixli 107 müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsi 1B nömrəli binanın 8-ci mərtəbəsində yerləşən 55 nömrəli mənzilin ümumi sahəsinin 150,46 kv.m qeyd olunmasına və müqavilədə mənzilin dəyərinin həmin sahə üçün nəzərdə tutulmasına baxmayaraq, mənzilin faktiki (real) sahəsi 139,9 kv.m olduğundan müqavilə üzrə mənzilin ümumi dəyərinin 10,56 kv.m üçün nəzərdə tutulmuş həcmdə azaldılaraq 95169,46 manat məbləğində müəyyən olunması" barədə iddiasına dair 2(008)-17/2023 nömrəli. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-3782/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3782/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver