Məhkəmə qərarları › İş №2(008)-3793/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3793/2020

25.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3793/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilin təmirinə görə çəkilmiş xərclərin ödənilməsi tələbində dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14-cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 279 saylı izolə olunmuş 2 otaqdan ibarət mənzilə çəkilən tamir xərcləri 37 500 manat, cavabdehin vaxtvnda ona təmirin saxlanılmamasına görə 20 000 manat mənəvi zərərin, mənzildə mətbəx mebelinin qurulmasına görə 1700 manat, köçürülmə xərcləri 300 manat, 1000 manat hüquqi xidmətə görə xərclər və 31 manat dövlət rüsumunun, cəmi 60 531 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC ilə payçı X2 arasında xx.xx.2013-cü il tarixdə 144 nömrəli müqavilə bağlanaraq Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 291 saylı, 2 otaqdan ibarət mənzilə dair, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 291 saylı 2 otaqdan ibarət mənzil onun adına rəsmiləşdirilərək müqavilə bağlanmışdır. "xxxx" MMC ilə aralarında müqavilə bağlandıqdan sonra həmin mənzil onun mülkiyyətində olduğu üçün küllü miqdarda vəsait qoyularaq mənzil tərəfindən təmir edilmişdir. Bundan sonra iddiaçı Cavabdehlər "xxxx" MMC və İddiaçı qarşı "mənzilin boşaldılması və s. tələbinə dair" məhkəməyə müraciət edərək Cavabdeh sahibliyinə və istifadəsinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-209/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)- 8281/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-209/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Cavabdeh "xxxx" MMC və İddiaçı qarşı "mənzilin boşaldılması və s. tələbləri qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 279 saylı, 2 otaqlı mənzilin boşaldılaraq cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin mənzildən çıxarılaraq və mənzil boşaldıldıqdan sonra iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-737/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8281/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. "xxxx" MMC ilə bağlanmış müqavilənin şərtlərinə görə tam təmirsiz mənzili podratçıya payçıya verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 279 saylı, izolə olunmuş 2 otaqdan ibarət mənzil tərəfindən təmir olunduqdan sonra mütəxəssis tərəfindən baxş keçirilərək rəy verilmişdir ki, təmirə çəkilən xərclər əslində 37 500 manat təşkil etsə belə üçüncü şəxs qismində əvvəlki məhkəmələrdə çıxış edən "xxxx" MMC-nin nümayəndəsinin dedikləri və Ali Məhkəmənin qərarında öz əksini tapmışdır. İş materillarında olan 27 000 manat təşkil etməsinə dair sənədlərin və ekspertizanın qiymtələndirmənin nəticəsi həqiqətə uyğun gəlmir. Lakin, Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 279 saylı, izolə olunmuş 2 otaqdan ibarət mənzil məhkəmə qətnaməsi ilə Cavabdeh verildiyindən mənzilə çəkilən təmir xərcləri 37 500 manat, bundan başqa cavabdehin vaxtında bilərəkdən təmirin saxlamadığına görə 20 000 manat mənvi zərərin, mənzildə mətbəx mebelinin qurulmasına görə 3 000 manat, köçürülmə xərcləri 300 manat, 1000 manat hüquqi xidmətə görə xərclər və 31 manat dövlət rüsumunun cavabdehdən qanunla tutularaq ona ödənilməsi barədə tələbini əsaslı hesab edir. Göründüyü kimi, binanın eyni girişində yerləşən, sahəsi və otaq sayı eyni olan mənzillərin yerləşdiyi mərtəbələr və nömrələri müqavilələrdə fərqli göstərilməsi tərəflərin təqsiri ucbatından olmasa da, cavabdeh və mənzilin satışını həyata keçirdən şəxslər bu barədə mənzili təmir etdirən ona vaxtında xəbər verməmişdirlər. Hazırda qanuni qüvvəsini almış məhkəmə aktlarından müəyyən olunur ki, mübahisəli münasibətlər yaranmamışdan əvvəl Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12 də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 291 saylı, 2 otaqdan ibarət mənzildə tam təmir işləri bitmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək qeyd etdi ki, iddiaçıdan onun mənzilində təmir etməsini xahiş etməmiş, orda olunan təmir onu qane etmir, o, mənzilin arakəsmələrini dəyişmək və quruluşunu dəyişmək niyyətindədi. İddaçıdan ona məxsus mətbəx mebelinin sökülüb götürülməsini və mənzilin ilkin vəziyyətə salınmasını xahiş edir. İddiaçı tərəfindən edilən təmir əksinə onu ziyan vurub, çünki həmin təmirin sökülməsinə onun xərci çıxasaq. İddiaçı tərəfində onun məzilində söküntü işləri aparılmazsa, o, özü hər şeyi söküb mərtəbənin meydançasına qoyacayq. Hesab edir ki, iddia tamamilə əsassızdır və rədd edilməlidir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçının qardaşı X2 (payçı) ilə «xxxx» MMC (sonradan – MMC) (podratçı) arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən payçı Yasamal rayoınu, Şərifzadə küçəsi, 12 də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 291 saylı, 2 otaqdan ibarət mənzilin tikintisini podratçıya həvalə etmişdir. Sonradan MMC ilə Teymurov Ramiz arasında «Binada mənzillərin təmir olunması haqqında» xx.xx.2016-cı il tarixli 78 №-li müqavilə bağlanmışdır. Həmin mənzilə dair müqavilələr Teymurov Ramiz tərəfindən imzalansa da, həmin mənzilin faktiki sahibi onun bacısı hazırki iş üzrə İddiaçı olmuş, mənzilin təmiri məhz onun tərəfindən aparılmış və hazırda da həmin mənzildə məhz İddiaçı yaşayır. Bu hal işin mübahisə edilməyən halıdır. Bu səbəbdən də hazırki iddia ilə o özü məhkəməyə müraciət etmişdir. Eyni zamanda, MMC ilə Cavabdeh arasında eyni tipli xx.xx.2013-cü il tarixli, 64 №-li müqavilə eyni göstəricələrlə, lakin 12-ci mərtəbəsində yerləşən 279 №-li mənzilə dair bağlanmışdır. Yəni, iki mənzilin mərtəbəsi və nömrəsi fərqli olmuşdur. İddiaçı mübahisəli mənzili tam təmir etmiş və hazırda orada yaşayır. Cavabdehlər MMC və İddiaçı qarşı mənzilin boşaldılması və sair tələblərlə məhkəmədə iddia qaldırmışdır. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-209/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)-8281/2019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, adıçəkilən qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri, Yasamal rayoınu, Şərifzadə küçəsi, 12-də inşa edilən 5 girişli, 15 mərtəbəli binanın 4-cü giriş 14 -cü mərtəbəsində ümumi sahəsi 66,6 kv.m olan 279 saylı, 2 otaqlı mənzilin boşaldılaraq cavabdeh İddiaçı əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, mənzilin boşaldıldılması və Cavabdeh təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, İddiaçı istifadəsində olan və onun tərəfindən təmir edilən mənzil məzh Cavabdeh məxsus 279 №-li mənzildir, İddiaçı MMC-nin düzgün təqdim etməməsi nəticəsində (mərtəbələr qarışmış) özünə məxsus olmayan, heç bir hüququ olmayan, Cavabdeh məxsus olan mənzili özünə məxsus hesab etmiş və orada təmir işlərini etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-737/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (103)- 8281/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hazırda iddiaçı mənzilin təmirinə görə çəkilmiş xərclərin ödənilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Həmin Məcəllənin 1097.1 ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı həqiqətən cavabdehə məxsus olan mənzildə təmir işləri apararkən ziyana düşmüşdür, lakin bu ziyan cavabdehin təqsiri nəticəsində deyil, MMC-nin səhvi nəticəsində baş vermişdir. Məhkəmə, iddiaçı tərəfin izahatına və mövqeyinə tənqidi yanaşaraq həmin tələbin əsası kimi irəli sürülmüş dəlilləri əsassız sayır və hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olunmuş həqiqi hallar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. §68 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də, tərəf hər hansı bir əsaslı sübut təqdim etməmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar