Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3795/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 16 ünvanındakı mənzilinə olan yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 mənzil 16 onun mərhum həyat yoldaşı X2 mülkiyyətindədir. xx.xx.2019-cu il tarixdə həyat yoldaşı vəfat etmiş və o, xx xxxxxxxx 2019-cu il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almışdır. Mənzili onun mərhum ərinə xx.xx.2018-ci il tarixdə köhnə mülkiyyətçi Hacıyev X4. Mənzil RX seriyalı ******* saylı çıxarışa əsasən xx.xx.2018-ci il tarixdə ərinin adına rəsmiləşdirilmişdir. Mənzildə iddiaçıgilin mənzili aldığı şəxsdən də əvvəlki köhnə sahibinin nəvəsi pasport qeydiyyatındadır. Alqı-satqı müqaviləsindən də göründüyü kimi satıcı evi üçüncü şəxslərin hüquqlarından azad şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. Bir neçə gün əvvəl arayış alarkən xəbəri oldu ki, həmin evdə olan şəxs hələ də iddiaçının evində qeydiyyatdadır. Cavabdehin valideynləri mənzili satdıqdan sonra çıxıb gedib və həmin vaxtdan orada yaşamır. Mənzildə cavabdehə məxsus əmlak yoxdur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır və onun qeydiyyatda olduğuna görə iddiaçı tərəfindən əlavə xərclər çəkilir. Cavabdehin qeydiyyatı səbəbindən evə dair bütün sənədləşdirmə işlərin aparılmasında, vərəsə kimi mənzili mülkiyyətinə keçirməkdə çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, 1977-ci il tarixdən qonşuluqdakı evdə yaşayır. Köhnə mülkiyyətçi Hacıyev Rəhim evi Daranın mərhum əri X1. Səriyyə uzun illərdir ki o evdə yaşamır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh ünvan 2 mənzil 16 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydə alınmışdır; - AZ-İ seriyalı 154644 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X9 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır; -Satıcı X7 ilə alıcı X6 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş AN-İ ******* saylı Daşınmaz əmlakın alq-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 3 ünvanda yerləşən 16 saylı mənzili alıcının mülkiyyətinə verir. - Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriaylı 997875 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir; - xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X2 vərəsəsi arvadı İddiaçı İmamnazarovadır və ünvan 3 ünvanda yerləşən 16 saylı mənzil ona 1/1 hissədə miras qalmışdır; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 16 saylı mənzil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Beləliklə, yuxarıda göstərilənlərdən aydın olur ki, ünvan 3 ünvanda yerləşən 16 saylı mənzil tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında xüsusi mülkiyyət kimi iddiaçının həyat yoldaşı X2 adına qeydə alınmış, həmin mənzilin əvvəlki mülkiyyətçiləri isə mənzil satıldıqdan sonra oradan köçüb getmiş, daha sonra X5 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən sözügedən ev İddiaçı İmamnazarovanın adına rəsmiləşdirilmişdir. Hazırda cavabdeh mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, mübahisəlimənzilin mülkiyyətçisi kimi iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Qeyd olunan mənzilə dair iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdeh mülkiyyət hüququ və mülkiyyət hüquqları ilə bağlı bütün hüquqları itirilmişdir, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. İddiaçı İmamnazarovanın mülkiyyətçi kimi hazır ki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır, buna görədə, iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 3 ünvanda yerləşən 16 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3795/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3795/2020
02.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver