Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3810/2023 10.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsədin sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla, doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində Bakı şəhərində ev şəraitində qızının doğulması faktının müəyyən edilməsi və doğumun qeydə alınması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, bir neçə il əvvəl qeyri rəsmi olaraq X5 ilə ailə qurmuşdur. Ərizəçi hal-hazırda həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ünvanındaki sənədsiz olan evlərində müvəqqəti qeydiyyata düşməklə yaşayır. 14 fevral 2023-cü il tarixində sancıları olmuş və daha sonra həyat yoldaşı qonşuluqda yaşayan tibb sahəsində çalışan Ağayeva Kəmalə adlı xanımı çağırmışdır. Həmin vaxtı digər qonşuları olan Qurbanova Həqiqət və Əliyeva Sevinc də köməyə gəlmişdir. Doğumu X1 ilə həyata keçirmişdir. xx.xx.2023-cü il tarixində saat 02:30-da onun qız övladı dünyaya gəlmişdir. Köməkliyi həyata keçirən qonşular uşağın doğumu barədə akt tərtib ediblər. Qonşular ərizəçiyə xəstəxanaya müraciət etməli olduğunu bilirsələr də, onun imkanı olmadığı üçün həkimlərə müraciət etməmişdir. Bir müddət keçdikdən sonra uşağının sağ qaldığını və ciddi bir xəstəliyinin olmadığına şahid olmuşdur. Bundan sonra yaxınlıqdaki 22 nömrəli şəhər Poliklinikasına müraciət edərək uşağın peyvəndinin vurulmasını xahiş etmişdir. Lakin bildirilmişdir ki, peyvəndin vurulması üçün uşağın doğum şəhadətnaməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Ərizəçi onun qonşusudur. Gecə vaxtı Hüsniyənin sancıları olduğundan bu sahədə işlədiyimdən təcrübəm olduğundan doğumun həyata keçirilməsi üçün köməklik etdiyini dedi. Məhkəmədə şahid qismində dindirilmiş X3 Ərizəçi bacısı olduğunu, yaxınlıqda yaşadığını 14 fevral günü gecə vaxtlarında bacısı gilə gəldiyini o gəldiyi zaman artıq doğuş baş verdiyini və bu barədə iştirak edən şəxslərin iştirakı ilə akt tərtib edildiyini dedi. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşdə olan 22 nömrəli Şəhər Poliklinikasının 18 aprel 2023-cü il tarixli 96 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, İİ mədən ünvanında qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü il tarixdə anadan olmuş qız uşağı hal-hazırda praktiki sağlamdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Akta əsasən Ərizəçi bir qız uşağını dünyaya gətirməsi faktını iştirakçılar və doğumun həyata keçirilməsinə köməklik edən Ağayeva Kəmalə, Qurbanova Həqiqət və Əliyeva Sevinc öz imzaları ilə təstiq etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, Ərizəçi hazırkı ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, toplanmış və araşdırılmış sübutlar Ərizəçi bir qız uşağı doğması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində bir qız uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3810/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3810/2023
10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver