Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3825/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X14, İddiaçının nümayəndəsi (vəkili) Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mübahisə predieti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs X30 işə cəlb edilməklə mənzildən çıxarılma, mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı mübahisə predieti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs X30 işə cəlb edilməklə mənzildən çıxarılma. mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2005-cil tarixli, 46 №-li sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində tərəfindən inşa və təmir edilmiş 21477966 seriya nömrəli elektrik enerji sayğacı, 10593997 nömrəli qaz sayğacı ilə təmin edilmiş bir mərtəbəli, 3 otaqlı, 81 kv metr ümumi sahədən ibarət tikilidən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları xx.xx.2023-cü il təvəllüdlü X12 çıxarılmalı, tikilinin boşaldılması və onun həmin tikiliyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 Cavabdeh1 qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək Bakı şəhəri, Sabunçu, rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində İddiaçı tərəfindən inşa edilmiş, 21477966M368419 seriya nömrəli elektrik enerji sayğacı, 10593997 nömrəli qaz sayğacı ilə təmin edilmiş, bir mərtəbəli, tikinti sahəsi 81 kv metr, tikinti yerinin koordinatı X 40°28'12.86"C, Y 49°54'49.94"B tikilidən cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - xx.xx.2023-cü il təvəllüdlü X12 çıxarılmaları, tikilinin boşaldılması və onun həmin tikiliyə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh2 və Cavabdeh3 hər iki iddia üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Baki şəhəri 15 saylı notariat ofisinin 911677 nömrəli etibarnamə əsasında X20 (Ş.V:AZE 13142160,xx.xx.2013 BABƏK RPŞ,FİN 3N53R7L,d/t:xx.xx.1988) Baki Şəhəri 43 sayli notariat ofisinin 7E-33445 nömrəli və xx.xx.2021 -ci il tarixli etibarnaməsindən X16 (Ş.V:AZE 09723575,xx.xx.2012 Suraxanı RPŞ,FİN 403QNWV,d/t:xx.xx.1962) Bakı şəhəri, Sabunçu Rayonu Balaxanı Bələdiyyəsi xx.xx.2005-ci il tarixli No:46 saylı qərarına əsasən Bakə şəhəri, Sabunçu Rayonu Balaxanı ərazisində yerləşən 600 kv metr torpaq sahəsinin üzərində tikinti işləri aparıb satmaq üçün 15.000 azn almışdır. Etibarnamə əsasında aldığı 600 kv metr torpaq sahəsində 1 ədəd yarım tikili ve üç tam tikili ev tikib axırıncı evin tikintisini bitirdikdə tanımadığı, lakin adının Cavabdeh1 olduğunu bildiyi bir şəxs ona yaxınlaşaraq bu torpağın ona aid olduğunu və X20 2019-cu ildə alğı-satqı müqaviləsi ilə notarial qaydada məbləğini də köçürmə yolu ilə X20 aldığını bildirmişdir. O tikinti işlərini ilk başlayanda tikintiləri gördüyünü deyib, özünə tikinti işlərinə ilk başlayanda niyə gəlib xəbərdarlıq etmədiyini bildirmiş, cavabdeh ise cavab olaraq Rasimlə öz aralarında danışıb həll etdiklərini və ona görə də iddiaçını narahat etmədiklərini demiş, hətta tam tikdiyi 3 evdən ikisini satdığını ve evləri alan şəxslərə Cavabdeh1 tərəfindən iki evi alan şəxslərin sənədlərini öz adlarına keçirmələri üçün notarial qaydada etibarnamə də verdiyini qeyd etmişdir.O axırıncı tiktiyi tam tikili evi də makler vasitəsi ilə satmışdır. Lakin o, evi satdığı şəxsə təhvil verməzdən əvvəl Cavabdeh1 adlı şəxs evə icazəsiz daxil olaraq torpağın aid olduğunu Rasimin ona 15.000 AZN pulu mən verəcəyini desə də bu günə kimi pulunu vermədiyini və özüdə pulunun əvəzinə evi zəbt etdiyini ve evin giriş qapısının açarını dəyişdiyini demişdir. Cavabdeh1 adlı şexs ilə 1 500 manatın ona göndərməsi qarşılığında zəbt edilmiş evlərin iddiaçıya qaytarılması barədə razılıq olsa da, cavabdeh zəbt etdiyi evi ona təhvil vermək əvəzinə iddiaçını mobil telefonundan yığaraq zəbt etdiyi evdən çıxamayacağını və ondan torpağa qiymətinin iki misli pul istədiyini demişdir. İddiaçı və cavabdehin razılaşdığı qiymətdə deyil, cavabdehin özünə görə qiymeti qaldırmış ve bu vəziyyəti bir fürsət kimi bilərək onun tiktiyi axırıncı evini həm iddiaçıdan pulsuz almaq istəyir, həm də onu ciddi maddi ziyanlığa qoymaq istədiyini bildirmişdir. Hal hazırda da ev Cavabdeh1 zəbtindedir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iddiaçının iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçının hazırkı iddia tələbləri ilə bağlı iddia qaldırmaq üçün heç bir subyektiv hüququ yoxdur. İddia tələbində göstərilən torpaq sahəsinin və üzərindəki tikilinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçının qeyd etdiyi torpaq sahəsi 14 oktyabr 2019-cu il tarixində X30 ilə Cavabdeh1 arasında Dövlət Notariat Kontorunda bağlanılmış və Dövlət Notariusu tərəfindən təsdiqlənmiş ilkin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmışdır. Bağlanılmış ilkin alqı-satqı müqaviləsi ilə satıcı X30 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini cavabdehə satmış, alıcı Cavabdeh1 isə həmin torpaq sahəsinin əvəzi olaraq satıcıya 15000 manat ödəmişdir. İddiaçı dələduzluq əməli ilə vətəndaşların etibarından sui-istifadə edərək ayrı-ayrı şəxslərlə müqavilə bağlamış və qanunsuz bir şəkildə yaşayış evlərini satmağa qadir olmuşdur. Hal-hazırda o, dələduzluqla bağlı törətdiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilmişdir. İddiaçı əsassız iddia tələbi ilə cavabdehin özünə məxsus olan torpaq sahəsindən və ona aid olan yaşayış evindən çıxarmaq istəyir. Halbuki iddiaçının verdiyi iddia üzrə subyektiv hüquqları mövcud deyildir. Onun həmin topaq sahəsi və fərdi yaşayış sahəsi üzərində hüquqlarını tanıdacaq heç bir rəsmi sənədi və hüququ yoxdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarına görə, qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: 1. Öz hərəkətlərinə hüquqi ixtiyar; 2. Başqa (borclu) şəxslərdən tələb etmək hüququ; 3. Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Bununla əlaqədar olaraq iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinin əsaslandırılması üçün mübahisəli tikiliyə və torpaq sahəsinə dair müvafiq hüquq müəyyənedici sənədin təqdim edilməməsi onun həmin sahəyə hər hansı hüquqlarının müəyyən edilməsini istisna edir. Yəni mübahisənin predmeti olan torpaq sahəsində yerləşən qeyri-yaşayış sahələrinə dair iddiaçının hüquqlarını təsdiq edən maddi sübutlar mövcud deyildir. Burada həmçinin nəzərə alınmalıdır ki, torpaq sahəsi iddiaçının mülkiyyətinə aid olmamışdır. Bu torpaq sahəsi ərizədə qeyd edildiyi kimi 14 oktyabr 2019-cu il tarixində X30 ilə bağlanılmış ilkin alqı-satqı müqaviləsi əsasında cavabdehə verilmişdir. Göstərilmiş sənəd notarius vasitəsilə öz rəsmi təsdiqini tapmışdır. Məhz bu səbəbdən həmin torpaq sahəsi üzərində iddiaçının sərəncam vermək səlahiyyəti belə yoxdur. Konstitusiya Məhkəməsinin Plenumuna görə, torpaq sahəsinə dair sərəncam vermək, habelə torpaq sahəsindən çıxarılma məsələsinin həllinə dair məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması zamanı torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi münasibətlərin tənzimlənməsinin, habelə dövlət mülkiyyətində olan torpağın hüquqi əsaslarının təhlili zəruridir. Daşınmaz əşya üzərində mülkiyyət hüququ Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd edildiyi kimi, Torpaq və mülki qanunvericiliyə əsasən torpaq üzərində mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatından keçirildikdən sonra yaranır. Bu isə onu zəruri edir ki, iddiaçı əmlak üzərində mülkiyyət hüququ varsa, həmin sənədi məhkəməyə təqdim etsin. Əks halda onun mülkiyyət hüququndan irəli gələn tələb hüququ yarana bilməz. Göründüyü kimi iddiaçı iş materiallarına onun verdiyi iddia üzrə hüquq müəyyənedici sənədi daxil olmamışdır. Bu isə onun iş üzrə hüquqi ixtiyarının və buna uyğun olaraq pozulmuş hüquqlarının olmadığını göstərir. Yekun olaraq, göstərilənlərin hər biri iddia tələbinin təminini qeyri-mümkün edir. Yəni iddiaçının hüquqlarının müdafiəsi üçün əvvəla hüquqları pozulmalı idi. Bunun üçün, mübahisələndirilən predmetlə əlaqədar hüquqları mövcud olmalı idi. Hazırki şəraitdə iddiaçının hüququ olmadığı üçün onların pozulmasından da söhbət gedə bilməz. İddiaçı özünün cinayət əməlinə don geyindirmək və cinayət işi ilə bağlı aparılan istintaqı mülki hüquqi müstəviyə daşımaqla məsuliyyətdən kənarda qalmaq məqsədi ilə hazırkı əsassız iddianı qaldırmışdır. Üçüncü şəxs X15 tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu, rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-lir Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsi İddiaçı ayrılmış və İddiaçı oğluna orada tikinti işlərinin aparılması verilmiş etibarnamə ilə həvalə edilmişdir. Bakı şəhəri, Sabunçu, rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-cı il tarixli, 46 saylı Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində İddiaçı tərəfindən 1 (bir) mərtəbəli, 3(üç) otaqlı, 81 kv metr ümumi sahədən ibarət tikili inşa və təmir edilmiş, həmin evə baxıb bəyəndiyindən İddiaçı tərəfindən ona 40.000 manat müqabilində satılmışdır. İddiaçı tərəfindən evin giriş qapısının açarları ona verilmiş, o, evə girmiş, hətta, evin pəncərələrinə dəmir barmaqlıqlar quraşdırmaq üçün oraya ustaları çağırmış, ustalar gəlib pəncərələrin ölçülərini də götürmüşlər. Düşünürdü ki, evin əşyalarını yerləşdirib sonra daimi əsaslarla oraya köçər. Evin daxilində ona məxsus olan gündəlik paltarlar da var idi. İddiaçı razılığı və özünün ərizəsi əsasında Bakı şəhəri Balaxanı Bələdiyyəsi tərəfindən evin və torpaq sahəsinin naturada sərhədləri (kordinatları), mərtəbəliliyi və sahəsi müəyyən edilmiş, o, həmin tikilinin sahibi kimi yerli vergi ödəyicisi kimi bələdiyyədə qeydiyyata alınmış və bu barədə bələdiyyə tərəfindən ona yerli vergi ödəyicilərinin vergi uçotuna alınması haqqında şəhadətnamə və yerli vergi ödəyıcisinın kodu (180212Q3CBTU) verilmişdir. Digər tərəfdən, İddiaçı razılığı və ərizəsi əsasında tikilinin kommunal xidmətləri təmin edilmiş, Azəriqaz, Azərişıqla bağladığım abonent müqavilələri əsasında evə mənim adına sayğaclar quraşdırılmış və qaz və enerjinin, o cümlədən, suyun verilməsi təmin edilmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər olan - X9, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - xx.xx.2023-cü il təvəllüdlü X21 ona məxsus həmin evin giriş qapısının kilidini qeyri-qanuni şəkildə qırıb evə daxil olmaqla evi zəbt etmişlər. Cavabdeh ilkin iddia ərizəsinə verdiyi etirazında onun mübahisəli tikili üzrə subyektiv hüquqa malik olmadığını, tikilinin mülkiyyət kimi dövlət qeydiyyatına alınması ilə bağlı sənəd təqdim etmədiyini bildirsə də, mübahisəli tikilinin ona məxsus olmasını, tikili üzərində hər hansı bir hüququnun olmasını iddia etməmiş, tələb irəli sürməmiş, etirazının əsaslarında bu hala istinad etməmişdir. Çünki, mübahisəli tikilinin cavabdehlərə aidiyyəti yoxdur, onlar həmin tikinitinin inşasında, təmirində, torpaq sahəsinin alınmasında heç bir səy göstərməmiş, zəhmət çəkməmiş, hər hansı bir ödəniş etməmişlər. Digər tərəfən, cavabdehlər mübahisəli tikilinin sahibinə - yəni, ona münasibətdə tanımadığlı şəxslər olmaqla ailə üzvü və ya qohumluq dərəcəsi olan şəxslər kateqoriyasına daxil deyillər Kənar bir şəxs olan Rasim Hacıyev adlı şəxslə aralarında olan hansısa pul mübahisəsinin həlli üsulu kimi onun evinin zəbt edilməsi, 3-cü şəxsin ona olan borcuna görə onun evinə daxil olunması, həmin borca qarşılıq evin nəzərdə tutulması kimi əqdləşmənin heç bir əsası və əhəmiyyəti yoxdur, bu hüquqdan sui-istifadədən və özbaşınalıqdan başqa bir şey deyildir. Məlumata görə qonşuluqda yaşayan Rasim Hacıyev adlı şəxs Müzəffərə olan borcunu ödəyə bilmədiyinə görə gəlib Müzəffərin evinin qapısını açmasına, kilidini qırmasına zəmin və şərait yaratmışdır. Halbuki, mübahisəli evin Rasim Hacıyevə də heç bir aidiyyəti yoxdur. Bu anadək məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili ilə bağlı münasibətlər 2023-2024-cü illərdə yaranmışdır. Tikili ona təhvil verilsə də, cavabdehlər onunla birgə yaşamamış, birgə təsərrüfat aparmamış, yaxın ailə üzvü kateqoriyasına da daxil deyillər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Ona görə də hesab edir ki, özbaşına tikililərə münasibətdə çıxarılma, təhvil verilmə, boşaldılma və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarına görə “yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.3-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü mədəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 190-cı maddəsinə görə daşınar əşyanın torpaq sahəsi ilə bağlılıq tərzi onu həmin sahənin tərkib hissəsinə çevirmişsə, bu Məcəllənin 135.10-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin mülkiyyətçisi eyni zamanda həmin əşyanın da mülkiyyətçisi olur. İşin mübahisəsiz halıdır ki, hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla onun əmlak hüquqlarının bir hissəsinə çevrilmişdir. Yaranmış məhkəmə təcrübəsi və mülki hüquqi nəzəriyyə bundan ibarətdir ki, şəxsin ev üzərində mülkiyyət haqları yaranmasa da, sübut oldunduğu təqdirdə onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Hazırki iş üzrə köçmək istədiyim yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar olmadığından onların törətdiyi məhrumetmə (evdə yaşamağıma mane olma) qanunsuzdur. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X25rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “X10rşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 üçüncü şəxsin iddiasına aşağıdakı məzmunda etiraz vermişdir. Verilmiş tələbin heç bir əsası olmadığı üçün ərizə təmin edilməməlidir. Belə ki, X8 qeyd etdiyi tikiliyə hüquqlarını tanıdacaq heç bir rəsmi sənədi yoxdur. O bu sahə üzərində subyektiv hüquqlara malik deyildir. Ərizəçi ərizədə sadəcə İddiaçı 40000 manat pul verdiyini və ondan evi təhvil aldığını qeyd etmişdir. Lakin bu qeyd edilənlər yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması üçün yetərli əsaslar deyildir. Onun bu hüququnu təsdiq edəcək heç bir sübutu, sənədi yoxdur. Ödənişin olunması əmlak üzərində hüquqların tanınmasına səbəb olmur. Bu isə son nəticədə X8 bu işə dair subyektiv hüququnun olmadığı göstərir. Qanunverciliyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Lakin X1 tikiliyə dair hüquqları rəsmi qaydada qeydiyyata alınmamışdır. Bu isə onun mülkiyyət hüququnun olmasını istisna edir. Belə olan halda bu mülki iş üzrə X8 hüquqlarının yaranmaması səbəbi ilə hüquqlarının pozulmadığı aydın şəkildə görünür. Bu səbəbdən qeyd edilənlərin və qanunvericiliyin məntiqi ardıcıllığı kimi X15 mübahisələndirdiyi iş üzrə haqlı deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qismində daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilənin olması qeyd edilmişdir. X15 ərizədə evi almaq üçün İddiaçı 40000 manat ödəniş ödədiyini qeyd etmiş olsa da, İddiaçı ilə daşınmaz əmlakla bağlı dövlət notariat kontorunda rəsmiləşdirilməsi zəruri olan alqı-satqı müqaviləsi bağlamamışdır. İddiaçı nə torpaq sahəsinə, nə də yaşayış evinə heç bir rəsmi hüquqtanıdıcı aiddiyyəti olmamışdır. Məhkəmə X26 mübahisə predieti barəsində müstəqil tələb irəli sürməyən üçünc şəxs qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X15 verdiyi ərizənin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası rədd, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün X22 600 kv metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinin eskiz sxemi tərtib edilmişdir. X28 həmin torpaq sahəsinin özəlləşdirilməsi, sənədləşdirilməsi və dair oxşar səlahiyətləri X27 ötürmüşdür (etibarnamə 43 saylı notariat ofisində 7E-33445 № ilə xx.xx.2021-ci il tarixdə reyestrdə qeyd edilmişdir). X30 isə həmin etibarnamə əsasında həmin səlahiyyətlərə dair İddiaçı 78 aydan çox müddətə xx.xx.2023-cü il tarixdə AR-İİ seriyalı 911677 №-li etibarnamə vermişdir (15 saylı notariat ofisində reyestrdə 7E-5152 № ilə qeyd edilib, informasiya sisteminə daxil edilmişdir). Sabunçu rayon Balaxanı Bələdiyyəsi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 47 №-li xx.xx.2024-cü il tarixlim məktubdan görünür ki, İddiaçı həmin etibarnamə əsasında Balaxanı Bələdiyyəsində ona məxsus əmlakın X8 adına vergi uçtounun alınmasına dair ərizə ilə Bələdiyyəyə müraciət etmiş, təqdim edilmiş sənədlər toplanaraq Bələdiyyə tərəfindən araşdırılmış, kommunal xidmətlərin X8 adına olduğu müəyyənləşdirilmiş və o, vergi uçotuna alınmışdır. Həmin məktubda tikilinin inşasının və təmirinin kimin tərəfindən həyata keçirilməsi barədə Bələdiyyədə məlumatın olmadığı bildirilmişdir. X4 Bələdiyyəsində Balaxanı qəsəbəsi, O.Yurdu küçəsi ünvanı üzrə 259 kv metr torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır, tikilinin koordinatı X 40°28'12.86"C, Y 49°54'49.94"B, tikilinin bir mərtəbəli, tikinti sahəsinin 81 kv metr olması barədə qeyd aparılmışdır (180212Y3CBTU №-li şəhadətnamə). X15 **********05001 №-li abonent kodu ilə ünvan 2 ünvanı üzrə abonent kimi «Azəriqaz» İB-də qeydiyyata alınmış, ona 10593997 №-li qaz sayğacı quraşdırılmışdır (müqavilə, abonentin saldosu). X15 **********22792 №-li abonent kodu ilə ünvan 3 ünvanı üzrə abonent kimi "xxxx" ASC-də qeydiyyata alınmış, ona 21477966M368419 №-li elektrik sayğacı quraşdırılmışdır (abunə haqqında sənəd). Məhkəmə tərəfindən mübahisəli evə yerində baxış keçirilmiş, sayğacların şəkilləri çəkilmiş, nömrələri qeyd olunan hər iki sayğacın həmin evə quraşdırıldığı müəyyən edilmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən məhkəməyə aşağıdakı sənədlər təqdim edilmişdir. Cavabdeh1 X7 qəsəbəsi, O.Yurdu küçəsi ünvanı üzrə 700 kv metr torpaq sahəsinə görə vergi ödəyicisi kimi uçota alınmışdır, tikilinin koordinatı x-407925.00, y-4480517 (18106C5U5FA №-li şəhadətnamə). Həmin torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 178 №-li sərəncam əsasında ayrıldığı barədə Balaxanı Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 04 №-li arayış vermişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh1 ilə X30 arasında xx.xx.2019-cu il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır (Bakı şəhəri 43 saylı notariat ofisində reyestrdə 3M-2507 № ilə qeyd edilib informasiya sisteminə əlavə edilmişdir). Cavabdeh1 həmin torpaq sahəsində inşa ediləcək və ya edilmiş 56,4 kv metrdən ibarət evin layihəsini təqdim etmişdir. Əvvəl keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 işin hallarına izah verərək qeyd etmişdir ki, İddiaçı torpaq axtarırdı, Müzəffər də torpağını satacağını bildirmişdi. O, Şahinlə birlikdə həmin torpağa baxdılar və Şahin torpağı bəyəndi. Pulun yarısını indi, yarısını isə sonra verəcəyini bildirdi. Lakin o, bu torpağın sahibi olmadığını, torpağın sahibi ilə məsləhətləşməli olduğunu bildirdi. Daha sonra Müzəffər Şahinə bu torpağı nisyə olaraq satdı. Əvvəl 12500 manat pulu verdi və 2 ay sonra pulun tamamını verməli idi. Şahin də orda 4 ədəd ev tikdi. Bu evlərin birini satdılar, birini yarımçıq satdılar. Həmin bu evlərdən biri də Nüşabə xanımın evidir. Nüşabə xanımın evi həmin alınan torpaqdadır və Şahin tərəfindən tikilib. Bu günə Şahinin Müzəffərə 17500 manat borcu var. Şahin bu pulu ödəmir deyə, Müzəffər Şahinin tikdiyi evə yerləşdi. Müzəffərin bu evdə yaşamasına baxmayaraq haqqı yoxdur burda yaşamağa. O, Müzəffərərə dəfələrlə evin bir qadına 41 minə satıdlığını və çıxmalı olduğunu bildirmiş, lakin Müzəffərin atası İlqar Şahinin borclu olduğu 17500 manatı 41 mindən çıxıb yerdə qalan pulu ödəyəcəyini bildirmişdi. Hazırda iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlərin həmin evdən çıxarılmalarını, evin boşaldılaraq təhvil verilməsini, özlərinin oraya köçürülməsini istəyirlər. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə İddiaçı iddiasının qanunsuz və əsassız, üçüncü şəxs X8 iddiasının qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 №-li Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İşin sadalanan hallarından görünür ki, mübahisəli ev özbaşına tikilidir, lakin həmin evin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı həmin evə hazırda hər-hansı hüququ mövcud deyil, onun bu iddianı qaldırmağa subyektiv hüququ olmadığından onun iddiası rədd edilməlidir. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, üçüncü şəxs X8 həmin mübahisəli evə mülkiyyət hüququ mövcud olması da, sahiblik hüququ mövcuddur. Belə ki, qeyd edildiyi kimi, X15 həmin tikili üzrə Balaxanı Bələdiyyəsində vergi ödəyicisi kimi “Azərişıq» ASC və «Azəriqaz» İB-də abonent kimi qeydiyyata alınmışdır. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh1 məxsus torpaq sahəsi, tikiliyə dair sənədlər təqdim etmiş, lakin mübahisəli evin məhz Cavabdeh1 sahibliyində olan evlə eynilik təşkil etməsinə toxunmamışdır. Bununla yanaşı məhkəmə qeyd etmək istəyir ki, təqdim edilmiş sənədlərdən (torpaq sahəsinin ölçüsü, yerləşmə koordinatları, tkilinin sahəsi) həmin evlərin fərqli evlər olduğu müəyyən edilir. Eyni zamanda nümayəndə cavabdehlərin (cavabdehlər bir ailənin üzvləri olduğundan nümayəndənin onların hamısını təmsil etdiyi ehtiva olunur) mübahisəli evdə yaşamadıqlarını iddia etməmiş, bununla da cavabdehlərin həmin evdə olduqlarını etiraf etmişdir. Nümayəndə cavabdehlərin mübahisəli evə dair hər-hansı hüquqlarının olmasına dair nə məlumat, nə bir sübut təqdim etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, üçün şəxs X23 verdiyi məlumata əsasən Cavabdeh1 ilə İddiaçı arasında borc münasibətləri mövcuddur. Məhkəmə hesab edir ki, bu məlumatın doğru olduğu halda Cavabdeh1 İddiaçı qarşı pul tələbi ilə iddia irəli sürə bilər. Bundan başqa, məhkəmə qeyd etmək istəyir ki, X30 iddiaçı tərəfindən torpaq sahəsinin Cavabdeh1 aldığını qeyd etsə də, bu hal təqdim edilmiş sənədlərdən müəyyən edilməmişdir. Belə ki, qeyd edildiyi kimi, Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün X22 600 kv metr torpaq sahəsi ayrılmış, X28 həmin torpaq sahəsinin özəlləşdirilməsi, sənədləşdirilməsi və dair oxşar səlahiyətləri X27 ötürmüş, X30 isə həmin etibarnamə əsasında həmin səlahiyyətlərə dair İddiaçı etibarnamə vermişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 İddiaçı ilə hər hansı hüquq münasibətlərində olmasından asılı olmayaraq Cavabdeh1 İddiaçı məxsus olmayan evə yiyələnməyə haqqı yoxdur. Belə ki, artıq iş materialları ilə İddiaçı tərəfindən həmin evin X2 və hazırda evin sahibinin X15 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 iddiası təmin edilsin. Bakı şəhəri, Sabunçu, rayonu Balaxanı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 46 №-li Sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Odlar Yurdu küçəsində ayrılmış 600 kv metr torpaq sahəsinin 250 kv metr hissəsində İddiaçı tərəfindən inşa edilmiş, 21477966M368419 seriya nömrəli elektrik enerji sayğacı, 10593997 nömrəli qaz sayğacı ilə təmin edilmiş, bir mərtəbəli, tikinti sahəsi 81 kv metr, tikinti yerinin koordinatı X 40°28'12.86"C, Y 49°54'49.94"B tikilidən cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3 və sonuncuların azyaşlı övladları - xx.xx.2023-cü il təvəllüdlü X21 çıxarılsınlar, tikili boşaldılsın, X15 həmin tikiliyə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3825/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3825/2024
14.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver