Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3833/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.1973-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi və X5 ölüm haqqında şəhadətnaməsinin verilməsi vəzifəsi Sabunçu Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 ilə anası X8 03 aprel 1984-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və nikahları 264 saylı akt qeydi ilə qeydə alınmışdır. Onların birgə nikahlarından xx.xx.1985-ci il tarixdə o, yəni Ərizəçi anadan olmuşdur. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmşdir. Hazırda yaşadığı evin onun adına sənədləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmişdir. Lakin həmin orqan sözügedən evi onun adına sənədləşdirilməsindən imtina etmiş və imtinanın da səbəbi o olmuşdur ki, mərhum babası X5 ölümü haqqında sənəd təqdim edilməmişdir. Mərhum X1nun atası X9 20 iyul 1973-cü ildə vəfat etmiş və qəbri Nardaran qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” Publik Hüquqi şəxs X3 X18 Bakı Baş Səhiyyə Mərkəzinin Nardaran Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli, 90 nömrəli məktubdan görünür ki, həqiqətən Nardaran qəsəbsəi Səfxani küçəsi ev 9 ünvanında yaşayan vətəndaş X9 xx.xx.1973-cü il tarixdə ölsə də, 106 nömrəli tibbi şəhadətnamənin alınması üçün polklinikaya müraciət olunmadığını bildirmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 3-16-5/8-15-220/2024 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, xx.xx.1973-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində vəfat etmiş babası – X5 barəsində ölümün qeydə alınması ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Nardaran qəsəbəsi icra nümayəndiliyi tərəfindən verilmiş AZ-T 201670 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Ərizəçi X1dur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 3-16-5/8-15-1881/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X7 xx.xx.1954-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası X9, anası isə Səriyə Fətəli qızı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Az-İ 933890 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə ölmüşdür, xx.xx.2018-ci il tarixli, 129 nömrəli ölüm haqqında akt qeydi ilə qeydə alınmışdır. Xİİ-ЛС seriyalı, 674412 nömrəli pasportun surətindən görünür ki, X10 1920-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ərizəçi tərəfindən məhkəmə iclasına şahid qismində dəvət edilmiş X11 izahatında bildirmişdir ki, ərizəçi ilə qohumdurlar. Ərizəçinin atası Fətəli, babasının adı isə Dostəli olmuşdur. Dostəli Məlikov 1973-cü il tarixdə ölmüş, onun isə 10 yaşı olmuşdur. Nardaran qəsəbəsində ölmüş, Nardaran qəbirstanlığından dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X9 ərizəçinin babası olmuşdur. O, xx.xx.1973-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığına görə, ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 xx.xx.1973-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3833/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3833/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver