Məhkəmə qərarları › İş №2(008)-384/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-384/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-384/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində ev şəraitində 29 noyabr 2001-ci il tarixdə bir oğlan uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Tuncay adlı şəxslə qeyri-rəsmi nikahından 29 noyabr 2001-ci il tarixdə oğlu Sənan doğulmuşdur. Uşaq Bakı şəhərində ev şəraitində doğulmuşdur. Uşaq evdə doğulduğundan və ailədə olan müəyyən problemlərdən ona vaxtında doğum haqqında şəhadətnamə ala bilməmişdir. Uşaq hal-hAZırda sağlamdır. Uşağın doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin uşaq evdə doğulduğundan ona doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi məhkəməyə AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə təqdim edərək, Bakı şəhərində ev şəraitində 29 noyabr 2001-ci il tarixdə X1 doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qayınanasıdır. Günellə oğlu Tuncayın qeyri-rəsmi nikahından 29 noyabr 2001-ci il tarixdə Bakı şəhərində öz evlərində ev şəraitində nəvəsi Sənan doğulmuşdur. Nəvəsinin doğulmasında o da iştirak etmişdir. Sənan evdə doğulduğundan və ailədə olan müəyyən problemlərdən ona vaxtında doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmənin əvvəlki iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid Reyhan Həsənbala qızı ifadəsində bildirmişdir ki, ərizəçi sonradan onların yaşadığı yerə ailəsi ilə gəlmiş, onlar qapı qonşudurlar. Ərizəçi qonşuluqda yaşamağa gələndə böyük oğluna hamilə idi, uşaq ev şəraitində doğulmuş, doğulan zaman o da orada olmuşdur. Doğulan uşaq oğlan idi, adını Sənan qoymuşlar, uşağın atasının adı Tuncaydır. Uşağın doğulduğu tarixi dəqiq xatırlamır, təxminən 19 il əvvəl oktyabr ayında evdə dünyaya gəldiyini bilir. Məhkəmənin əvvəlki iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, o, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır, ərizəçi onun qapı qonşusudur. Ərizəçi ora gələndə hamilə idi, onun uşaqları böyükdürlər, uşaqlardan biri hAZırda hərbi xidmətdərir. Sənanın doğumu ev şəraitində olmuş, həmin vaxt qonşular da orada olmuşdur. Uşaq noyabr ayında doğulub, doğum tarixini dəqiq xatırlamır. O da qonşu kimi onların evinə gedəndə artıq oğlan uşağının olduğunu görmüşdür. HAZırda uşağın 18 yaşı olar, adı Sənandır, uşağın atasının adı Tuncaydır. Məhkəmənin əvvəlki iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X4 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır, ərizəçi ilə uzun müddətdir ki, qonşudurlar, sonradan oraya ailəsi ilə bərabər yaşamağa gəlmişdir. Ərizəçi həmin evə gələndə hamilə idi, doğum 29 noyabr 2001-ci il tarixdə ev şəraitində olmuş, həmin vaxt uşağın atası Tuncay da evdə olmuşdur. O, xəbəri eşidib qonşusugilə gedəndə artıq oğlan uşağının doğulduğunu görmüş, uşağın adını Sənan qoymuşlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı Baş Səhiyyə X11 Şəxsi 22 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Balaxanı qəsəbəsi Səfəvilər küçəsi ev 27 ünvanında evdə doğulmuşdur. Hal-hAZırda sağlamdır, 22 saylı şəhər poliklinikasında tibbi qeydiyyatdadır. -Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş 05-1129/15 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.4.5-ci bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Bu qaydada nəzərdə tutulan əsaslar olmadığından qeydiyyat şöbəsi doğumu qeydə almaqdan imtina etmişdir. -Reyhan Həsənbala qızı və X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Balaxanı qəsəbəsi Səfəvilər küçəsi 37 saylı ünvanda qeydiyyatda olan Ərizəçi xx.xx.2001-ci il tarixdə evdə oğlan uşağı doğmuşdur. -Bakı şəhəri Sabunçu RİHB-nın Balaxanı qəsəbəsi inzibati ərAZi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 892 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğlanları xx.xx.2001-ci il təvəllüdlü X5 və xx.xx.2004-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. AZərbaycan Respublikasının Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. AZərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lAZım olduğu, habelə lAZımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində oğlan uşağı doğmuşdur. Bu fakt təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lAZımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi uşağa doğum haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində oğlan uşağı doğması barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin doğum akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2001-ci il tarixdə AZərbaycan Respublikasının Bakı şəhərində ev şəraitində oğlan uşağı - X3 doğması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar