Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3851/2023 12.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasında – “X4”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X5”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, o, xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində doğulmuşdur. Anası xx.xx.1953-cü il tarixdə Ermənistan SSR, Masis rayonunda doğulmuş X5, atası xx.xx.1948-ci il tarixdə Ağcabədi rayonunda doğulmuş X1r. Hər ikisi milliyyətcə azərbaycanlıdır. 1988-ci ildə baş vermiş məlum hadisələrlə əlaqədar qaçqın düşmüşdür. Onun doğum haqqında şəhadətnaməsi olmuşdur. Ali məktəbə, işə daxil olmaq üçün həmin sənəddən istifadə etsə də, təxminən 5-6 il olar ki, doğum haqqında şəhadətnaməsini Bakı şəhərində yolda itirmişdir. Bununla bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin arxiv mövcud olmadığından, məsələnin qeydiyyat orqanında həllinin mümkünsüzlüyü bildirilmişdir. Doğum haqqında şəhadətnamə ona hazırda anasının mülkiyyətində olan və özünün də qeydiyyatda olduğu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.V.Həsənov küçəsi, 8 saylı evin adına sənədləşdirməsi üçün zəruridir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, ərizəçinin böyük qardaşıdır. Qardaşı Rəhman xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində doğulmuşdur. Qardaşının doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin bir neçə il olar ki, onu itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçi anasıdır. Təsdiq edir ki, oğlunu xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində dünyaya gətirmişdir. Oğlunun doğum haqqında şəhadətnaməsi olsa da, onu Bakı şəhərində itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Qardaşı xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində doğulmuşdur. Ona məlumdur ki, qardaşı doğum haqqında şəhadətnaməsini Bakı şəhərində yolda itirmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində anadan olmuşdur. Qeydiyyat ünvanı ünvan 1ədləşdirmə işinin aparılması ilə əlaqədar şəhadətnamə tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Şəxsiyyətini təsdiq edən yeganə sənəd şəxsiyyət vəsiqəsidir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər Ərizəçi AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqələrinin surəti, şahid ifadələri, anası X2 məxsus AZE seriyalı 17492607 nömrəli şəxsiyyət vəsiqələrinin surəti, X5 və X4 arasında boşanma haqqında Goranboy rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş şəhadətnamə, bacısı X6 İ-СЛ 331112 seriya nömrəli doğum haqqında şəhadətnaməsinin surəti, X3 aid АЗ-1926408, X2 aid ЗЖ-925787 seriya nömrəli doğum haqqında şəhadətnamələrinin surətləri, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlərlə təsdiqlənir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində doğulması barədə akt qeydi bərpa olunmalı və həmin akt qeydində ata qrafasında “X4”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X5”, ananın milliyəti olaraq “azərbaycanlı” kimi qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1975-ci il tarixdə Ermənistan SSR, Masis rayonu, Mehmandar kəndində doğulması barədə akt qeydi bərpa olunsun və həmin akt qeydində ata qrafasında “X4”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X5”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3851/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3851/2023
12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver