Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3876/2024 25.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1940-cı il təvəllüdlü Alıeva Jevairin xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası xx.xx.1940-cı il təvəllüdlü Alıeva Jevair xx.xx.2024-cü ildə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində vəfat etmiş və Zığ qəsəbəsindəki Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhər Təcili və X3 Stansiyasının 12 saylı bölməsinin əməkdaşları gəldikdə, artıq anası vəfat etmişdir və həkim sadəcə “xəbərdarlıq vərəqəsi” vermişdir. 21 saylı şəhər poliklinikasından hər hansı xəstəliyi ilə bağlı müraciəti olmaması səbəbindən, anası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmiş, müraciətindən imtina etmişlər. Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək, ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, oradan ölüm haqqında şəhadətnamənin verilməsinin qeydiyyat orqanında mümkün olmadığını bildirilmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun əridir. Mərhum qayınanası Alıeva Jevair yaşlı idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Mərhumun xx.xx.2024-cü il tarixdə vəziyyəti ağırlaşmış, günorta saatlarında isə vəfat etmişdir. Təcili yardım çağrılsa da, gələnə kimi o, artıq vəfat etmişdir. Mərhum qayınanası Alıeva Jevair ölümünün səhəri günü Zığ qəsəbəsi, Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X4 mərhum qayınanası Alıeva Jevairin vəziyyəti ağırlaşanda onu kömək üçün çağırmışdır, lakin gec olmuşdur. Təcili yardım çağrılsa da, o, artıq vəfat etmişdir. Mərhum ölümünün səhəri günü Zığ qəsəbəsi, Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. O, mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. xx.xx.2024-cü il tarixdə ərizəçinin həyat yoldaşı Nurlanə Əliyeva mərhum qayınanası Alıeva Jevairin vəziyyəti ağırlaşanda digər qonşu ilə birgə onu kömək üçün çağırmışdır, lakin bir qədər sonra mərhum vəfat etmişdir. Təcili yardım gəlsə də, gec olmuşdur. Mərhum ölümünün səhəri günü Zığ qəsəbəsi, Dədə Qorqud qəbristanlığında dəfn olunmuşdur. O, mərhumun bütün yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE ******** seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulmuşdur. - GEO 16BA36387 seriya nömrəli Gürcüstan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Alıeva Jevair xx.xx.1940-cı il tarixdə doğulmuşdur. - İİİ - РЭ 324667 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi anası X5 olmuşdur . - Bakı şəhəri Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. - Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 57 saylı arayışından məlum olur ki, Alıeva Jevair xx.xx.2024-cü ildə vəfat etmiş, Zığ qəsəbəsi, Dədə Qorqud qəbristanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs “21 nömrəli şəhər poliklinikası”nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1940 il təvəllüdlü Alıeva Jevairin poliklinikaya müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - Sabunçu Rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Alıeva Jevairin ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası Alıeva Jevair xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması ilə bağlı anasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü Jevair Alıevanın xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3876/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3876/2024
25.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver