Məhkəmə qərarları › İş №2(008)-3880/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3880/2024

10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3880/2024 10.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X12 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 xx.xx.2024-cü il tarixində yaşadığı ünvan 1 ünvanında ölmüşdür. xx.xx.2024-cü il tarixdə təxminən saat 07:40 radələrində X3 halı qəflətən pisləşdiyinə görə təcili olaraq Təcili və X4 Stansiyasına müraciət etmişdirlər. Həkim briqadası evə gələn zaman artıq X3 vəfat etdiyi bildirilmiş və bu barədə onlara xəbərdarlıq vərəqəsi təqdim edilmişdir. Xəbərdarlıq vərəqəsindən də göründüyü kimi X6 xx.xx.2024-cü il tarixində ölmüşdür. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə və Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “2 nömrəli” Birləşmiş Şəhər xəstəxanasına müraciət edilsə də, həm şöbə həm də xəstəxana ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllini qeydiyyat orqanında mümkün olmadığını bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. -Bakı şəhəri 5 saylı Bakı “Asan Xidmət” X2 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-10- 545/2024 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 X8”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. -Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” 19 aprel 2024-cü il tarixli 80 nömrəli cavab məktubunda Ərizəçi bildirilib ki, 2016-cı il tarixindən X10 Firudin bəy köçərli küçəsi ünvanında qeydiyyatsız yaşamış və xx.xx.2023-cü il tarixindən 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında ambulator tibbi kitabçası olmuş xx.xx.1960-cı il təvəllüdlü X6 xx.xx.2024cü ildə vəfat etmişdir. Mərhum 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında ambulator kitabçası olsada lakin heçbir xəstəliklə bağlı müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma 106) vermək mümkün olmadı. -Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, çağırışın tarixi xx.xx.2024-cü il, xəstənin yanına gəlmə vaxtı “08” saat “00” dəqiqə, ünvan X10, Xəstənin adı X7, yaşı 64, həkimə qədər ölüm qeyd edilmişdir. -Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsi tərəfindən 22 may 2024-cü il tarixli, 37 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X6 xx.xx.2024-cü ildə vəfat etmiş və Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən qəbirstanlığında dəfn olunmuşdur. - X3 qəbir daşının foto-şəkili iş materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində İbrahimov Fəzailin onun qudası olduğunu, 10 apreldə vəfat etdiyini və Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində Ərizəçi və X6 onun valideynlərinin olduqlarını, atasının 10 apreldə vəfat etdiyini və Ramana qəsəbəsi, südçülük sovxozunda yerləşən qəbirstanlığında dəfn olunduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə doğulmuş X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar