Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3886/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: **********00000) qanunsuz və əsassız olaraq hesablanmış 887.88 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. xx.xx.2019-ci il tarixdə Cavabdeh nümayəndələri tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Həmin aktın qeyd hissəsində Sayğacın mexaniki göstəricisinin şüşəsi deşikdir və ona görə əvəzlənmişdir. Sayğacın quraşdırma səbəbi mexaniki göstəricinin şüşəsinin deşik olduğu qeyd edilmişdir, halbuki onlar tərəfdən heç bir müdaxilə olunmamışdır. Həmin vaxt sayğac onun xəbəri olmadan həyata keçirilib. Cavabdeh əməkdaşları köhnə sayğacı yenisi əvəz ediblər. Müqavilə əsasında fərdi yaşayış evi yeni qaz sayğacı ilə təmin edilmişdir. 28 iyun 2019-cu ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuşdur. Aktın qeyd hissəsində qeyd olunmuşdur ki, sayğacın birləşmələri korreksiya uğrayıb, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sağ hissədən zədəlidir. Sayğacın rəqəm göstərilən hissəsi zədəli olduğundan informasiya oxunmur, buna görə tələb kimi dəymiş ziyan hesablansın və ödənilsin. 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın həcminin hesablanmasında nəticəsində 3716 kub qaz qeyd olunmuşdur. Dəymiş ziyanın bətpasına dair tələbnamədə göstərilən rəqəm həqiqəti əks etdirmir. Fərdi yaşayış evində istifadə etdiyi qaz bu rəqəmə uyğun qeyd olunmamışdır. Evdə yaşayan şəxslər tərəfindən sayğaca heç bir kənar müdaxilə olunmamışdır. 2019-cu ildən dəymiş ziyanın hesablanmasına dair bildirişi sms vasitəsi ilə öyrənmişədir. Cavabdeh tərəfindən 6 il əvvəl yazılan borcun xx.xx.2025-ci il tar dünən bildirişi gəlməyi bir az sual doğuran məsələdir. Ona gələn borc barəsində sms bildirişi 15 aprel 2025-ci il tarixdə göndərilmişdir. 2019-cu ildən 2025-ci ilə qədər olan hesabatda 2019-cu il, 2020-ci il, 2024-cü il, 2025-ci illərin hesabatları vardır. Qazdan istifadə etdiyi bütün illərin hesabatı yoxdur. Tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Bunu cavabdehin özü də təsdiq edə bilər. Azəriqaz İB-nin əməkdaşları mexaniki sayğacı götürdülər və təbii qazını kəsdilər. Səbəb olaraq, debutorun borcu kimi (887.88 azn) göstərilmişdir. Sayğacın quraşdırılma səbəbi isə əvəzetmə olduğu göstərilmişdir. Sayğac quraşdır ilandan sonra təzə sayğacın üzərində 887.88 manat borc göstərilmişdir. Göründüyü kimi sayğacın çıxarılma və quraşdırma səbəbləri belə uyğun gəlmir. Məcburi qaydada borc məbləğini məhkəmə qaydasında deyil, öz bildikləri qəbul etdikləri “qayda-qanunlarla” həll etməyə çalışıblar. İstəklərinə çatmadıqda isə əlavə əsassız olaraq borc yazılmışdır. 2010-cu ilin aprel ayında 887.88 (887.88) manat borc yazılmışdır. Borcun hansı əsasla necə nə zaman yazıldığı müəmma olaraq qalır. Hörmətli məhkəmə cavabdehin qanunsuz hərəkətləri onları zinhara yığmışdır. Olmayan borcu ondan tələb edirlər, vermədikdə isə qanunsuz və əsassız olaraq özlərində hardasa oturub akt tərtib edirlər. Cavabdeh tərəfindən təqdim edilmiş bildirişlərdə İddiaçı tərəfindən sərf edilən qazın həcmi, əvvəlki və hazırki göstəricisi, edilmiş ödənişlər hamısı öz əksini tapmışdır. Açıq-aşkar şəkildə edilmiş haqsızlıq, qanunsuz yazılmış borc bizdə çox böyük təəssüf hissi doğurmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədn xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2019-cu ilin iyun ayında qalıq və aktlar üzrə 371.60 manat məbləğində borc hesablanmışdır. **********00000 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2024-cü ilin sonu üçün 133.68 manat ödənilməmiş sərfiyyat borcu, 2025-ci ilin aper ayının sonu üçün isə 155.07 manat sərfiyyat borcu, 3.90 manat yeni tarif keçidi ilə əlaqədr borcu mövcuddur. Sözügedən sərfiyyat borcundan 2025-ci ilin aprel ayının sonu üçün cəmi 30 manat ödəniş edilmişdir. (133.68+155.07+3.90-30=262.65) İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, **********00000 nömrəli abonent İddiaçıa məxsus mənzilə baxış keçirilən zaman sayğacın istismara yararsız olması yəni yivli birləşməsinin korroziyaya uğradığı müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ******* nömrəli xx.xx.2019-cu il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 3716 m3 olması hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ******* nömrəli xx.xx.2019-cu il tarixli akta sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın istismara yararsız olması qeyd edilmiş, yəni yivli birləşməsinin korroziyaya uğradığı qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 3716 kub metr hesablanaraq dəymiş zərər 371.6 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın istismara yararsız olması məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 371.6 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin digər hissəsinə yəni ümumi borcdan (887.88 manat) ******* nömrəli xx.xx.2019-cu il tarixli akta əsasən yazılmış borc (371.6 manat) çıxıldığan sonra qalan borcun (516.28 manat) silinməsi hissəsinə münasibət bildirərk qeyd edir ki, iddiaçıya məxsus abonent saldosundan görünür ki, sözügedən borcun 133.68 manat olan hissəsi 2024-cü ilin sonu üçün hesablanmış lakin ödənilməmiş sərfiyyat borcu, 128.97 manat olan hissəsi isə 2025-ci ilin mart ayının sonunadək hesablanmış lakin ödənilməmiş sərfiyyat borcudur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin sərfiyyat borc olan 262.65 manat borcun silinməsi hissəsində təmin edilməməlidir. Bundan sonra məhkəmə abonentə hesablanmış yerdə qalan 253.64 manat borcun silinməsi (887.89-371.6-262.65=253.64) gissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus saldodan müəyyən edilirki, iddiaçının abonent hesabı 2024-cü ilin iyul ayında 665.24 manat borc hesablanmışdır, lakin sözügedən borcun hesablanması əsası iş məhkəməyə tərəfindən müəyyən edilə bilmədiyindən, cavabdej isə bunu borcun əsaslı olmasını təsdiq edəbn sübutları məhkəməyə verdmədiyindən iddia tələbi bu hissədədə təmin edilməli, iddiaçıya hesablanmış 253.64 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **********00000 saylı abonent İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış 625.24 (altı yüz iyirmi beş manat, iyirmi dört qəpik) manat borc məbləği silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3886/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3886/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver