Məhkəmə qərarları › İş №2(008)-3931/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3931/2023

12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3931/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixində anadan olan Ərizəçi xx.xx.1981-ci tarixdə Ermənistan Respubikası Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndində doğulması barədə doğum akt qeydi bərpa olunması və həmin akt qeydində doğum tarixi “xx.xx.1981-ci il”, doğum yeri “Ermənistan Respubikası, Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndi”, ata adı qrafasında atasının adı “X11”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X7”, milliyyəti “azərbaycanlı” qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1981-ci il tarixində Ermənistan Respubikası Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini də Ermənistan SSR-nin Noyemberyan (İncəsu, Barana) rayonundan almışdır. Həmin doğum haqqında şəhadətnamədə onun adı “Ərizəçi” doğum tarixi “xx.xx.1981-ci il”, doğum yeri “Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndi”, atasının adı “X11”, milliyyəti “azərbaycanlı”, anasının adı “X8”, milliyyəti “azərbaycanlı” yazılmışdır. Bildirir ki, həmin doğum haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almışdır. 2004-cü ildə X9 ilə qeyri-rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə nikahdan 1 uşağı doğuldu. xx.xx.2005-ci il təvəllüdlü X4. Halhazırda o, Ərizəçi doğum haqqında şəhadətnaməni qeydiyyata saldırmaq istəmişdir. Lakin bu mümkün olmamışdır. Bu səbəbdən də o, Ərizəçi Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək doğum akt qeydinin bərpasını xahiş etmişdir. Lakin Sabunçu Rayon Qeydiyyat şöbəsi ona imtina məktubu verərək, məhkəməyə müraciət etməyini tövsiyə etmişdi. Uşağının doğum haqqında şəhadətnaməsində və özünün şəxsiyyət vəsiqəsində onun adı, soyadı və atasının adı qeyd olunmuşdur. Həmçinin Ermənistan SSR-nin Noyemberyan (İncəsu, Barana) rayonundan aldığı doğum haqqında şəhadətnamədə onun adı “Ərizəçi” doğum tarixi “xx.xx.1981-ci il”, doğum yeri “Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndi”, ata adı qrafasında atasının adı “X11”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X8”, milliyyəti “azərbaycanlı” yazılmışdır. Göstərilən səbəblərdən doğum akt qeydinin bərpası üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 3- 15-6/8-15-677/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafqi qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığı qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədən çıxarışın surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Noyamberyan rayonu, Baqrataşen qəsəbəsində doğulmuşdur. X1, anası isə X5r. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİİ seriyalı, 030600 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə doğulmuş, atası X9, anası isə Ərizəçidır. İİİ-СЛ seriyalı, 263599 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1979-cu il tarixdə Noyaberyan rayonunda doğulmuşdur. X2, anası isə X6r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X12 xx.xx.1979-cu il tarixdə 25 nömrəli nikah aktı ilə nikahadaxil olmuşlar.Arvada Babayeva soyadı verilmişdir. 4 saylı Bakı “ASAN Xidmət” X3 xx.xx.2017-ci il tarixli, 1279 nömrəli aktından görünür ki, X11 xx.xx.2017-ci il tarixdə kəskin miokard infarktından ölmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. X11 ilə birgə nikahından iki övladı olmuşdur. Bahar və Zaur. Bahar Ermənistan SSR, Noyaberyan rayonu, Baqradeş qəsəbəsində anadan olmuşdur. Milliyyətləri azərbaycanlı olmuşdur, 1989-cu il tarixdə məluma hadisələrdən sonra qaçqın kimi Bakı şəhərinə gəlmişlər. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquq hüquqlarının həyatə keçirməsi üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1981-ci tarixdə Ermənistan Respubikası Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndində doğulması barədə doğum akt qeydi bərpa olunmalı və həmin akt qeydində doğum tarixi “xx.xx.1981-ci il”, doğum yeri “Ermənistan Respubikası, Noyemberyan (İncəsu, Barana) rayonu, Baqrataşen (Ləmbəli) kəndi”, ata adı qrafasında atasının adı “X11”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X7”, milliyyəti “azərbaycanlı” qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Ermənistan Respubikası, Noyemberyan rayonu, Baqrataşen kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərək, doğum tarixi “xx.xx.1981-ci il”, doğum yeri “Ermənistan Respubikası, Noyemberyan rayonu, Baqrataşen kəndi”, ata adı qrafasında atasının adı “X11”, milliyyəti “azərbaycanlı”, ana adı qrafasında anasının adı “X7”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar