Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3937/2020 03.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 Bakı şəhəri Bilgəh qəsəbəsi, Azərbuzovnalı küçəsində yerləşən fərdi yaşayış sahəsinə köçürülmələri, yaşayış sahəsinə istifadə hüquqlarının tanınması və yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikah dövründə aldıqları Azər Buzovnalı küçəsində olan fərdi yaşayış evinə övladları ilə birlikdə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikhadan iki övladları xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 doğlumuş, xx.xx.2010-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur.Toylarından sonra o, cavabdehin ata evinə köçmüş, orada bir il altı ay yaşadıqdan sonra onlar qonşuluqda olan Azər Buzovnalı küçəsində yerləşən evə köçmüşlər və orada 5 il yaşadıqdan sonra övladları ilə birlikdə həmin evdən qanunsuz çıxarılmışlar. Cavabdeh artıq bir neçə ildir ki, onları aldadır və ev verəcəyini söz versə də buna əməl etmir. Hazırda o, atasının balaca evində müvəqqəti məskunlaşmış və çox çətin bir şəraitdə yaşayır. Belə ki, atası və anası yaşlı xəstə adamlardır, onun iki övladı isə təhsil almalı, sağlam böyümələri üçün onların normal mənzil şəraiti olmalıdır. Bu səbəbdən o, özü və övladlarının haqqı olan mənzilə məhkəmə qaydasında köçürülməyini istəyir.Hesab edir ki, ounun bu hüququ cavabdeh tərəfindən pozulur. Cavabdeh iddiaya etiraz vermiş və etirazını onunla əsaslandırılmışdır ki, iddiaçı öncə də xx.xx.2013-cü ildə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, Sabunçu rayonu Albalıq qəsəbəsi, Seyid İbadağa, dalan ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsini xahiş etmiş, lakin məhkəmənin qətnaməsi ilə iddiası rədd edilmişdir. İddia təmin edilmədiyindən iddiaçı "bəlkə bu iş alındı" düşüncəsi ilə Sabunçu rayonu Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən evə köçürülməsi barədə məhkəməyə müracıiət etmişdir. O, həmin evdə yaşamır və evin satılmasından 11 il keçib. Qeyd olunan evdə ona və iddiaçıya məxsus heç bir əşya yoxdur. İddiaçını Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən fərdi yaşayış evindən heç kim qovmayıb, səhhətində ciddi problem səbəbindən onunla bir yerdə yaşamaqları mümkün olmadığından qardaşı onu götürüb aparmışdır. Belə ki, iddiaçı "doğuşdan sonrakı psixoz" xəstədiyindən əziyyət çəkir və xx.xx.2006-cı ildən xx.xx.2006-cı il tarixədək müalicə olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddianının rədd olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh yeni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermiş və iddia müddətnin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X6 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh birgə nikahdan xx.xx.2003-cü il tarixdə Fətimə adlı və xx.xx.2006-cı il tarixdə Rəhimə adlı uşaqları doğulmuşdur (Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 447159 №-li və AZ-İ seriyalı 847386 №-li doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surəti). Sabunçu rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə Sabunçu rayon VVADQ şöbəsində qeydə alınmış nikah pozulmuş, onların birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X2 İddiaçı yanında saxlanılması qət edilmişdir. Tərəflərin nikahları pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 106 № ilə qeyd edilmişdir (Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 148036 №-li nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). Hazırda iddiaçı övladları ilə birlikdə cavabdehlə birgə nikah dövründə aldıqları Azər Buzovnalı küçəsində olan fərdi yaşayış evinə köçürülməsini istəyir. Məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair cavabdehin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehin iddiaya vermiş etirazdan da göründüyü kimi, birgə nikah dövründə iddiaçı cavabdehlə birlikdə həmin evdə yaşamışdır. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da övladları ilə birlikdə həmin evdə yaşamasını təmin etmək məqsədi ilə onlar bu evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. İddiaçı xx.xx.2003-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri Bilgəh qəsəbəsi, Azər Buzovnalı küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3937/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3937/2020
03.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver