Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-394/2022 23.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu rayon Məhkəməsinin hakimi, Cəfərli Nilufər Arif qızı, iddiaçı Muğanbank ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı Muğanbank ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə cavabdehlər ilə razılıq əldə olunduğudan iddia ərizəsinin baxılmamış saxlanılmasını və işə əlavə edilmiş sənədlərin əslinin iddiaçıya qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması iləəlaqədar çəkilmiş xəerclərdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2022-ci il tarixli, 9/1633 rəyindən görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-5936/2021 saylı 16.12.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert rəyinin verilməsi üçün çəkilmiş xərci dəyəri 150 manat hesablanmışıdr. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-394/2022 saylı mülki işi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi əsasında baxılmamış saxlandığından məhkəmə xərcləri tərəflər arasında bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.03.2022-ci il tarixli, 9/1633 rəyindən görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-5936/2021 saylı 16.12.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə ekspert rəyinin verilməsi üçün çəkilmiş xərci dəyəri 150 manat hesablanmışıdr. Tərəqqi MMC tərəfindən 01.10.2021-ci il tarixli 17 nömrəli əmtəəşünaslıq eksperizasının rəyindən görünür ki, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 5936/2021 saylı 06.09.2021-ci il tarixli qərardadı ilə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinin verilməsi üçün çəkilmiş xərci dəyəri 200 manat hesablanmışıdr. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Muğanbank ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın və və işə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq eksperizası üzrə çəkilmiş 150 manat ekspertiza xərcinin 75 manat hissəsi iddiaçı Muğanbank ASC-dən, 75 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq eksperizası üzrə çəkilmiş 200 manat ekspertiza xərcinin 100 manat hissəsi iddiaçı Muğanbank ASC-dən, 100 manat hissəsi isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-394/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-394/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver