Məhkəmə qərarları › İş №2(008)-3957/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3957/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3957/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Məmmədova (Şabanova) Gülsüm Həmzət qızı və Cavabdeh2 qaşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Məmmədova (Şabanova) Gülsüm Həmzət qızı və Cavabdeh2 qaşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - X2 və Cavabdeh2 müştərək qaydada 28 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6000 (altı min) manat, 20 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 15000 (on beş min) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 130 (yüz otuz) manat, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu 153 (yüz əlli üç) manat, cəmi, 21283 (iyirmi bir min iki yüz səksən üç) manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 bir neçə ildir tanıyır. Birbirlərinə qarşı etibarlı münasibətləri olmuşdur. Bir gün ondan tanışı olan digər cavabdeh X4 borc pul lazım olduğunu bildirmiş və qısa müddətdə qaytaracağına söz vermişdir. Cavabdeh2 X3 mal alıb satdığını, xarici ölkədən mal gətirəcəyini, borc verəcəyim təqdirdə həmin məbləğin üzərində sonda iddiaçıya xeyir verəcəyini bildirmişdir. İddiaçı Cavabdeh2 ilk öncə razılıq verməsə də sonradan onun təkidləri ilə razılıq vermişdir. Cavabdeh2 borc məbləğinin X5 tərəfindən vaxtında qaytarılmasına zamin durduğunu da qeyd etmişdir. İddiaçı Cavabdeh2 vasitəçiliyi ilə X5 ilə danışmış və razılığa gəlmişlər. Aralarında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 28 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı X4 28.07 2019-cu il tarixədək qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində borc pul vermişdir. Sonradan iddiaçıdan həmin puldan əlavə 20.000 manat pul ehtiyac olduğunu bildirmiş, qısa zamanda hər iki müqavilə üzrə məbləğləri qaytaracağını söyləmişdir. İddiaçı həmin məbləği vermək iqtidarında olmadığından ona inanıb əlavə yenə 15000 manat pulu borc vermişdir. Aralarında bağlanmış və Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 20 may 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı X4 xx.xx.2019-cu il tarixədək qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində borc pul vermişdir. Müqavilə müddətləri bitsə də cavabdeh X5 aldığı məbləğləri qaytarmadı. O hər gün müxtəlif bəhanələr gətirərək bundan yayınırdı. Sonunda isə iddiaçı anladıkı ki, cavabdehlər bu məbləği ona könüllü şəkildə borclarını qaytamaq niyyətində deyillər. Cavabdehlərdən dəfərlərlə pul məbləğini geri istəmiş, hətta, cavabeh X3 ünvanlarına pretenziya göndərərək kredit müqavilələrinin ləğv edilməsini və 5 (beş) gün ərzində kredit müqavilələri üzrə pul məbləğlərinin ödənilməsini təmin edilməsini bildirmiş, əksi halda, kredit müqavilələrinin ləğv edilməsi və kredit məbləğlərinin tutulması barədə iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Digər Cavabdeh2 isə bu məsələ ilə bağlı iddiaçının onu narahat etməməsini, bununla bağlı heç bir məsuliyyət daşımadığını bildimişdır. Hər iki cavabdeh öhdəliklərini birtərəfli qaydada pozduqlarına görə kredit razılaşmaları ləğv edilmiş sayılır. Kredit müqavilələrinin son icra müddətindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdehlər həmin pul məbləğlərini iddiaçıya qaytarmırlar. Sonuncu danışıqları zamanı X5 iddiaçını təhqir etmiş, pulu verməyəcəyini açıq aşkar bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 28 fevral 2019-ci il tarixli İddiaçı ilə Məmmədova (Şabanova) Gülsüm Həmzət qızı arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, X1 (Şabanova) Gülsüm Həmzət qızına 6000 manat pul vəsaitini xx.xx.2019-cu il tarixədək fiazsiz olmaqla qaytarmaq şərtilə ilə borc vermişdir. Həmçinin iş materiallarına əlavə olunmuş 20 may 2019-ci il tarixli İddiaçı ilə Məmmədova (Şabanova) Gülsüm Həmzət qızı arasında bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Əsgərov X7 (Şabanova) Gülsüm Həmzət qızına 15000 manat pul vəsaitini xx.xx.2019-cu il tarixədək fiazsiz olmaqla qaytarmaq şərtilə ilə borc vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin matraiallarına əlavə edilmiş notarial qaydada bağlanmış kredit müqavilələrindən görünür ki, iddiaçı 6.000 manat və 15.000 manat məbləğində pul vəsaitini müqavilələrdə qeyd olunan müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. Hal-hazlırda iddiaçı məhkəməyə müraciət edərək qeyd edilən pul vəsaitlərinin cavabdehlər tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsitini tələb edir, cavabdehlərə isə dəfələrlə məhkəmə iclasına dəvət edilsədə məhkəmədə iştirak etməmiş, pul vəsaitinin ona verilməsini təkzib edəcək və ya ona verilmiş pul vəsaitinin qaytarılamsını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən iddiaçı ilə digər Cavabdeh2 arasında olan münasibətləri və ya Cavabdeh2 bu müqavilələrə zamin durmasını təsdiq edəcək mötəbər subut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Məmmədova (Şabanova) Gülsüm Həmzət qızından 21000 (iyirmi bir min) manat borc pul alınaraq, İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, hazırkı iddiada iddiaçı tərəfindən ödənilmiş 153 (bir yüz əlli üç) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 130 (bir yüz otuz) manat vəkil xərcinin tutulması hissəinə müanibət bildirərk qeyd edir ki, iddia tələbi bu hissədə də cavabdeh X4 münasibəətdə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədova (Şabanova) Gülsüm Həmzət qızından 28 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 6000 (altı min) manat, 20 may 2019-cu il tarixli kredit müqaviləsi üzrə 15 000 (on beş min) manat pul, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 130 (bir yüz otuz) manat və 153 (bir yüz əlli üç) manat dövlət rüsumu, cəmi 21283 (iyirmi bir min iki yüz səksən üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar