Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3962/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi cəlb olunmaqla "ölüm faktının müəyyən olunması" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.1990-cı ildə Ağdam şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, anası X2 yaşadığı ünvanda xx.xx.1990-cı ildə, atası isə xx.xx.2024-cü ildə vəfat etmişdirlər. Atasının ölüm haqqında şəhadatnaməsi olsa da, anası müharibə şəraitində vəfat etdiyindən ölüm haqqında şəhadatnamənin alınması mümkün olmamışdır. Anası Ağdam rayonunda vəfat etmiş, Maqsudlu kəndində dəfn edilmişdi. Bununla bağlı qəsəbə nümayəndəliyinə müraciət olunsa da, 1993-cü ilədək olan sənədlərin arxivində qalmaması səbəbindən dəfn haqqında arayışın da alınması mümkün olmamışdır. Tərəfindən 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi mərhumənin ölümünün qeydə alınması barədə müraciət etsədə, ölüm faktının təsdiq edən tibbi müəssisənin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadatnamənin verilməsinə imtina edilmişdir. Mərhum ananın adına daşınmaz əmlak qalmışdır, qeyd edilən daşınmaz əmlakı vərəsəlik qaydasında qəbul edilməsi üçün “ölüm haqqında şəhadatnamənin” olması vacib olduğundan ölüm faktının təsdiq edilməsi onun üçün zəruri olduğunu bildirmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, sosial hüquqlarının həyata keçirilməsi üçün şəhadətnamə lazım olduğunu bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi xx.xx.2024-cü ildə məhkəməyə ərizə ilə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar nümayəndənin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sabunçu rayon qeydiyyat Şöbəsi AZ-T saylı 250865 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. - 4 saylı Bakı "Asan Xidmət" mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Xİİ-ЖГ seriyalı 533112 nömrəli SSSR pasportundan görünür ki, X2 xx.xx.1958-cı ildə Ağdam rayonu, Maqsudlu kəndində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 ərizəçinin anası olub. O, xx.xx.1990-ci ildə yaşadığı Ağdam şəhərində vəfat etmişdir. Ərizəçi tibb müəssisəsinə müvafiq sənədin alınması üçün müraciət edib, lakin həmin sənədi poliklinika tərəfindən almaq mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X1 xx.xx.1990-cı ildə Ağdam şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3962/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3962/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver