Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3988/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Qeydiyyat Şöbəsi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Qeydiyyat Şöbəsi qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnaməsinin ana adı qrafasında anasının adı kimi qeyd edilən “Yusifə” adının, ölüm haqqında şəhadətnamədə ad qrafasında qeyd edilən “Yuzüfə” adı ilə eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X12 xx.xx.1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonunda anadan olmuşdur, xx.xx.1966-ci ildə atası X2 ilə rəsmi nikaha girib ailə qurmuşdur. xx.xx.2021-ci ildə isə X1 Muxtar Respublikası Şahbuz Rayonunda vəfat etmişdir. Hal-hAZırda Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonunda anasının adına əmlak olduğunu bildirir, və həmin əmlaka dair vərəsəlik şəhadətnaməsini almaq istədiyini bildirir. Lakin Notariat kontorundan Ərizəçi şifahi olaraq bildiriblər ki, anasının adındaki uyğunsuzluq səbəbi ilə vərəsəlik şəhadətnaməsini verə bilməyəklər. Ərizəçi doğum haqqında şəhadətnaməsinin ana adı qrafasında anasının adı kimi qeyd edilən “Yusifə” adının, ölüm haqqında şəhadətnamədə göstərilmiş X7 məxsus olan ad qrafasında qeyd edilən “Yuzüfə” adı ilə uyğunsuz olmasını ona vərəsəlik şəhadətnaməsinin verilməməsi üçün səbəb bildilər. Əlavə olaraq, Ərizəçi doğum haqqında şəhadətnaməsində və bacısının X3 doğum haqqında şəhadətnaməsindədə anasının adı “Yusifə” kimi qeyd olunmuşdur. Bu səbəbdən də, ərizəçi Quliyev X9 Muxtar Respublikası, Ədliyyə NAZirliyi, Şahbuz Rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, Şahbuz Rayon Qarababa kənd İcra Nümayəndəliyi tərəfindən verilən doğum akt qeydindən onun ana adını “Yusifə” adından “Yuzüfə” adına düzəliş edilməsini xahiş etmişdir. Lakin ona imtina verdilər və bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər.Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. AZərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ nömrəli 871126 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X12 xx.xx.2021-ci ildə Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonu, Mahmudoba kəndində vəfat etmişdir. İş materiallarında olan Vətandaşlıq aktlarının dövlət qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1938-ci tarixdə doğulmuş X2 və xx.xx.1948-ci tarixdə doğulmuş X13 xx.xx.1966-ci il tarixdə nikah bağlamışlar. İş materiallarında olan Vətandaşlıq vəziyyəti aktlarının qeydiyyat bürosunun doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1969-cu ildə Şahbuz rayonu, Mahmudoba kəndində anadan olmuş, atası X2 anası isə “X19” qızı kimi qeyd olunmuşdur. İş materiallarında olan Vətandaşlıq vəziyyəti aktlarının qeydiyyat bürosunun doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Şahbuz rayonu, Mahmudoba kəndində anadan olmuş, atası X2 anası isə “X19” qızı kimi qeyd olunmuşdur. İş materiallarında olan AZE seriyalı 00343082 nömrəli X6 şəxsiyət vəsiqəsinin surətindəndən görünür ki, X12 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. Belə ki, 53 nömrəli Şahbuz rayon Qeydiyyat şöbəsinin sorğuya cavab məktubundan görünür ki, AZərbaycan Respublikasi NAZirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a və AZərbaycan Respublikasi Ailə Məcəlləsinin 63.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinə düzəliş olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən doğum haqqında akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsi qanuna zidd olduğundan mümkün olmadığını və onun ləğv olunması üçün aidiyyatı üzrə müfaviq məhkəməyə müraciət etməsini bildirib. AZərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. AZərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. AZərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. AZərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lAZımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən AZərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yAZılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, həm AZ-İ nömrəli 871126 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən, həm Vətandaşlıq aktlarının dövlət qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən və AZE seriyalı 00343082 nömrəli X6 şəxsiyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin anasının adı həqiqətən də X8r. Ərizəçi Vətandaşlıq vəziyyəti aktlarının qeydiyyat bürosunun doğum haqqında şəhadətnaməsində ərizəçinin anasının adı yalnışlıqla X4 qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lAZımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, AZərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnaməsinin ana adı qrafasında anasının adı kimi qeyd edilən “Yusifə” adının, Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 871126 saylı ölüm haqqında şəhadətnamədə göstərilmiş X7 məxsus olan ad qrafasında qeyd edilən “Yuzüfə” adı olması faktının müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi АЗ ******* saylı doğum haqqında şəhadətnaməsinin ana adı qrafasında anasının adı kimi qeyd edilən “Yusifə” adının, Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 871126 saylı ölüm haqqında şəhadətnamədə göstərilmiş X7 məxsus olan ad qrafasında qeyd edilən “Yuzüfə” adı ilə eyni şəxsə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nilufər Cəfərli Hakim:
Məhkəmə qərarları › İş №2(008)-3988/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3988/2022
15.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver