Məhkəmə qərarları › İş №2(008)-40/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-40/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-40/2024 31.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh Soyuz oğlunun, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh Soyuz oğluna qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi, torpaq sahəsində günəş şüalarını əks etdirən qurğunun quraşdırılması və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Soyuz oğlunun İddiaçı qarşı “çıxarışın və verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi, pəncərələrin bağlanması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Soyuz oğluna qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi, torpaq sahəsində günəş şüalarını əks etdirən qurğunun quraşdırılması və maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Soyuz oğlundan iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 nömrəli bağ evində lazımi dəyişikliklərin keçirilməsi üçün tələb olunan 8000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, cəmi 8030 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh Soyuz oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 1234K saylı bağ sahəsində qanunsuz inşa etdiyi tikilinin (bağ evinin, o cümlədən digər bütün qurğuların) sökülməsi və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Soyuz oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən 1234 K saylı bağ sahəsində inşa etdiyi fərdi yaşayış evi ilə iddiaçıya məxsus bağ evinin yan hissəsində olan cavabdehə məxsus torpaq hissəsinin iddiaçının xeyrinə servitutla yüklü olunaraq, həmin torpaq hissəsində “günəş şüalarını əks edən” qurğunun quraşdırılması (yerləşdirilməsi), qurğunun ümumilikdə cavabdehin və digər şəxslərin təsirindən qorunması məqsədilə onun təcrid edilməsi, həmin qurğunun zədələnməsi və korlanmasının cavabdehə qadağan edilməsi, həmin qurğunun istehsalı və quraşdırılması üçün tələb olunan 4000 manat, mənəvi ziyanın vurulmasına görə 700 manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi, cəmi 4730 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Soyuz oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, hasarın üzərində qanunsuz inşa edilmiş evin sökülməsi, bu mümkün olmadıqda xeyrinə 50.000 manat kompensasiyanın və 10.000 manat mənəvi zərərin tutulması, onun torpaq sahəsinə qanunsuz açılmış pəncərələrin qarşılıqlı iddia üzrə cavabdehin hesabına bağlanması, evin damından həyətinə yağış sularının axıdılmasının qarşısının alınmasının qarşılıqlı iddia üzrə cavabdehin hesabına təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh Soyuz oğlu İddiaçı qarşı “çıxarışın və verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, qanunsuz tikilinin sökülməsi, pəncərələrin bağlanması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı verilmiş MH seriyalı ******* saylı çıxarışın və texniki sənədlərin, həmçinin dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, cavabdehin onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etdiyi evin sökülməsi, bu mümkün olmadıqda ona 50.000 manat kompensasiyanın və 10.000 manat mənəvi zərərin tutulması, torpaq sahəsinə qanunsuz açılmış pəncərələrin cavabdehin hesabına bağlanması, evin damından həyətinə yağış sularının axıdılmasının qarşısının alınmasının cavabdehin hesabına təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun ünvan ünvanında fərdi yaşayış evi vardır. Həmin evi 2008-ci ildə alqı-satqı yolu ilə əldə etmişdir. Evi aldığı vaxtdan evin daxilindəki pəncərələrin yerləşməsində hər hansı dəyişiklik etməmiş, lakin evin daxilində təmir-bərpa işləri aparılmışdır. Ev iki mərtəbədən ibarət olmaqla, 1-ci mərtəbədə bir yaşayış otağı və mətbəx, 2-ci mərtəbədə isə bir yaşayış otağı vardır. Hər iki mərtəbədə otaqların pəncərələri evin bir tərəfində yerləşir. Həmin pəncərələr günəş çıxan tərəfə baxdıqlarından, evə təbii işıq düşmüşdür. Həmin vaxt evin şərq hissəsində yerləşən torpaq sahəsi boş olmuş, orada hər hansı tikili olmamışdır. Buna görə də, həmin evi bəyənərək almışdır. Lakin həmin torpaq sahəsinin keçmiş mülkiyyətçisi torpaq sahəsinin 0,035 ha hissəsini 2019-cu ildə cavabdehə satmışdır. Həmin ilin yay aylarından cavabdeh fərdi evin tikintisinə başlamışdır. Nəticədə, cavabdehin düzgün inşa edilməyən evinin hüdudları onun evinə çox yaxın məsəfədə tikilmiş və otaqlarına təbii (günəş) işığın düşməsinə (daxil olmasına) böyük maneələrin törədilməsinə gətirib çıxarmışdır. Bu səbəbdən, evin içərisinə təbii işıq daxil olmur. Son iddia tələbi üzrə daha bir məhkəmə ekspertizası keçirilmiş və xx.xx.2022-ci il tarixli, 10/3653 nömrəli rəyə əsasən onun mövcud olan yaşayış bağ evində hər hansı bir uyğunzuluq aşkar olunmamışdır. Əksinə, Cavabdeh qanunsuz inşa etdirdiyi fərdi yaşayış evinin tikintisində ciddi pozuntular aşkar olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, cavabdehin inşa etdiyi fərdi yaşayış evi ilə iddiaçıya məxsus bağ evi arasındakı ən qısa məsəfənin 0,8 m olduğunu nəzərə alaraq cavabdehə məxsus fərdi yaşayış evinin inşası zamanı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci bəndinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Nəticə etibarilə cavabdehin yaxın məsafədə məlumatlandırma icraatının tələblərinə zidd olaraq qanunsuz qaydada fərdi yaşayış evinin inşa etdirilməsi ilə iddiaçının qonşuluq hüququ pozularaq ona məxsus bağ evinin 1-ci mərtəbəsinin cavabdehlə qonşu hissədə yerləşən pəncərələrə daxil olmalı olan təbii (yəni günəş) işığının düşməsin süni şəkildə tamamilə pozulmuşdur. Beləliklə, ona məxsus olan bağ evinin müəyyən hissəsinə günorta vaxtı təbii işığın şüalarından iddiaçı məhrum edilmişdir. Həmin vəziyyətin azacıq da olsa aradan qaldırılması üçün yalnız bir variant qalmışdır. O da müvafiq konstruksiyanın yığılması və onun məhz iddiaçı ilə cavabdehin tikdirdiyi evin arasında onun yerləşdirilməsi yoludur. Lakin həmin konstruksiyanın quraşdırılması üçün xeyli vəsait tələb olunur. Onda olan məlumata əsasən həmin konstruskiyanın və onun üzərində elektrik üsulu ilə idarə olunan güzgülərin hərəkəti də nəzərdə tutulduğundan, işlərin ümumi dəyəri 4000 manat təşkil edir. Bü cür “güzgünün” quraşdırılması nəticəsində təbii işığının qarşısını alan cavabdehin evinin azacıq da olsa mənfi təsiri aradan qalxır. Lakin bütün bu işlər cavabdehin hesabına müəyyənləşdirilməli və həmin konstruksiyanın quraşdırılması üçün qanunda nəzərdə tutulan servitut hüququ təmin olunmalıdır. Otaqlar daim qaranlıq içindədir (instalyasiya). O, məcbur olur ki, gün ərzində daima süni işıqlardan istifadə etsin. Həmçinin cavabdehin inşa etdirdiyi evin hüdudları, damı və digər hissələri onun bağ evinin demək olar ki, bütün kənar hissəsi ilə çox yaxın məsafədə yerləşir. Bu da yolverilməzdir. Bu qanunsuz tikintinin nəticəsində, evində rahatçılıq yoxdur, evinin sanitar-gigiyenik normaları pozulmuşdur. Cavabdehin evinin daxilinin hər yerində gün ərzində təbii işıq düşür, amma onun evinin heç bir hissəsinə demək olar ki, təbii işıq düşmür. Baxmayaraq ki, evinin yan tərəfində 40 ildir ki, pəncərə var. Həmçinin qeyd edir ki, keçirilmiş ekspertiza baxışı zamanı iştirak edən ekspert Ziya Tağıyev və tərəfindən dəvət olunmuş özəl ekspert ona məxsus olan fərdi yaşayış evinin içində olmuşdur. Orada qərardadda göstərilən, yəni cavabdehin inşa etdirdiyi fərdi yaşayış evi səbəbindən, bağ evinə normalda daxil ola biləcək təbii günəş işığının düşməsinə maneə yaranırmı; yaranırsa, konkret olaraq evinin hansı sahələrinə; evinə daxil olan təbii işıq qanunvericilikdə yaşayış sahələrinə aid olan normaya uyğundurmu; süni şəkildə qarşısı alınmış təbii günəş işığının hansı yolla kompensasiya etdirilməsi (əvəzləşdirilməsi) mümkündür; əgər bu mümkündürsə, kompensasiya xərci nə qədər təşkil edir və nədən ibarətdir suallarının aydınlaşdırılması məqsədilə təcrübə eksperimenti keçirilmişdir. Eksperiment zamanı evinin kənarında olduğu zaman, əlində tutduğu güzgü vasitəsilə pəncərədən daxil olan təbii işığın şüalarının daxil olması faktı qeydə alınmış və bunun nəticəsində otaqlarda təbii işıqlandırılmanın səviyyəsinə müsbət təsiri müşahidə olunmuşdur. Göstərilənlərə əsasən, o, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinə etiraz edərək izahatında əlavə olaraq bildirdi ki, alternativ ekspert Mirzəyev Ələsgərin iştirakı ilə məişət güzgüsü ilə eksperiment keçirmişdir. Belə ki, 50х50 ölçüdə güzgü evlər arasında sahədən günəş işığını əks etdirmişdir və iddiaçının daxili sahəsinin hissəsini işıqlandırmışdır. Lakin qeyd etmək istəyir ki, iddia ilə məhkəməyə müraciət etməzdən öncə, iddiaçı işin sülhlə qurtarması üçün Cavabdeha təklif etmişdir. Buna görə iddiaçının evinə təbii günəş işığının düşməsi üçün, müvafiq konstruksiyanın yığılması və onun məhz iddiaçı ilə cavabdehin tikdirdiyi evin arasında yerləşdirilməsi məsələsi müzakirə olunmuşdur. Cavabdeh buna razılıq vermiş və Bələdiyyənin iştirakı ilə hazırladığı yazılı razılıq ərizəsini şəxsən imzalamışdır. Lakin bir neçə müddət sonra, oğlunun təsiri və təziyiqi nəticəsində Cavabdeh bu razılıqdan imtina etmişdir. İddiçı da məcbur olaraq mübahisənin həlli üçün məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən öncə verilən iddia tələbinin dəyişdirilməsi haqqında ərizədə, göstərilmişdir ki, qonşuluqda yerləşən torpaq sahəsinin bir hissəsi Cavabdeh Soyuz oğluna 2019-cu ilin aprel ayında satılmışdır. Bir neçə vaxtdan sonra, yəni təxminən 2019cu ilin yay aylarından başlayaraq Cavabdeh fərdi evin tikintisinə başlamış, nəticədə, ev artıq hazırdır və tikilmiş evdən icazə verilməyən yaxınlıqda (4 ekspertin hamısı bunu Babayevin evinin tikintisi zamanı tikinti normalarının pozulması kimi qeyd etmişdir) cavabdehin düzgün inşa edilməyin evinin hüdudları iddiaçının evinə yaxın tikilmişdir. Nəticə etibarilə otaqlarına təbii (günəş) işığın düşməsinə (daxil olmasına) böyük maneələrin törədilməsinə gətirib çıxarmışdır. Evin daxilinə təbii işıq daxil olmur. Otaqlar daima qaranlıq içindədir. İddiaçı məcbur olur ki, gün ərzində süni işıqlardan istifadə etsin. Həmçinin cavabdehin inşa etdirdiyi evin hüqudları, damı və digər hissələri iddiaçının bağ evinin demək olar ki, bütün kənar hissəsi ilə çox yaxın məsafədə yerləşir. Bu da yolverilməzdir. Bu qanunsuz tikintinin nəticəsində, iddiaçının bağ evində rahatçılıq yoxdur, nəticədə, evin sanitar-gigiyenik normalarının pozulmasına gətirib-çıxarır. Cavabdehin evin daxilində hər yerində gün ərzində təbii işıq düşür, amma iddiaçının evinin heç bir hissəsinə demək olar ki, təbii işıq düşmür. Baxmayaraq ki, iddiaçının evinin yan tərəfində 40 ildir ki, pəncərə var. Bundan başqa, bu hal iddiaçının evində yanğın təhlükəsizliyi baxımdan da, ciddi problemler yaradır. Cavabdehin fərdi evinin bütün kanalizasiyası yerin altında inşa edilən hovuza daxil olur. Bütün çirkab suları cavabdehin fərdi evindən yerin altında tikilmiş hovuza tökülür. Həmçinin hovuz (şambo) bilavasitə iddiaçının evinin yan sərhədlərinə bitişik olaraq cavabdeh tərəfindən inşa etdirilib. Həmçinin bildirir ki, iş üzrə artıq 4 dəfə məhkəmə ekspertizası keçirilmiş və rəylər verilmişdir. Lakin buna baxmayaraq, ekspertizaların keçirilməsi üçün səlahiyyətli orqan (ixtisaslı ekspertiza mərkəzi) məhkəmə tərəfindən düzgün seçilməmiş və bu hal işin uzanmasına səbəb olmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, 2 ekspertizadan sonra cavabdeh iddiaçının 1980-ci ildə tikilmiş evinin sökülməsi haqqında əsaslandırılmamış iddia təqdim etmişdir ki, 2008-ci ildə iddiaçının evinin texpasportunda göstərilmiş pəncərənin bağlanması, 50.000 manat kompensasiyanın və 10.000 manat mənəvi zərərin ödənilməsini göstərmişdir. İddiaçı öz rahatlığı ilə bağ evindən istifadə edə bilmir. Bütün bunlar iddiaçıya həm mənəvi, həm də fiziki iztirab verir. Sonuncu - dördüncü dəfə də keçirilmiş ekspertizanın nəticəsi də işin yekunlaşdırılması üçün köməklik göstərə bilməmişdir. Çünki əvvəlki kimi, yenə də iddiaçının iradlarının tam olaraq həlli üçün suallara (gündüz işığının bərpa olunması) ətraflı olaraq cavab verilməmişdir. Bu da işin əsassız yubandırılmasına gətirib çıxarmışdır. Rayon icra hakimiyyəti onun sorğusuna cavab olaraq bildirmişdir ki, məlumatlandırma icraatı zamanı qarşı tərəfin apardığı tikinti işlərinə etiraz bildirilmişdir və tikintinin başlanmasına razılıq verməmişdir. İmtina məktubu ondan ibarət idi ki, Şəhərsalma Tikinti Məcəlləsinin 85 və 80-ci maddələrinə istinad olunmuş və buna baxmayaraq cavabdeh o evin inşasına nail olmuşdur. Göstərilənlərə əsasən, nümayəndə və vəkil ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Soyuz oğlu, məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı evi hasarın üzərində inşa etdirmiş və pəncərəni də onun həyətinə açmışdır. Nəticədə, yağış suları onun həyətinə axır və natəmizlik yaradır. Bu barədə ona dəfələrlə bildirsə də, nəticəsi olmamışdır. Bundan başqa, ekspert rəyində göstərilmişdir ki İddiaçı əlavə olaraq pəncərədən 3,70 metr qarşıya balkonlar tikmişdir. Bu səbəbdən də, evə günəş işığı düşmür, yəni qarşı tərəf özü evinə günəş işığının düşməsini əngəlləmişdir. Onun tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, ara məsafəsi düzgün gözlənilmişdir. Göstərilənlərə əsasən, o, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X9 rəyi müdafiə edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, hər iki evə və həyətyanı sahəyə baxış keçirmişdir. İddiaçı məxsus evin üç pəncərəsindən yalnız biri texniki pasportda öz əksini tapmışdır. Güzgü sisteminin quraşdırılması mümkündür. Səlahiyyətinə aid olmadığından, güzgü sisteminin Cavabdeh məxsus həyətdə quraşdırılması barədə tədqiqat aparması mümkün deyil. Buna dair Fövqəladə Hallar Nazirliyinin mütəxəssis rəyi mövcud olmalıdır. Evlər arasındakı ara məsafəsi tikinti qaydalarına uyğun deyildir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş X4 rəyi müdafiə edərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən ara məsafəsinin gözlənilmədiyini rəydə göstərmişdir. Ara məsafəsinin gözlənilməməsi müxtəlif problemlər yarada, hərəkəti və havalandırmanı məhdudlaşdıra bilər. Yanğın təhlükəsizliyi ilə bağlı ayrıca tələblər mövcuddur, ordakı məsafələr ara məsafəsi ilə eyni məsafələr deyildir. 1-ci mərtəbədə olan pəncərə texpasportda öz əksini tapır, bu, rəydə qeyd olunmuşdur. İşıqlandırma normalarla müəyyən olunur, düşən işığın normaya uyğunluğunun müəyyən edilməsi üçün müvafiq mütəxəssislər tərəfindən ölçü işləri aparılır, onu vizual baxışla müəyyən etmək olmur. Həmin məsələ ekspertiza mərkəzinin səlahiyyətlərinə aid deyildir, onlar mütəxəssis rəyi əsasında ekspertiza aparırlar, onlarda texniki avadanlıqlar yoxdur. İşıqlandırma normadan çox aşağıdırsa, onu aradan qaldıran üsullar müxtəlif ola bilər. Başqa pəncərənin açılması, qarşısında olan tikilinin sökülüb-sökülməməsi müzakirə olunmuşdur. Evlərin sərhəd xəttinin arasında məsafə 1,2 metrə olmalıdır. İddiaçı evinin tixniki-pasportu 2008-ci ildə təqdim olunmuş, ara məsafəsi ilə bağlı qaydalar 2012-ci ildə tərtib olunmuşdur, ona görə evin sərhəd xəttinin üzərində olmasına qanununvericilik tərəfindən icazə verilmişdir. Pəncərə texpasporta nəzərdə tutulmuş, nəzərdə olmayan hissələrlə bağlı rəydə qeyd etmişdir. Mansard formasında olan dam köməkçi sahə sayılır. Evin hər hansı bir hissəsini, həmçinin damı dəyişilirsə, müvafiq qurumlardan icazə alınmalıdır. Məhkəmə, proses iştirakçılarının, ekspertlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ ******* nömrəli xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi X5 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində mlükiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.54 kv.m yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarət 1233 nömrəli bağ evi alıcı İddiaçı mülkiyyətinə vermişdir. - Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 0,12 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 1234 saylı bağ sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2017-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. - AN-İ ******* nömrəli xx.xx.2019-cü il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, mülkiyyətçi X11 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini alıcı Cavabdeh Soyuz oğluna satmış, 0,085 ha torpaq sahəsi mülkiyyətçinin mülkiyyətində qalmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 0,035 ha olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsi, 1234K saylı bağ sahəsi xüsusi mülkiyyət növü olaraq xx.xx.2019cu il tarixdə Cavabdeh Soyuz oğluna adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavininin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Sabunçu rayonu, Vişnyovka bağ massivində vətəndaş Cavabdeh Soyuz oğluna məxsus 1234K saylı bağ sahəsində bağ evinin tikintisi ilə bağlı məlumatlandırma icraatı qaydasında xx.xx.2019-cu il tarixdə vətəndaşın ərizəsi rayon icra hakimiyətinə daxil olmuş və təqdim edilmiş layihənin memarlıq planlaşdırma bölməsində baxılaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 80-ci maddələrini tələblərinə uyğun olaraq irad bildirilmişdir. - X1 39 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş məlumatları və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara dair nəticələr aşağıdakı kimidir: Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1 "Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və abadlaşdırılmasfnın 4.13. bəndinin “qeyd" bölməsinin tələblərinə müvafiq olaraq, İddiaçı məxsus 1233 saylı bağ evi ilə qonşuluqda yerləşən Cavabdeh Soyuz oğluna məxsus 1234 K saylı bağ evinin mövcud vəziyyətinin, o cümlədən 1233 saylı bağ evinin pəncərəsinin qarşısında mövcud məsafədə yerləşməsinin yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə, yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmadan İddiaçı məxsus 1233 saylı bağ evinin mətbəx-qonaq otağı kimi istifadə olunan sahəsinin 1.4x1.3m. ölçüdə olan pəncərəsi vasitəsilə təbii günəş işığının düşməsinə təsir etməsi müəyyən edilir. İddiaçı məxsus 1233 saylı bağ evinin, o cümlədən bağ evində inşa olunmuş əlavə tikili və hissələrin xx.xx.2013-cü ildən hal-hazırkı dövrədək eyni vəziyyətdə olduğunu, Cavabdeh Soyuz oğluna məxsus olan 1234K saylı bağ sahəsindəki mövcud bağ evinin isə 2019-2020-ci illərdə (1234K saylı bağ sahəsində bağ evinin inşa olunmasına icazə verilməsi barədə xx.xx.2019-cu il tatixli ərizəyə, Sabunçu Rayon İcra Hakimiyyətinin 18.07.19-cu il tarixli, B-134-151 saylı məktubuna və “Google Earth” proqramının ortofoto görüntülərinə istinadən) inşa olunduğunu nəzərə alaraq, 1233 saylı bağ evinin Cavabdeh Soyuz oğluna məxsus 1234K saylı bağ evindən təyinatı üzrə istifadə etməsinə hər hansı maneə (təbii günəş işığının düşməsi, hava axını və s.) yaranması faktı müəyyən edilmir. İddiaçı 1233 saylı bağ evinə saat 12.00-dan 15.00-a dək baxış zamanı, bağ evinin sözügedən mətbəx-qonaq otağına müxtəlif istiqamətlərdən (şimal, şərq, cənub və qərb tərəfdən) təbii günəş işığının düşməsi, lakin düşən təbii işığın həmin sahənin şərq və cənub tərəflərdən nisbətən zəif olması müəyyən edilmişdir. Belə ki, həmin sahə (mətbəx-qonaq otağı) şərq tərəfdən qonşu Cavabdeh Soyuz oğlunun bağ evi ilə, cənub tərəfdən isə üstü örtülü açıq eyvan (açıq eyvan 1233 saylı bağ evinin tərkib hissəsidir) ilə əhatə olunmuşdur. İddiaçı tərəfindən, qarşısı alınmış təbii günəş işığının kompensasiya olunmasına dair layihə üzrə (memar M.Babayev, lisenziya n-si 088608) qarşısı alınmış təbii günəş işığının kompensasiyası üçün, qonşu evin divarı (Cavabdeh Soyuz oğlunun bağ evinin divarıdır, qarşısında divardan nisbətən aralıda (ara məsafəsi layihədə əks olunmayıb) beton dayaqlar üzərində, oxlararası eni 3.65, hündürlüyü 3.10 metr ölçüdə dördkünc metal profillərdən və alüminium-plastik çərçivə (ramka) üzərində güzgülər quraşdırılmalıdır. Quraşdırılmalı güzgülər İddiaçımn sözügedən mətbəx-qonaq otağının 1.4x1.3m. ölçüdə olan pəncərəsinin qarşısında nəzərdə tutulmuşdur. Memar, Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1 “Dövlət Şəhərsalma Norma və Qayda an. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və abadlaşdırılmasının 11.22. bəndinin tələblərinə əsaslanaraq, qarşısı alınmış təbii günəş işığının kompensasiyası üçün yerinə yetirilməli tikinti və quraşdırma işlərini məhz Cavabdeh Soyuz oğlunun inşa etdiyi bağ evi tərəfindən layihələndirmişdir. Belə ki, Cavabdeh Soyuz oğlunun inşa etdiyi bağ evi İddiaçımn bağ evinə münasibətdə müvafiq tikinti norma və qaydalarına uyğun olmadığına görə, layihə üzrə quraşdırılmalı güzgülər qurğusunun yeri (məkanı) məqsədə müvafiq hesab olunur. İddiaçı məxsus evə təbii işığın düşməsinin təmin edilməsi məqsədilə, layihə üzrə qurğu Cavabdeh Soyuz oğluna məxsus 1234 K saylı bağ evin ərazi hüdudlarında yerləşdirilməlidir. Qeyd edildiyi kimi, qurğunun yerləşdiyi ərazi faktiki olaraq iki bağ evi arasındakı qapalı şəkildə olan torpaq sahəsidir. Bu zaman, qurğunun yerləşdirilməsi ilə, həmin torpaq sahəsindən hərəkət etməsinə müəyyən qədər məhdudiyyət yarana bilər. Belə olan halda, layihə üzrə qurğunun yerləşdirilməsi "servitut" qaydasında, yəni özgənin əmlakından, mülkündən müəyyən dərəcədə istifadə etmə hüququ əsasında həyata keçirilə bilər. İddiaçı məxsus evə işıq düşməsinin təmin edilməsi məqsədilə qurğunun ona məxsus 1233 saylı bağ evinin ərazi hüdudlarında (yaxud cavabehə məxsus evin hüdudlarında başqa fərqli bir ərazidə, digər şəxslərin hüquqlarını pozmadan) yerləşdirilməsi məqsədəmüvafiq hesab olunur. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin” 2012-ci ildə qüvvəyə minməsini, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ sahəsində yerləşən 1233 saylı bağ evinə dair tərtib olunmuş xx.xx.2008-ci il tarixli Texniki pasport sənədindəki məlumatlara əsasən, həmin 1233 saylı bağ evinin 1980-ci ildə inşa olunmasını, planlı yerləşməsinin texniki pasport sənədinə uyğun olmasını və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08-11301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmasını nəzərə alaraq həmin evin tikinti normalarına uyğun olduğu müəyyən olunur. Cavabdeh Soyuz oğluna məxsus yaşayış evinin hündürlüyünün 4 metr olmasını nəzərə alaraq qərb tərəfdən qonşu ilə ara məsafəsi (məlumatlandırma icraatı çərçivəsində divar hündürlüyünün 0,3 hissəsi) 1,2 metr müəyyən olunur. Faktiki vəziyyətdə fəmin yaşayış evinin qərb tərəfdə sərhəd xəttindən 0,8 metr aralıdan inşa olunmasını nəzərə alaraq həmin evin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbh uyğun şəkildə ara məsafəsi gözlənilmədən inşa edildiyi müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsində yerləşən 1233 saylı bağ evi məxsus torpaq sahəsinin şərq istiqaməti sərhəd xəttinin üzərində inşa edilmişdir. Bağ evinin birinci mərtəbəsində birinci pəncərə tərəfdə yerləşən 1234K saylı bağ sahəsinə tərəf quraşdırılmışdır. Qeyd olunur ki, evinin planlı yerləşməsi (sərhəd xəttində inşa edilməsi) və birinci mərtəbədə mövcud mübahisəli pəncərənin İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 saylı bağ evinə dair tərtib olunmuş xx.xx.2008-ci il tarixli texniki pasport sənədində öz əksini tapmasını nəzərə alaraq həmin evin və pəncərənin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, hər hansı yaşayış evinin sökülüb başqa yerdən inşa olunması müvafiq İcra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla və təsdiq olunmuş layihə əsasında mümkündür. Rəyin tədqiqat hissəsində göstərilənləri, eləcə də İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 saylı bağ evinin 1980-ci ildə inşa olunmasını, planlı yerləşməsinin texniki pasport sənədinə uyğun olmasını və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysstdndeff **********08-11301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmasını nəzərə alaraq sözügedən bağ evinin sökülərək sərhəd hasarından aralı inşa olunması ilə bağlı tədqiqat aparılmamışdır. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin” 2012-ci ildə qüvvəyə minməsini, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 saylı bağ evinə dair tərtib olunmuş xx.xx.2008-ci il tarixli Texniki pasport sənədindəki məlumatlara əsasən, həmin 1233 saylı bağ evinin 1980-ci ildə inşa olunmasını, planlı yerləşməsinin texniki pasport sənədinə uyğun olmasını və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08-11301 reyestr nömrəli Çıxarışla qeydiyyata alınmasını nəzərə alaraq həmin evin tikinti normalarına uyğun olduğu müəyyən olunur. Cavabdeh Soyuz oğluna məxsus yeşeyış evinin hündürlüyünün 4 metr olmasını nəzərə alaraq qərb tərəfdən qonşu ilə ara məsafəsi (məlumatlandırma icraatı çərçivəsində divar hündürlüyünün 0,3 hissəsi) 1,2 metr müəyyən olunur. Faktiki vəziyyətdə həmin fərdi yaşayış evinin qərb tərəfdə sərhəd xəttindən 0,8 metr aralıdan inşa olunmasını nəzərə alaraq həmin evin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun şəkildə ara məsafəsi gözlənilmədən inşa edildiyi müəyyən olunur. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 saylı bağ evi məxsus torpaq sahəsinin şərq istiqamətində sərhəd xəttinin üzərində inşa edilmişdir. Bağ evinin birinci mərtəbəsində bir pəncərə şərq tərəfdə yerləşən 1234K saylı bağ sahəsinə tərəf quraşdırılmışdır. Qeyd olunur ki, bağ evinin planlı yerləşməsi (sərhəd xəttində inşa edilməsi) və birinci mərtəbədə mövcud olan mübahisəli pəncərənin İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ sahəsində yerləşən 1233 saylı bağ evinə dair tərtib olunmuş xx.xx.2008-ci il tarixli Texniki pasport sənədində öz əksini tapmasını nəzərə alaraq həmin evin və pəncərənin qanunvericiliyin tələblərinə uyğun olduğu müəyyən olunur. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, mülki iş materiallarında olan 1233 saylı bağ evinə dair xx.xx.2008-ci il tarixdə tərtib edilmiş texniki pasport sənədində tədqiq olunan 1233 saylı bağ evinin 1 bağlı eyvan, 1 açıq eyvan və 2 yaşayış otağından ibarət olmaqla ümumi sahəsinin 33.14 kv.m olduğu qeyd olunduğu halda, baxış zamanı texniki pasport sənədində 1 və 3 nömrələri ilə işarələnmiş yaşayış otaqları arsındakı arakəsmə divarın faktiki olaraq mövcud olmadığı, 4 nömrəsi ilə işarələnmiş açıq eyvanın faktiki olaraq mövcud olmadığı, 1 nömrəsi ilə işarələnmiş otaqda qeyd olunan giriş-çıxış qapı boşluğunun yerinin dəyişdirilərək texniki pasport sənədində 2 nömrəsi ilə işarələnmiş yaşayış otağından açıldığı, tikilinin dam hisssəsinin faktiki olaraq mansard tipli olduğu, 1 və 2 nömrələri ilə işarələnmiş otaqların qarşısında ölçüləri 3.7m x 7.0m olan açıq eyvanın inşa edildiyi və həmin açıq eyvandan tikilinin mansard hissəsinə pilləkən qəfəsinin quraşdırıldığı müəyyən olunmuşdur. Cavabdeh Soyuz oğluna məxsus fərdi yaşayış evi ilə iddiaçıya məxsus bağ evi arasındakı ən qısa məsafənin 0.8m olduğunu nəzərə alaraq cavabdehə məxsus fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinin pozulduğu, iddiaçıya məxsus tikilidə aparılan yenidənqurma və dəyişikliklər barəsində hər hansı bir icazə sənədləri olmadığından həmin tikilinin inşası zamanı “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinin pozulduğu müəyyən olunur. Hər hansı yaşayış evinin sökülüb başqa yerdən inşa olunması müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla və təsdiq olunmuş layihə əsasında mümkündür. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən həmin suallar üzrə tədqiqat aparılmamışdır. Cavabdeh Soyuz oğluna məxsus yaşayış evinin hündürlüyünün 4 metr olmasını nəzərə alaraq qərb tərəfdən qonşu ilə ara məsafəsi (məlumatlandırma icraatı çərçivəsində divar hündürlüyünün 0,3 hissəsi) 1,2 metr müəyyən olunur. Faktiki vəziyyətdə həmin fərdi yaşayış evinin qərb tərəfdə sərhəd xəttindən 0,8 metr aralıdan inşa olunmasını nəzərə alaraq həmin evin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun şəkildə ara məsafəsi gözlənilmədən inşa edildiyi müəyyən olunur. Məhkəmə ilkin iddianın rədd edilməli olması qənaətinə gələrkən qeyd edir ki, ilkin iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehə məxsus torpaq sahəsinin özünün xeyrinə servitutla yüklü olunaraq, həmin torpaq hissəsində “günəş şüalarını əks edən” qurğunun quraşdırılması (yerləşdirilməsi), qurğunun ümumilikdə cavabdehin və digər şəxslərin təsirindən qorunması məqsədilə onun təcrid edilməsini xahiş etsə də, keçirilmiş ekspertizalarla həmin qurğunun quraşdırılmasının hansı qaydada və formada həyata keçiriləcəyi barədə suallara cavab verilməmiş, ümumiyyətlə həmin qurğunun quraşdırılmasının mümkünlüyü, bunun texniki normalara və şərtlərə (standartlara) uyğun olub-olmamadığı müəyyən edilməmişdir. Digər tərəfdən, ilkin iddia üzrə iddiaçı həmin qurğunun istehsalı və quraşdırılması üçün tələb olunan vəsaitin ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş etsə də, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 259.3-cü maddəsinə əsasən, əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini çəkməlidir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, göstərilən hissələrdə iddia əsaslı deyil və təmin edilə bilməz. Mənəvi ziyanın tutulması ilə bağlı məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı hansı formada mənəvi zərərə məruz qaldığını əsaslandırmadığından və bu halı sübuta yetirmədiyindən, iddia həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı verilmiş MH seriyalı ******* saylı çıxarışın və texniki sənədlərin, həmçinin dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi hissəsində iddia tələbi, onun qaldırılması üçün Cavabdeh Soyuz oğlunun subyektiv hüququnun mövcud olmaması əsası ilə rədd edilməlidir. Mənəvi ziyanın tutulması ilə bağlı məhkəmə eyni qənaətə gələrək hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı hansı formada mənəvi zərərə məruz qaldığını əsaslandırmadığından və bu halı sübuta yetirmədiyindən, qarşılıqlı iddia həmin hissədə də təmin edilməməlidir. Qarşılıqlı iddianın qarşlıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa etdiyi evin sökülməsi, bu mümkün olmadıqda ona 50.000 manat kompensasiyanın verilməsi, torpaq sahəsinə qanunsuz açılmış pəncərələrin cavabdehin hesabına bağlanması, evin damından həyətinə yağış sularının axıdılmasının qarşısının alınmasının hissələrinə münasibətdə isə, məhkəmə hesab edir ki, verilmiş ekspert rəyləri ilə İddiaçı məxsus evin və evin pəncərələrinin qanunvericliyin tələblərinə uyğun inşa edildiyinin müəyyən edilməsi nəzərə alınaraq, göstərilən hissələrdə iddia əsassız sayılmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbləri rədd edildiyindən, iddiaların qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumları tərəflərin özünə aid edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri 100 manat, xx.xx.2021-ci il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri 50 manat, xx.xx.2022-ci il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri 50 manat və xx.xx.2024-cü il tarixlərdə il tarixli ekspert rəyinin verilməsi üçün ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində olmaqla, cəmi 250 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, hər iki iddianın rədd edildiyini nəzərə alaraq, hesab edir ki, ekspertiza tədiqiqatının dəyəri tərəflər arasında müştərək qaydada bölünərək, 125 manat İddiaçı, 125 manat hissəsi isə, Cavabdeh aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. İş üzrə çəkilmiş 250 (iki yüz əlli) manat ekspertiza xərcinin 125 (bir yüz iyirmi beş) manat hissəsi İddiaçı, 125 (bir yüz iyirmi beş) manat hissəsi Cavabdeh Soyuz oğluna aid edilməklə, onlardan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar