Məhkəmə qərarları › İş №2(008)-4002/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4002/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4002/2021 02.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi və girov predmeti olan əşyaların açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən həmin kredit müqaviləsindən irəli gələn 08.04.2021-ci il tarixə ödənilməmiş 4195.56 manat əsas borc, 757.33 manat faiz borcu, 1628.38 manat dəbbə pulu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MKYG-00109-14/20A saylı kredit müqaviləsinə əsasən, tam mülkiyyət hüququ üzrə X4 məxsus 1 ədəd qara-boz rəngli “Toshiba” markalı soyuducu (350 AZN), 2 ədəd ağ rəngli “Supermax” markalı kondisoner (400 AZN), 1 ədəd boz rəngli “LG” markalı paltaryuyan (200 AZN), 1 ədəd qara rəngli “Samsung” markalı TV (50 AZN), 1 ədəd qəhvəyi rəngli stol və 6 ədəd stul (150 AZN), 1 ədəd qara-boz rəngli “HP” markalı noutbuk (200 AZN), 1 ədəd qara rəngli “Canon” markalı printer (150 AZN), 1 ədəd ağ rəngli “Yaxun” markalı şirəçəkən aparat (50 AZN), 1 ədəd göy-sarı rəngli “Yaxun” markalı isidici (60 AZN) və dövriyyədə olan müxtəlif növ telefon aksessuarlarına (1700 AZN) tutmanın yönəldilməsi, girov predmeti olan əmlakın açıq hərracda satılması, girov ilə təmin edilmiş kredit borcunun həmin girov predmetinin açıq hərracdan satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, girov predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunun ödənilməsi üçün kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 25.97 faiz dərəcəsi ilə 5000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. İddiaçı ilə cavabdeh X3 arasında 23.01.2020-ci il tarixdə MKZ-00109-14/20A saylı zaminlik müqaviləsi, Cavabdeh2 arasında 23.01.2020-ci il tarixdə MKZ2-00109-14/20A saylı zaminlik müqaviləsi, Cavabdeh4 arasında 23.01.2020-ci il tarixdə MKZ3-00109-14/20A saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin kreditin təminatı qismində iddiaçı ilə Cavabdeh1 23.01.2020-ci il tarixdə MKYG-00109-14/20A saylı girov müqaviləsi bağlanmaqla, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 1 ədəd qara-boz rəngli “Toshiba” markalı soyuducu (350 AZN), 2 ədəd ağ rəngli “Supermax” markalı kondisoner (400 AZN), 1 ədəd boz rəngli “LG” markalı paltaryuyan (200 AZN), 1 ədəd qara rəngli “Samsung” markalı TV (50 AZN), 1 ədəd qəhvəyi rəngli stol və 6 ədəd stul (150 AZN), 1 ədəd qara-boz rəngli “HP” markalı noutbuk (200 AZN), 1 ədəd qara rəngli “Canon” markalı printer (150 AZN), 1 ədəd ağ rəngli “Yaxun” markalı şirəçəkən aparat (50 AZN), 1 ədəd göy-sarı rəngli “Yaxun” markalı isidici (60 AZN) və dövriyyədə olan müxtəlif növ telefon aksessuarları (1700 AZN) girov qoyulmuşdur. Şifahi və rəsmi qaydada edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər müqavilə öhdəliklərini icra etməmişlər. İddiaçı Bank "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən həmin kredit müqaviləsindən irəli gələn 08.04.2021-ci il tarixə ödənilməmiş 4195.56 manat əsas borc, 757.33 manat faiz borcu, 1628.38 manat dəbbə pulu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 25.97 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. - 23.01.2020-ci il tarixli, MKZ-00109-14/20A saylı zaminlik müqaviləsinə əsasən, 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinin təminatı olaraq, X3 ilə Bank "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. - 23.01.2020-ci il tarixli, MKZ3-00109-14/20A saylı zaminlik müqaviləsinə əsasən, 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh4 ilə Bank "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. - 23.01.2020-ci il tarixli, MKZ2-00109-14/20A saylı zaminlik müqaviləsinə əsasən, 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. - Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli, MKYG-00109-14/20A saylı girov müqaviləsindən görünür ki, götürdüyü kreditin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan 1 ədəd qara-boz rəngli “Toshiba” markalı soyuducu (350 AZN), 2 ədəd ağ rəngli “Supermax” markalı kondisoner (400 AZN), 1 ədəd boz rəngli “LG” markalı paltaryuyan (200 AZN), 1 ədəd qara rəngli “Samsung” markalı TV (50 AZN), 1 ədəd qəhvəyi rəngli stol və 6 ədəd stul (150 AZN), 1 ədəd qara-boz rəngli “HP” markalı noutbuk (200 AZN), 1 ədəd qara rəngli “Canon” markalı printer (150 AZN), 1 ədəd ağ rəngli “Yaxun” markalı şirəçəkən aparat (50 AZN), 1 ədəd göy-sarı rəngli “Yaxun” markalı isidici (60 AZN) və dövriyyədə olan müxtəlif növ telefon aksessuarlar (1700 AZN) girov qoyulmuşdur. - Bank "xxxx" ASC tərəfindən verilmiş 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 08.04.2021-ci il tarixə Cavabdeh1 Bank "xxxx" ASC-yə 4195.56 manat əsas borc, 757.33 manat faiz borcu və 1628.38 manat cərimə borcu vardır. - 23.01.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 Bank "xxxx" ASC-dən nağd qaydada 5000 manat pul götürmüşdür. - 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsinə 1 saylı əlavədən (ödəniş cədvəlindən) görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 24.02.2020ci il tarixdən 23.01.2021-ci il tarixədək hər ay 472.80 manat olmaqla, banka cəmi 5674.88 manat məbləğində pul ödəməlidir. - 05.02.2021-ci il tarixli bildirişlərdən görünür ki, Bank "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 banka olan borclarını ödəmələri barədə rəsmi qaydada xəbərlarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir, həmçinin zaminlər üzərlərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişlər. Məhkəmə qeyd edir ki, 09.04.2021-ci il tarixli maliyyə arayışı ilə Cavabdeh1 halhazırda banka 4195.56 manat əsas borc, 757.33 manat faiz borcu olduğu müəyyən edilir. Ona görə də, cavabdehlərdən müştərək qaydada 4195.56 manat əsas borc, 757.33 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 100 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi, cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh4 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsi üzrə 4195.56 manat əsas borc, 757.33 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 5052.89 manat məbləğində borc tutulmalı, tərəflər arasında bağlanmış 23.01.2020-ci il tarixli, MK-00109-14/20A saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının yarısı cavabdehlərə aid edilərək, onlardan tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh4 müştərək qaydada 4195.56 (dörd min yüz doxsan beş manat əlli altı qəpik) manat əsas borc, 757.33 (yeddi yüz əlli yeddi manat otuz üç qəpik) manat faiz borcu, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 5052.89 (beş min əlli iki manat səksən doqquz qəpik) manat məbləğində borc, ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 0.20 (iyirmi qəpik) manat bank xidməti haqqının əvəzi tutularaq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 23.01.2020-ci il tarixli MK-00109-14/20A saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar