Məhkəmə qərarları › İş №2(008)-4023/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4023/2025

03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4023/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, uşaqları xx.xx.1993-cü il tarixində X16, xx.xx.1995-ci il tarixində X10, xx.xx.1996-ci il tarixində X12, xx.xx.1998-ci il tarixində X13, xx.xx.1998-ci il tarixində X14, xx.xx.1999-cu il tarixində X3, xx.xx.2006-cı il tarixində X4 Bakı şəhərində doğulması faktının müəyyən edilməsi və veriləcək doğum haqqında şəhadətnamədə ana qrafasında “Ərizəçi”, ananın milliyyəti olaraq “qaraçı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Samoylova Ruslan ilə 1990-cı ildə vətəndaş nikahı ilə ailə qurmuşdur. Birgə nikahdan yaşadıqları Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, dön 4, özbaşına tikilidə - 7 uşaq dünyaya gəlmişdir: xx.xx.1993-cü il tarixində X16, xx.xx.1995-ci il tarixində X10, xx.xx.1996-ci il tarixində X12, xx.xx.1998-ci il tarixində X13, xx.xx.1999-cu il tarixində X3, xx.xx.2006-cı il tarixində X15. Doğumlar evdə baş verdiyindən uşaqlar barəsində doğum haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Hal-hazırda övladlarının hamısı sağlam və həyatdadırlar. Ərizəçi xx.xx.2025-ci il tarixdə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamənin ata qrafasında “X20”, atanın milliyəti “qaraçı” qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 27 may 2025-ci il tarixli 1265-05/15 nömrəli Ərizəçi ünvanlanmış sorğuya cavab məktubunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 2.5.3 bəndinə uyğun olaraq “doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd” və 2.4.5. bəndinə uyğun olaraq uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan 12 nömrəli şəhər poliklinikasının arayışından görünür ki, xx.xx.1993cü il təvəllüdlü X16, xx.xx.1995-ci il təvəllüdlü X10, xx.xx.1996-ci il təvəllüdlü X12, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X15 12 saylı şəhər poliklinikasında müayinədən keçmişlər. Məhkəmə iclasında iştirak edən şahid X18 ifadəsində ərizəçi onun qonşusu olduğunu, bir həyətdə yaşadıqlarını və ərizəçinin uşaqları ev şəraitində dünyaya gətirdiyi bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində ərizəçi ilə qonşu olduğunu, ərizəçi uşaqları ev şəraitində dünyaya gətirdiyini və doğuş olan zaman ona köməklik etdiyini bildirdi. Məhkəmə tərəfindən müəyyən edilir ki, ərizəçinin övladları xx.xx.1993-cü il təvəllüdlü X16, xx.xx.1995-ci il təvəllüdlü X10, xx.xx.1996-ci il təvəllüdlü X12, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.1998-ci il təvəllüdlü X14, xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X15 Azərbaycan Respublikası Bakı şəhərində ev şəraitində anadan olmuşdurlar. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. İş materiallarından və qanunvericiliyin tələbindən göründüyü kimi X17 uşaqlarını ev şəraitində dünyaya gətirdiyindən lakin doğumu tibb məntəqəsində həyata keçirmədiyindən lazım olan sənədləri təqdim etə bilmədiyindən doğumu qeydə aldıra bilməmiş və bu faktı məhkəmə qaydasında təstiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Mirasilçenko Lyuba tərəfindən doğum ev şəraitində həyata keçirilmiş, həmin doğuşdan dünyaya gəlmiş şəxslər artıq hər biri məhkəmə iclasında iştirak etməklə, yetkinlik yaşına çatmış şəxslər olsalar da, onların şəxsiyyətini təstiq edən sənədləri olmadığından anaları Lyuba Petrovna tərəfindən doğumun qeyd edilmə faktı ilə müraciət etməsini məhkəmə qanuni və əsaslı hesab edir. Beləliklə L.Petrovna tərəfindən verilmiş ərizə təmin olunmalı, xx.xx.1993-cü il tarixində X16, xx.xx.1995-ci il tarixində X10, xx.xx.1996-ci il tarixində X12, xx.xx.1998-ci il tarixində X13, xx.xx.1998-ci il tarixində X14, xx.xx.1999-cu il tarixində X3, xx.xx.2006-cı il tarixində X4 Bakı şəhərində doğulması faktının müəyyən edilərək, onlara doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X11 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X11 doğum tarixi xx.xx.1993-cü il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. xx.xx.1995-ci ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X2 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X2 doğum tarixi xx.xx.1995-ci il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. xx.xx.1996-cı ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X5 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X5 doğum tarixi xx.xx.1996-cı il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. xx.xx.1998-ci ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X6 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.1998-ci il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. xx.xx.1998-ci ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X7 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X7 doğum tarixi xx.xx.1998-ci il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. xx.xx.1999-cu ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X1 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X1 doğum tarixi xx.xx.1999-cu il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. xx.xx.2006-cı ildə tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş X4 doğumu qeyd edilsin. Doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.2006-cı il, doğulduğu yer Azərbaycan Respublikası Bakı şəhəri, ata qrafasında X20 (milliyəti qaraçı), ana qrafasında Ərizəçi (milliyəti qaraçı) kimi məlumatlar göstərilsin. Qətnamə Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1993-cü il təvəllüdlü X16, xx.xx.1995-ci il təvəllüdlü X10, xx.xx.1996-ci il təvəllüdlü X12, xx.xx.1998-ci il təvəllüdlü X13, xx.xx.1998-ci il təvəllüdlü X14, xx.xx.1999-cu il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X8 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar