Məhkəmə qərarları › İş №2(008)-4025/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4025/2023

11.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4025/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum haqqında şəhadətnamədə soyadı, adı va ata adı qeyd olunmuş, 13 yanvar 1970-ci il tarixdə Azərbaycan SSR-nin Ağsu rayonu, Musabəyli kəndində anadan olmuş Ərizəçi 2004-cü ildən hal-hazırki dövrə qədər Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ərizəçi 13 yanvar 1970-ci il tarixdə Azərbaycan SSR-nin Ağsu rayonunun Musabəyli kəndində anadan olmuşdur. 1977-ci ildə Ağsu rayonunun Musabəyli kənd 8-illik məktəbində təhsil almış və 1985-ci ildə həmin məktəbi və 1987-ci il də isə Qaraqoyunlu 10 illik orta məktəbini bitirmişdir. 1987-1988-ci illərdə Ağsu rayonunda "Lenin" adına kolxozda fəhla işləmişdir. 28 may 1988-ci il tarixdə Almaniyada hərbi xidmət keçmiş, 28 may 1990-cı il tarixdə isə hərbi xidmətdən qayıtmışdır. Ərizəçi 1991-ci ilin avqust ayında Ağsu rayonu, Musabəyli kəndində pasport qeydiyyatından çıxmış, 1991-ci ilin oktyabr ayında Tomsk vilayəti "Tomsk Ali Məktəbi"nin «avtomobil yollarının təsərrüfatı» fakültəsinə daxil olmuş və təhsilini dəvam etdirməklə yanaşı X16 “krançı-stoporçu” kimi çalışmışdır. Ərizəçi sənədlərinin bərpası mümkün olmamış, şəxsiyyət vəsiqəsi ala bilməmiş və bu səbəbdən hər hansı bir yaşayış sahəsinə qeydiyyata alınmamışdır. Ərizəçi şəxsiyyətini müəyyən edən şəkilli sənədinin olmaması səbəbindən hərbi biletini belə ala bilməmişdir. xx.xx.2002-ci il tarixdə İslamzada (Abbasova) Dilbər Əşrəf qızı ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan 29 iyul 2001-ci il təvəllüdlü X6 anadan olmuşdur. X2 doğum haqqında şəhadətnaməsində «atası» qrafasında Ərizəçi, «anası» qrafasında isə X7 qeyd olunmuşdur. Atası, 1931-ci il təvəllüdlü, 89 yaşlı X8 hal-hazırda Ağsu rayonunun Musabəyli kəndində xx.xx.1964-cü il təvəllüdlü qardaşı X4 himayəsində yaşayır. X1 xx.xx.2011-ci ildə Ağsu rayonunun Musabəyli kəndində vəfat etmişdir. xx.xx.1959-cu il təvəllüdlü bacısı Mürsalova (İslamova) Mehparə Ağaveyis qızı hal-hazırda ailəsi ilə birlikdə Ağsu rayonunda yaşayır. xx.xx.1963cü il təvəllüdlü bacısı Hacıyeva (İslamova) X9 rayonunun Musabəyli kəndində ailəsi ilə birlikdə yaşayır. SSRİ vətəndaşı pasportunu, hərbi biletini itirdiyi və heç bir ünvanda pasport qeydiyyatının olmaması səbəbindən Azerbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsini ala bilmayib. Vətəndaşlıq pasportunun və şəxsiyyət vəsiqəsinin olmamasına görə 2004-cü ildən bu günə kimi Azərbaycan Respublikasını tərk etməmişdir, həmçinin heç bir dövlət müəssəsində işləməsi mümkün olmamışdır. 13 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığını almaq üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 5227/m nömrəli ərizə ilə müraciət etmiş, lakin, 02 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının vətandaşlığına mənsubiyyətinin tanınmasına dair ******* nömrəli qərar verilmişdir. İmtinaya əsas Ərizəçi "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığının müəyyən edilməsidir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındaki Səfirliyi Konsulluq Şöbəsinin 27 avqust 2022-ci il tarixli, 2180/KO nömrə qeydli arayışına əsasən Ərizəçi Rusiya Federasiyasının vətandaşı deyildir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət ederək, üş üzrə ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Hərbi Bilet Əvəzi arayışının surətindən görünür ki, Ərizəçi 28 may 1988-ci il tarixindən 24 may 1990-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdən keçmişdir və Ağsu rayon hərbi komisarlığın hərbi uçotunda olubdur. Həmin arayış 20 yanvar 2012-ci il tarixinə kimi etibarlı olub. İş materiallarında olan Rusiya Federasiyası vətəndaşlığının olmaması haqqında arayışda Ərizəçi Rusiya Federasiyası vətəndaşlığını əldə etməmişdir və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə müvafiq olaraq, Rusiya Federasiyası vətəndaşı deyildir. Belə ki, Dövlət Miqrasiya Xidməti Ərizəçi 5227/m nömrəli 13 aprel 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 13 yanvar 2018-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmayıb və sorğuya cavab məktubundan aidiyyatı üzrə müfaviq məhkəməyə müraciət ede biləcəyi bildirilib. Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X11 məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlə şəxsin heç bir dövlətin (faktiki hala görə Rusiya Federasiyasının) vətəndaşlığına mənsub olmaması təsdiqləndiyi halda Ərizəçi ərizəsinin təmin olunmasına tərəflərindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikasının Vətəndaşlıq Haqqında Qanunun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.2-ci maddəsinə görə bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yasadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməklə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamədə soyadı, adı və ata adı qeyd olunmuş, 13 yanvar 1970-ci il tarixdə Azərbaycan SSR-nin Ağsu rayonu, Musabəyli kəndində anadan olmuş Ərizəçi 2004-cü ildən hal-hazırki dövrə qədər Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə faktının müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Doğum haqqında şəhadətnamənin soyadı, adı və ata adı qeyd olunmuş, 13 yanvar 1970-ci il tarixdə Ağsu rayonu, Musabəyli kəndində anadan olmuş, Ərizəçi 2004-cü ildən hal-hazırki dövrə qədər Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması barədə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar