Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4039/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 xx.xx.1982-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X4 17 noyabr 1982-ci ildə Bakı şəhərində doğulmuşdur. 18 dekabr 1982-ci il tarixdə səhhətində qəflətən dəyişkənlik baş vermiş və sudurğa xəstəliyindən dünyasını dəyişmişdir. Qızını Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Bununla bağlı şahidlər də vardır. O, 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsinə müraciət edərək, qızının ölümünün qeydə alınmasını və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda qızının ölümünü təsdiq edən sənədin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmişdir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin qızının ölümünü təsdiq edən şəhadətnamə olmadığından heç bir hüquqi hərəkətlər etmək mümkün deyildir. Məhz bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, xx.xx.1982-ci il təvəllüdlü qızı X2 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, o, Hüseyn Cavid küçəsi ev 11 ünvanında yaşayır. Ərizəçinin qayınatası ilə qonşudurlar, ərizəçi ora gəlin gəlmişdir. Anabacının qızının ölümündən sonra evlərinə başsağlığına getmişlər. Qızın ölüm vaxtı günorta olardı. Uşaq Bakı şəhərində, dediyi ünvanda qonşuluqda ölüb, amma öldüyü güntarix yadında deyil, çünki uzun müddət keçib. Qızın ölüm səbəbini bilmir. Uşaq doğulandan sonra təxminən bir ay yaşamışdır. Təcili yardımın çağrılıb-çağrılmadığını bilmir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudurlar. O, Hüseyn Cavid küçəsi 4, ərizəçi isə H.Cavid küçəsi 3 ünvanında yaşayır. Ərizəçinin bir qızı doğulandan az müddət sonra öldü, amma qızın adı yadında deyil. Uşaq öləndə bir yaşı olmamış, doğulandan qırx gün də keçməmişdir. Uşaq noyabr ya dekabr ayı olardı ki, vəfat edib, həmin vaxtdan 42 il olar keçib. O, 1982-ci ildə ailə qurmuşdur, ərizəçi isə 1980-ci il olardı ki ailə qurmuşdur. Uşaq ölən gün qapıda təcili yardım dayanmışdı. Qızın necə öldüyünü, ölüm səbəbini xatırlamır, anasıgil ərizəçinin evinə getmişdi. Anası dedi ki, uşaq dünyasını dəyişib. Qızın xəstəliyinin olub-olmadığını bilmir. Yas mərasimi olmamışdır, valideynləri ərizəçinin evinə başsağlığı üçün getmişlər. Uşaq ərizəçinin ilk övladı idi. Uzun müddət keçdiyinə görə uşağın ölüm günü yadında deyil. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Anabacının mərhum qızı təxminən 1982-ci ilin noyabrında doğulmuşdur. Uşağın doğulmasının bir ayı tamam olurdu ki, digər bacısı ilə birlikdə dekabr ayında uşağı görməyə getmişlər. Həmin gün təcili yardım çağırmışlar, uşağın vəziyyəti yaxşı deyildi. Təcili yardım gələndə uşaq xırıltılı nəfəs alırdı. Həkimlər uşağın sağalmasının mümkün olmadığını dedilər. Uşaq dünyasını dəyişdi. Onu Günəşlidə dəfn etmişlər. Uşaq Bakı şəhərində ölmüşdür. Uşağın ölüm günü dəqiq olaraq yadında deyil. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/7-15-404/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən sənəd olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - 18 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş 176 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X2 18 nömrəli Uşaq Poliklinikasında tibbi qeydiyyatı haqqında heç bir məlumat yoxdur. - Vİİİ-ЖГ seriyalı 473289 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X9, anası Ərizəçidır. - İİ-ЖГ seriyalı 488746 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov Anatoliy X1 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəfərova soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 1982-ci ilin dekabr ayında Bakı şəhərində ölməsi şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Bununla yanaşı, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla ərizəçinin qızı X2 1982-ci ilin dekabr ayının hansı günündə ölməsini müəyyən etmək mümkün olmadığından, məhkəmə ərizəni qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü X2 1982-ci ilin dekabr ayında Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməli, ərizə qalan hissədə rədd edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X2 1982-ci ilin dekabr ayında Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4039/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4039/2024
21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver