Məhkəmə qərarları › İş №2(008)-4044/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4044/2025

11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4044/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X8maqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X8maqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilərək, valideynləri xx.xx.1941-cı ildə Bakı şəhərində anadan olmuş X1 11 oktyabr 1998-ci il tarixdə Bakı şəhərində, 01 dekabr 1936-cı ildə Lerik şəhərində anadan olmuş X9 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, anası X4 xx.xx.1998-cı il tarixdə, X5 isə xx.xx.1987-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişlər. O və qohumları valideynlərini yaxınlıqdakı Bülbülə qəsəbə qəbirstanlığında dəfn etmişlər. Valideynlərin ərazi üzrə poliklinikaya müraciət etmədiyindən valideynlərinin adına ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Müəyyən hüquqi sənədləşdirmə işləri aparmaq üçün, vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona valideynlərinin ölüm haqqında şəhadətnaməsi lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, valdeyinlərindən miras qalmış evi əmilərinə satdıqlarından əmisiqızı vərəsəlik şəhadətnaməsi almalıdır. Bu səbəbdən də sözügedən ölüm faktlarını təsdiq etmək məcburiyyəti yaranmışdır. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq öz nümayəndəsinin iştirakını təmin etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X7 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ seriyalı ******* nömrəli doğum xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, X5, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı ”Bakı şəhəri “Asan Xidmət” X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/7-432-25 nömrəli məktubdan görünür ki, X1 ölümünün qeydə alınması haqqında müraciətə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı ”Bakı şəhəri “Asan Xidmət” X15 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 316-5/7-421-25 nömrəli məktubdan görünür ki, X9 ölümünün qeydə alınması haqqında müraciətə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Baki Baş Səhiyyə Mərkəzi” X23 “ 24 Nömrəli Şəhər Poliklinikasi”nın xx.xx.2025-ci il tarixli 85 nömrəli məktubundan görünür ki, valideynləri X4 xx.xx.1998-ci il tarixində, X16 xx.xx.1987-ci il tarixində vəfat etmişlər. Ölümdən uzun illər keçdiyindən müəssisədəki sənədlərin olmaması səbəbilə onlara “ölüm haqqında tibbi şəhadətnamə” verə bilmədiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş qəbirə dair fotoşəkildən görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X4 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qəbirə dair fotoşəkildən görünür ki, xx.xx.1936-cı il təvəllüdlü X16 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı ”Bakı şəhəri “Asan Xidmət” X15 tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi atası xx.xx.1938-ci il təvəllüdlü X12, anası xx.xx.1941-ci il təvəllüdlü X3r. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısıqızıdır. X16 onun dayısı olmuşdur. Gülarə Fərzullayeva isə dayısı arvadı olmuşdur. Dayısı xx.xx.1987-ci il tarixdə Ölmüşdür. Bülbülə qəsəbəsində vərəmdən ölmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. X5 xx.xx.1938-ci il tarixdə doğulmuş, xx.xx.1987-ci il tarixdə ağciyər xərçəngindən ölmüşdür. Anası xx.xx.1941-ci il tarixdə anadan olmuşdur, xx.xx.1998-ci il tarixdə ölmüşdür. Anası şəkərdir. Atası Bülbülə qəsəbəsində ölmüş, anası isə Nizami rayonunda kirayə yaşadıqları evdə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X16 ərizəçinin atası, X4 anası olmuşdur. X16 xx.xx.1987-ci ildə, anası X4 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi aidiyyatı orqanlara müraciət etmiş, lakin imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X9 xx.xx.1987-ci il tarixində Bakı şəhərində, xx.xx.1941-ci il təvəllüdlü X4 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktları müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar