Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4054/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X6 Xidməti olmaqla “əmək müqaviləsinin sistemdən silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçünçü şəxs Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X6 Xidməti olmaqla “əmək müqaviləsinin sistemdən silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsinə və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi hüququ X3 həvalə edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, "xxxx" MMC-lə xx.xx.2023-cü il tarixdən (vəzifə fəhlə) əmək müqaviləsi bağlamış, əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş Əmək və Əhalinin Sosial Müdafiyəsi elektron informasiya sisteminə (EİS) daxil edilmişdir. Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləmin müddəti bitsə də, əmək müqaviləsinə xitam verilməmişdir. Dəfələrlə "xxxx" MMC-yə informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə xitam verilməsi ilə müraciət etmişdir. II. Tərəflərin mövqələri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. 24 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, bir yaxınının vasitəsilə Cavabdeh MMC ilə əmək müqaviləsi bağladığını, həmin müqaviləni görmədiyini, hansı vəzifəyə götürülməsini bilməsə də, lakin orada işləmədiyini, Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləmin müddəti xx.xx.2023-cü ildə bitdiyini, bu yaxınlarda başqa işə müraciət edən zaman, əmək bildirişi sistemində ləğv olunmamış əmək müqaviləsi qaldığından, yeni əmək müqaviləsi bağlamağın mümkün olmadığını, Dövlət Vergi Xidmətinə müraciət edən zaman Cavabdeh MMC-nin vergi borcu olduğunu, başqa yolla Cavabdeh MMC-ni tapa bilmədiyini və bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2024-ciü il tarixli, 3-17-5/1-M-66526/2024 nömrəli cavab məktubundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ X6 Xidmətinə həvalə edilmədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci hissəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/3/2023-00202 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçı tərəfindən 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 3-21-2-2-1/2-53116/2025 nömrəli müraciətə cavab məktubunda, xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh (VÖEN **********) ləğv olunması barədə məlumat müəyyən edilməmişdir. Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1r, rəhbəri X1, elan edilmiş nizamnamə kapitalı 5 manat təşkil etdiyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 316.1-ci maddəsinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı işçilər və işə götürənlər arasında yaranan fərdi və kollektiv əmək mübahisələri bu Məcəllə və Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bilavasitə məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işə götürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci maddəsində göstərilən əsaslar sırasında fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsaslar dəqiq göstərilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi fiziki şəxs olan işə götürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi əsaslar təsbit olunmuş, hüquqi şəxs olan işə götürənlə bağlanmış əmək müqaviləsinə qeyd edilən orqana müraciət əsasında xitam verilmiş hesab edilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin edilməli, İddiaçı ilə, Cavabdeh MMC arasında olan əmək müqaviləsini sistemdən silinməsini (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi, əmək müqaviləsinin sistemdən silinməsi (xitamını) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsini Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X6 Xidməti Bakı şəhəri idarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında olan əmək müqaviləsini sistemdən silinməsini (xitamı) və xitama dair əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında X6 Xidməti Bakı şəhəri idarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4054/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4054/2025
15.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver