Məhkəmə qərarları › İş №2(008)-4059/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4059/2025

25.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4059/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN xidmət” X1maqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs 4 saylı “ASAN xidmət” X1maqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1946-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.1946-cı il təvəllüdlü X11 onun atasıdır. Atası qan azlığı xəstəliyindən əziyyət çəkmiş, uzun illər bununla bağlı müalicələr almışdır. xx.xx.2025-cü il tarixdə atasının halı qəfil pisləşmişdir. Dərhal təcili yardıma zəng vursalar da, lakin həkim gələnə kimi atası X11 vəfat etmişdir. Atası vəfat edərkən o, anası Həbibova Balaca xanım İslaməli qızı və qaynanası X6 onun yanında olmuşlar. Atası Maştağa qəbirstanlığında dəfn edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, atasının ona məxsus evdə qeydiyyatda olması və pensiyası ilə əlaqədar sənədləşmə işləri görmək üçün mərhum atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də, o, mərhum atası X7 ölüm haqqında şəhadətnaməsini almaq üçün 11 saylı şəhər poliklinikasına və 4 saylı “ASAN xidmət” X3 müraciət etmişdir. 11 saylı şəhər poliklinikası ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 Saylı “ASAN xidmət” X5 isə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə atası X7 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı “ASAN xidmət” X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğlu, mərhum isə əri olmuşdur. Mərhumun qanazlığı xəstəliyi olmuşdur. Aprel ayının 24-ü vəfat etmişdir. Həmin gün oğlu və qudası onlarda olmuşdur. Mərhum vəfatv etdikdən sonra təcili tibbi yardım çağrılmış, onlar gəlib baxaraq, qeydlər aparmışlar. Ölən günün səhəri Sabunçu rayonu Maştağa qəsəbəsi “Keçənlər” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi qızının əridir. X11 onun qudası olmuşdur. Onun qanazlığı xəstəliyi olmuş, tez-tez ona baş çəkmişdir. Qudası aprel ayının 24-ü axşamüstü vəfat etmişdir. Həmin vaxt o da orada olmuşdur. Vəfatının səhəri günü Sabunçu rayonu Maştağa qəsəbəsi “Keçənlər” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 16557624 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 oğlu xx.xx.1946-cı il tarixdə doğulmuşdur. - Təcili və təxirəsalınmaz tibbi yardım stansiyası publik hüquqi şəxsinin xx.xx.2025ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, “Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyası”nın 1 saylı bölməsinin təcili tibbi yardım briqadası həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - 4 saylı “ASAN xidmət” X5nin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15/433/2025 saylı məktubundan görünür ki, X7 ölümünün qeydə alınması ilə bağlı 4 saylı Bakı Maraqlı şəxs qeydiyyat şöbəsi ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ərizəçiyə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə İdarəsi 11 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ərizəçinin şifahi sorğusuna cavab olaraq bildirilmişdir ki, Maştağa qəsəbəsi, B.Bağırov 305 ünvanında yaşamış 1946-cı il təvəllüdlü X7 poliklinikaya müraciət etmədiyinə və poliklinikada dispanser qeydiyyatında olmadığına görə, ölüm haqqında tibbi şəhadətnamə verilə bilmir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 363 nömrəli arayışından məlum olur ki, X2 rayonu Maştağa qəsəbəsi “Keçənlər” qəbiristanlığında dəfn edilmişdir. - Maştağa “X12” məscidinin xx.xx.2025-ci il Q/AN-005 saylı arayışından görünür ki, təqdim edilmiş fotoşəkillərə əsasən məzar daşı X8 aiddir və Sabunçu rayonu Maştağa qəsəbəsi İİ “Keçənlər” qəbiristanlığında yerləşir. - Məzardaşının fotoşəklində “X11 xx.xx.1946-xx.xx.2025” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası xx.xx.1946cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Atasının ona məxsus evdə qeydiyyatda qalması və pensiyası ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün ölümü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1946-cı il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar