Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-406/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X19, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X25, X26, X20, X42, X27, X21, X53, X28, X29, X36, X7, X37, X46, X14, X3, X43, X47, X48, X49, X38, X30 və X60 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi, kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, X25, X26, X20, X42, X27, X21, X53, X28, X29, X36, X7, X37, X46, X14, X3, X43, X47, X48, X49, X38, X30 və X60 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH-00001-15/18A №-li kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixinə olan 48075.46 manat əsas borc, 134.84 manat faiz borcu, 292.2 manat dəbbə borcu, ümumilikdə 48502.5 manat məbləğində borcun, iddia qaldırılması üçün tərəflərindən bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rusumunun Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan xx.xx.2018-ci il tarixli, RHG-00001-15/18A №-li ipoteka müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 №-li fərdi evə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evin boşaldılmasına və X8, X9, X6, X22, X27, Cavabdeh1, X21, X39, X10,X11, X15, X4, X16, X17, X31, X5, X2, X23,X32, X33, X34, X18,X12, X54 və X33, X44 valideyni ilə birlikdə həmin evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli RH-00001-15/18A №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC 70041,86 manat məbləğində krediti illik 12 faizlə 72 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla RHG-00001- 15/18A №-li sonrakı ipoteka müqaviləsi bağlayaraq ünvan 1 ünvanlı fərdi yaşayış evini Bakı şəhərində bağlanmış xx.xx.2018-ci il tarixli RHG-00001- 15/18A №-li kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli RHG- 00001-15/18A №-li sonrakı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 2.11 -ci və ipoteka müqaviləsinin 8.2-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2021 -ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 48 075.46 manat, faizlərin məbləği 134.84 manat, dəbbə borcu 292.2 manat təşkil edir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanm kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçının nümayəndəsi, cavabdehlər X25, X26, X20, X42, X27, X21, X53, X28, X29, X36, X7, X37, X46, X14, X3, X43, X47, X48, X49, X38, X30 və X69 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizələ təqdim edərək, iş üzrə təkrar məhkəmə-mühasibatlıq və məhkəmə əmtəəşünamslıq ekspertizasanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə vəsatətləri rədd etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və adları çəkilən həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək, iddianın qismən təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə izahatını dinləyərək, iş materiallırın araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli RH-00001-15/18A №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC 70041,86 manat məbləğində krediti illik 12 faizlə 72 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermiş, Cavabdeh1 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2024-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. ünvan 1 ünvanlı fərdi yaşayış evi (sonradan - ipoteka predmeti) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətindədir (reyestr nömrəsi **********45-10301, qeydiyyat nömrəsi ********** və **********, qeydiyyat tarixi xx.xx.2014 və xx.xx.2014). Kreditin təminatı qismində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2018-ci il tarixdə iddiaçıyla RHG-00001- 15/18A №-li sonrakı ipoteka müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus adıçəkilən ev ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 96000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (1264419 №-li Çıxarış). Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Bankın xahişi əsasında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit üzrə 48075.46 manat əsas borc, 134.84 manat faiz borcu, 292.2 manat dəbbə borcu, ümumilikdə 48502.5 manat təşkil edir. Bank tərəfindən kredit üzrə borcun ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi və kredit müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə xəbrdarlıq göndərilmiş, həmin xəbərdarlıq Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdə alınmışdır. İddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixdə verilmişdir. Cavabdeh1 nümayəndəsinin vəsatəti əsasında məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəmə–mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 9/9563 №-li ekspert rəyinə əsasən : xx.xx.2021-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borc 36019,80 manat, faiz borcu – 72,04 manat; xx.xx.2021-ci il tarixə (sonuncu ödəniş aparıldığı tarixə) əsas borc 32576,80 manat, faiz borcu – 0,00 manat təşkil edir. Sonradan iddiaçının nümayəndəsi vəsatət verərək, ekspert rəyi ilə razı olmadıqlarından yenidən ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı əsasında təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 9/3218 №-li ekspert rəyinə əsasən : xx.xx.2021-ci il tarixə (maliyyə arayışında borcun hesablandığı tarixə) əsas borc 36019,80 manat, faiz borcu – 72,04 manat; xx.xx.2022-ci il tarixə (sonuncu ödəniş aparıldığı tarixə) əsas borc 32576,80 manat, faiz borcu – 2019,76 manat təşkil edir. Eyni zamanda Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan evin likvid qiyməti 150000 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş «Elektron notariat» X1 əldə olunmuş məlumata əsasən X25, X26, X20, X42, X50, Cavabdeh1, X21, X53, X28, X29, X36, X7, X40, X37, X46, X14, X3, X43, X47, X48, X49, X38, X30, X69, X48, X61 (azyaşlı) ipoteka predmeti olan evdə qeydiyyatdadılar. Hazırda iddiaçı Bank borcun tutulması, tutmanını ipoteka predmetinə yönəldilməsini, qeydiyyatda olanların istifadə hüququna xitam verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddiə tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Lakin, məhkəmə hesab edir ki, Cavabdeh1 əsas borc ekspert rəyində müəyyən edilən 32576,80 manat məbləğdə tutulmalıdır. Belə ki, iki dəfə təyin olunmuş ekspertiza nəticəsində əsas borc eyni məbləğdə müəyyən edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, 292.2 manat dəbbə borcu da qismən, yəni 30 manat məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 134.84 manat faiz borcuna nisbətdə 292.2 manat dəbbə borcu tənasübsüz surətdə yüksəkdir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia xx.xx.2018-ci il tarixli, RH-00001- 15/18A №-li kredit müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, eyni zamanda müqavilənin ləğv edilməsi təklif edilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilənin ləğv edilməsinə münasibət bildirilməmişdir. Digər cavabdehlər də ipoteka predmeti olan evdə qeydiyyatdadılar. Məhkəmə hesab edir ki, X24, X26, X20, X42, X50, Cavabdeh1, X21, X53, X28, X29, X36, X7, X40, X37, X46, X14, X3, X43, X47, X48, X49, X38, X30, X69, X48, X44 (azyaşlı) həmin evdən istifadə hüququna xitam verilməli, ev boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bank "xxxx" ASCnin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH-00001- 15/18A №-li kredit müqavilə ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn 32576,80 manat əsas borc, 134.84 manat faiz borcu, 30 manat dəbbə borcu, ümumilikdə 32741,64 manat məbləğində borc, iddia qaldırılması üçün bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rusumu Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan xx.xx.2018-ci il tarixli, RHG-00001- 15/18A №-li ipoteka müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 №-li fərdi evə tutma yönəldilməli, mənzilin satış qiyməti 150000 manat müəyyən edilməli, mənzil açıq hərracda satılmalı və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ Cavabdeh1 tutulmalı, həmin fərdi yaşayış evi boşaldılmalı, X8, X9, X6, X22, X27, Cavabdeh1, X21, X39, X10,X11, X15, X4, X16, X17, X31, X5, X2, X23,X32, X33, X34, X18,X12, X54 və X33, X44 valideyni ilə birlikdə həmin evdən istifadə hüququna xitam verilməli, iddia qalan hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh1 tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına, ekspertiza tədqiqatının dəyəri 290 manat Cavabdeh1 tutularaq X35, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018ci il tarixli, RH-00001-15/18A №-li kredit müqaviləsi ləğv edilsin. 32576,80 manat əsas borc, 134.84 manat faiz borcu, 30 manat dəbbə borcu, ümumilikdə 32741,64 manat məbləğində borc, iddia qaldırılması üçün bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rusumu Cavabdeh1 Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanan xx.xx.2018-ci il tarixli, RHG- 00001-15/18A №-li ipoteka müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan ünvan 1 №-li fərdi evə tutma yönəldilsin, mənzilin satış qiyməti 150000 manat müəyyən edilsin, mənzil açıq hərracda satılsın və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğ Cavabdeh1 tutulsun. Həmin fərdi yaşayış evi boşaldılsın. X8, X9, X6, X22, X27, Cavabdeh1, X21, X39, X10,X11, X15, X4, X16, X17, X31, X5, X2, X23,X32, X33, X34, X18,X12, X54 və X33, X44 valideyni ilə birlikdə həmin evdən istifadə hüququna xitam verilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat Cavabdeh1 tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına, ekspertiza tədqiqatının dəyəri 290 manat Cavabdeh1 tutularaq X35, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-406/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-406/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver