Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4062/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən əmlaka dair verilmiş Lenin rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1960cı il tarixli 9 saylı protokolunun və xx.xx.1960-cı il tarixli, 65/q saylı qərarının və Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, 00121 saylı orderin X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X7 onun atasıdır. X7 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. Keçmiş Lenin rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1960-cı il tarixli 9 saylı protokolu ilə təsdiq edilmiş, xx.xx.1960-cı il tarixli, 65/q saylı qərarına əsasən ünvan 1 (sənəddəki əvvəlki ünvanı ünvan 3sına verilmişdir. Həmçinin Mənzil İdarəsi tərəfindən atasının adına xx.xx.1960- cı il tarixli, 00121 saylı order də verilmişdir. Lakin həmin sənədlərdə atasının ata adı səhvən “Ağa Zaman” kimi yazılmışdır. Belə olan təqdirdə sözügedən sənədlərin atası - X3 məxsus olmasını sübut edə bilmir və bu səbəbdən də ünvan 1-yə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ala bilmir. Lenin rayon ZDS İcraiyyə Komitəsinin xx.xx.1960-cı il tarixli 9 saylı protokolunun və onun əsında verilmiş xx.xx.1960-cı il tarixli, 65/q saylı qərarın və Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, 00121 saylı orderin mərhum atası - X3 aid olmasını başqa yolla sübut edə bilməməyini nəzərə alaraq, hesab edir ki, ünvan 1 dair verilmiş yuxarıda qeyd etdiyi sənədlərin atası - X3 məxsus olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, 00121 saylı orderin X3 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Rayon Mənzil İdarəsinin 00121 nömrəli, 20 aprel 1960-cı il tarixli orderinin surətindən görünür ki, X4 Razin qəsəbəsi, Qırmızı Ordu küçəsi ev 3, 2 saylı mənzilə dair order verilmişdir. Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı bürosunun ИЕ seriyalı, 035918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1920-ci il tarixdə Lenin rayonunda doğulmuşdur. Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin İİİ-ЖГ seriyalı, 450833 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı bürosunun ИЕ seriyalı, 510298 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci il tarixdə Lenin rayonunda doğulmuşdur. Atası X5r. Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 15 aprel 2022-ci il tarixli, BA-01991-2022 nömrəli müraciətə cavab məktubundan görünür ki, keçmiş Lenin rayon ZDS İK-nin (indiki Sabunçu Rayon İH) arxiv fondu üzrə xx.xx.1960-cı il tarixli 9 saylı protokolu ilə təsdiq edilmiş 65/q saylı qərarı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin protokolda vət. X7 barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi, X9, X8, X1 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 23 iyun 2022-ci il tarixli, BA-03792-2022 nömrəli sorğuya cavab məktubundan görünür ki, keçmiş Lenin rayon ZDS İK-nin (indiki Sabunçu Rayon İH) arxiv fondu üzrə xx.xx.1960-cı il tarixli 9 saylı protokolu ilə təsdiq edilmiş 65/q saylı qərarı (25 vərəqdən ibarət olmaqla) Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin protokolda vət. X7 barəsində heç bir məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı, 146 saylı Mənzil Kamunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyytdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, həm Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin İİİ- ЖГ seriyalı, 450833 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən, həm Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı bürosunun ИЕ seriyalı, 510298 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, ərizəçinin atasının adı həqiqətən də X5r. Ərizəçi Rayon Mənzil İdarəsinin 00121 nömrəli, 20 aprel 1960-cı il tarixli orderinin surətində ərizəçinin atasının ata adı yalnışlıqla Ağa Zaman oğlu kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Rayon Mənzil İdarəsinin 00121 nömrəli, 20 aprel 1960-cı il tarixli orderinin surətində ərizəçinin atasının adı yalnışlıqla X2 ata adı qrafada atasının adı kimi qeyd edilən “X20 Zaman” adı X3 məxsusdur. Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, 00121 saylı orderin X3 məxsus olması faktı müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Mənzil İdarəsi tərəfindən verilmiş xx.xx.1960-cı il tarixli, 00121 saylı orderin X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli HNamidar Misirzadə
Məhkəmə qərarları › İş №2(008)-4062/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4062/2022
14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver