Məhkəmə qərarları › İş №2(008)-4064/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4064/2022

02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4064/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı aktın borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin azaldılması barəldə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qalıq borc kimi göstərilən 702,04 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır və həmin mənzil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları mənzilin sayğacına baxış keçirmiş, sayğacın qriftinin əridiyi, ekranının oxunmadığını müəyyən etmiş, bu səbəbdən də sayğacın dəyişdirilməsi qərara alınmışdır və bu barədə xx.xx.2022-ci il tarixli, 252605 saylı akt tərib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə işıq sayğacı yenisi ilə əvəz edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Akt-Protokolda isə qeyd edilir ki, sayğacın faza xəttinin giriş yuvası texniki təsir nəticəsində yanıb. Xəta faizlərini yoxlamaq mümkün deyil. Sayğac istismara yararsızdır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq, "xxxx" ASC 702,04 manat dəyərində elektrik enerjisi sərfiyyatı hesablayaraq, iddiaçının hesabına borc kimi qeyd edilmişdir. Aşağıdakı səbəblərə görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən akt-protokolu əsassız hesab edir. Sayğacın dəyişdirilməsinə səbəb olmuş hallar iddiaçının təqsiri və yaxud müdaxiləsi nəticəsində baş verməmişdir. Budan əlavə qısa bir müddət ərzində istifadə olunan elektrik enerjisinə görə 702,04 manat borcun hesablanması da düzgün deyildir. Göründüyü kimi bu məbləğ cavabdeh tərəfindən şişirdilmişdir. Həmçinin "xxxx" ASC-nin əməkdaşları elektrik enerjisindən istifadə nəticəsində "xxxx" ASC-yə 702,04 manat borcun yaranmasını qeyd etsə də, bu məbləğin necə hesablanması, necə müəyyən edilməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, onun rədd edilməsini xahiş etdi. Nümayəndə qeyd etdi ki, 702,04 manat borc sayğacın qüsuruna görə müəyyən edilməmişdir. Sayğac yenisi ilə əvəz edilərkən həmin məbləğ əvvəlki aylarda olan iddiaçının borcu kimi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatların dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı ünvan 1 ünvanda "xxxx" ASC tərəfindən **********29001 abunə kodu ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli, 252605 saylı akt əsasında sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmış, xx.xx.2022-ci il tarixdə işıq sayğacı yenisi ilə əvəz edilmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Akt- Protokola əsasən sayğacın faza xəttinin giriş yuvasının texniki təsir nəticəsində yanması, xəta faizlərinin yoxlanılmasının mümkün olmadığı, sayğacın istismara yararsızlığı müəyyən edilmişdir. İddiaçıya aid abunə haqqında sənədə (saldo) əsasən yeni sayğac xx.xx.2022-ci il tarixdə dəyişdirilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdə 440,64 manat və limitdən artıq sərfiyyat kimi 260,40 manat, xx.xx.2022-ci il tarixdə 1 manat, cəmi 702,04 manat ödənilməmiş sərfiyyat hesablanmışdır. Həmin saldodan eyni zamanda görünür ki, iddiaçı tərəfindən hər ay hesablanmış sərfiyyata dair ödənişlər aparılmışdır. İddiaçı tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC tərəfindən iddiaçıya müraciətin araşdırılması barədə xx.xx.2022-ci il tarixli cavabd məktubu ünvanlanmışdır. Həmin məktuba əsasən iddiaçının xx.xx.2022-ci il tarixinə sərf olunan elektrik enerjisi sərfiyyatına görə yaranmış 659,33 manat məbləğində borcun fərdi yaşayış evində istehlak edilmiş, lakin ödənişi aparılmamış elektrik enerjisinin dəyəri olduğu müəyyənləşdirilmişdir. Hazırda iddiaçı 702,04 manat borc məbləğinin silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqmda” Qanununun 7.4-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qanunun 7.6-cı maddəsinə görə enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qeyd edildiyi kimi, məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən hər ay hər ay hesablanmış sərfiyyata dair ödənişlər aparılmışdır. Cavabdeh tərəfindən sayğac yenisi ilə əvəz edildikdən sonra saldoda əks olunmuş 702,04 manat borcun yaranmasına dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməklə, həmin məbləğ silinməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı qalıq borc kimi hesablanmış 702,04 manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar