Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4077/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi 7A saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi 7A saylı evin 5 saylı mənzili ona məxsusdur. Qeyd olunan hal məhkəmə qətnamələri (Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-079/2016 saylı, xx.xx.2019-cu il tarixli 2(008)- 6033/2019 saylı, xx.xx.2021-ci il tarixli, 2(008)-388/2021 saylı) ilə təsdiq edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun və X1 cavabdehlər X8 və Cavabdeh1 qarşı özbaşına tikililərin sökülməsi tələbinə dair iddia tələbləri qismən təmin olunaraq, Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsi 7A saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş cavabdehin faktiki istifadəsində olan və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 17214 saylı rəyində göstərilmiş sahəsi 29.5 kv.m təşkil edən 8 saylı əlavə tikili mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısının istismarını təmin edəcək dərəcədə cavabdehlərin hesabına sökülərək həmin qapı açılmaqla istifadə hüququnun bərpa edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra vərəqəsi icra olunaraq cavabdehlər tərfindən qanunsuz hörülmüş qapı yeri sökülmüşdür. Lakin cavabdehlər yenidən sökülən qapının qabağından kərpicdən qanunsuz olaraq hasar tikmişlər, nəticədə onun öz mənzilinə girişçıxışı yenidən məhdudlaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1, 5 saylı mənzilin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-079/2016 saylı qətnaməsinə əsasən istismarı təmin edilmiş şüşəli keçid qapısının qarşısında hörülmüş kərpic hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi qət edilmişdir. Cavabdehlər qanunsuz işlərlə məşğul olurlar. Belə ki, cavabdehlərin yaşadığı 1 otağı onun həyat yoldaşı 1989-cu ildə tikmiş, onun vəfatından sonra isə qaynının arvadının təklifi ilə kirayə vermişdir. O, həmin 1 otağı 2008-ci ildə cavabdehlərə kirayə vermiş, lakin onlar kirayə haqqını verməmişlər. Dəfələrlə cavabdehlərə həmin bir otaqdan çıxıb getmələrini bildirməsinə baxmayaraq, onun sözlərinə məhəl qoymamışlar. Cavabdehlərin müvəqqəti yaşadıqları bir otağı onun keçmiş həyat yoldaşı tikdiyi üçün, onların həmin tikiliyə heç bir hüquqarı yoxdur. Qeyd olunanlara əsasən, iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə yazılı qaydada etiraz təqdim edərək etirazını bununla əsaslandırdı ki, o, digər Cavabdeh1 ilə ünvan 1 ünvanında yerləşən qanunsuz tikilidə yaşayırlar. Bununla belə, iddiaçı tərəfindən dəfələrlə ünvan 2 ünvanından çıxarılmaları barədə iddia qaldırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilkin iddia qismən təmin edilmiş, İddiaçı istifadəsində olan ünvan 1, 5 saylı mənzilin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən istismarı təmin edilmiş şüşəli keçid qapısının qarşısında hörülmüş kərpic hasarın ilkin iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və X5 hesabına sökülməsi, eyni zamanda, onların mübahisəli ünvandan çıxarılmaları barədə iddianın rədd edilməsi, həmçinin onların İddiaçı qarşı istifadə hüququnun tanınması tələbinə dair qarşılıqlı iddialarının rədd edilməsi qərara alınmışdır. İddiaçı yenidən mənzilin boşaldılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə eyni tələbə məhkəmə qaydasında əvvəllər baxılması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Buna baxmayaraq, İddiaçı artıq heç bir hüququ olmadığı halda, həmin qanunsuz tikilidən çıxarılmaları barədə artıq 3-cü dəfədir ki, iddia qaldırır. Hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Həmçinin iddia tələbinin digər hissəsi ilə bağlı bildirir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 4 ünvanının qarşısında yerləşən qanunsuz tikiliyə istifadə hüquqları tanınmamışdır. Həmin qətnamədən apellyasiya şikayət verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qanunsuz tikiliyə istifadə hüquqlarının olmaması məhkəmə qətnaməsi ilə əksini tapmasına baxmayaraq, İddiaçı olmayan istifadə hüququnun itirilməsi ilə bağlı iddia qaldırmışdır. Odur ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Həmçinin bildirir ki, qeyd edilən mənzilə dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin 123 M, xx.xx.2007-ci il tarixli əmri ilə mübahisə predmeti olan Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzili şəxsi hesabı ilə ailə üzvü üç nəfərdən ibarət olmaqla X7 adına dəyişdirilmişdir. Qeyd edilən mübahisəli mənzilə dair müqavilə əvvəllər Gülnaz Əliyeva və İddiaçı qayınanaları Xanbacının adına olmuş, mənzili iki hissəyə bölüb, 40 il həmin şəkildə istifadə etmişlər. Qardaşların hər ikisi özünə aid hissədə qanunsuz tikililər inşa edib mənzil sahələrini genişləndirmişlər. Xanbacı və övladları vəfat etdikdən sonra gəlinlər arasında söz-söhbətlər başlamış, bundan sonra Gülnaz İspaniyaya çıxıb getmişdir. Gülnaz İspaniyaya getməzdən əvvəl 29.5 kv.m olan qanunsuz tikilini onlara satmışdır. İddiaçı dəfələrlə onların barəsində polisə şikayət etmiş, onları həmin qanunsuz tikilidən çıxaracağı ilə hədələmişdir. Halbuki, onların yaşadığı hissənin iddiaçının istifadəsində olan hissəyə olan hissəyə heç bir aidiyyatı yoxdur. Hətta onlara aid 29.5 kv.m olan hissə arasında 3-4 aydır ki, çəkdikləri aralıq divar sadəcə olaraq bir-birilərinin görməməkləri üçün çəkilmişdir. Çünki münaqişəli ailə olduqlarından, arada divar olmadan sakit yaşamalarını təmin etmək başqa cür mümkün olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, aralıq divar və özbaşına tikili ona aid olmayan sahə üzərində inşa edilmişdir, tavan, döşəmə, evin çardaq örtüyü tamamilə bir-birindən aralıdır. 15 ildir ki, onlar həmin qanunsuz tikilidə yaşayırlar, kommunal ödənişlər onun adına olmaqla, ödənişləri özü ödəyir. Qanunvericiliyə görə, şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır. Halbuki onlar polisin inzibati binasında qeydiyyata alınmışlar. İddiaçı və qızı X.Əliyeva mənzilin özəlləşdirilməsi zamanı mübahisəli 18 kv.m olan bir otağın ümumi mənzilə birləşdirilərək X7 adına sənədləşdirilməsinə etriaz etməmişlər, qeyd edilən halı təsdiq edən notarial qaydada ərizə vermişdir. Qeyd olunanlara əsasən, cavabdeh tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzilin sahəsi 16.95 kv.m olan otağı və 7.14 kv.m dəhlizi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-957/2012 saylı qətnaməsi ilə X7 istifadəsinə verilmişdir. X11 həmin yaşayış sahəsi barədə onlara 10 illik etibarnamə vermişdir. Odur ki, cavabdeh tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan, eləcə də, hazırkı iddia tələblə müraciət etməsi üçün iddiaçının subyektiv hüququ müəyyən olunmadığından, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərin əmlakları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 7A, 5 saylı mənzildən çıxarılması və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-079/2016 saylı qətnaməsinə əsasən həmin evin həyətində cavabdehlər tərəfindən qanunsuz olaraq hörülmüş ona məxsus keçid qapısının sökülərək, açılan qapının qarşısında cavabdehlər tərəfindən qanunsuz çəkilmiş kərpic hasarın cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 7A, 5 saylı mənzilinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-079/2016 saylı qətnaməsinə əsasən istismarı təmin edilmiş şüşəli keçid qapısının qarşısında hörülmüş kərpic hasarın Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissələrdə rədd edilmiş, eləcə də, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3534/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 7A, 5 saylı mənzilindən çıxarılması tələbinə dair iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3534/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı 2500 manat məbləğində maddi zərərin ödənilməsi barədə iddiası rədd edilmişdir. Həmçinin iş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-962/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, X6 və Cavabdeh1 İddiaçı, X4, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı Baş İdarəsi və 3 saylı Xüsusi Təyinatlı MKTB Zabrat qəsəbəsi üzrə 73 saylı MKİS-nə qarşı mənzilə köçürülmə, mənzildən yaşayış hüququnun tanınması və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddiaları rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-079/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, iddiaçılar İddiaçı və X2 cavabdehlər X8 və Cavabdeh1 qarşı iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 7A saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş cavabdehin faktiki istifadəsində olan və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.20115-ci il tarixli, 17214 saylı rəyində göstərilmiş sahəsi 29.5 kv.m olan 8 saylı əlavə tikiili mənzilin sahəsi 16.9 kv.m olan 5 saylı yaşayış otağı arasında mövcud olmuş şüşəli keçid qapısının istismarını təmin edəcək dərəcədə cavabdehlərin hesabına sökülərək həmin qapı açılmaqla iddiaçıların istifadə hüququnun bərpa edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 073-55247 saylı məktubundan görünür ki, Cavabdeh1 olduğu yer üzrə qeydiyyata alınaraq, onun şəxsiyyət vəsiqəsi aktivləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki,, Cavabdeh2 ünvan 7 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 73 saylı Mənzil Komumunal İstismar Sahəsinin 224/1 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 7A, 5 saylı mənzilə bitişik artırma hissəsində qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 73 saylı Mənzil Komumunal İstismar Sahəsinin 403 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1981-ci ildən ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. Mənzilin yerləşdiyi ünvan ünvan 10 materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 485 saylı arayışından görünür ki, Cavabdeh1 Zabrat qəsəbə inzibati ərazisində qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Mənzil kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 73 saylı Mənzil Komumunal İstismar Sahəsinin 224 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışan görünür ki, İddiaçı ünvan 9 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AR-İ 641418 saylı xx.xx.2018-ci il tarixli və AR-İ 556106 saylı xx.xx.2017-ci il tarixli etibarnamələrin surətindən görünür ki, X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməsi ilə bağlı bütün səlahiyyətləri 10 il müddətinə Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil-Kommunal Xidmətlər Departamentinin xx.xx.2007-ci il tarixli 136M saylı əmrindən görünür ki, Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi 7A saylı evin sahəsi 24 kv.m olan 1 otaqdan ibarət 5-ci mənzilinin şəxsi hesabı 3 nəfər ailə üzvü ilə ilə X7 adına dəyişdirilməsi və onunla icarə müqaviləsi bağlanılması əmr edilmişdir və X3 adına olan şəxsi hesb vərəqinin bağlanılması və X9 adına yeni şəxsi hesab vərəqəsinin açılması MKXD-nin 8 saylı MİS-nə tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Ə-53 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil- Kommunal Xidmətlər Departamentinin xx.xx.2007-ci il tarixli, 136 M və xx.xx.2011-ci il tarixli, 347 M saylı əmrləri ilə Bakı şəhəri Zabrat qəsəbəsi, Vaqif küçəsi 7a saylı evin ümumi sahəsi 58.0 kv.m, yaşayış sahəsi 24 kv.m olan iki otaqlı 5 saylı mənzilinə X7 adına kirayə müqaviləsi bağlanıldığından və təqdim edilən sənədlərə əsasən qeyd edilən mənzilin ümumi sahəsi 130.6 kv.molduğu aşkar edildiyindən və bununla bağlı hüquqmüəyyənedici sənəd olmadığından yenidən kirayə müqaviləsinin bağlanması barədə müraciət təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AKX-03973xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, “Azəriqaz” İB ilə ünvan 11 ünvanında yaşayan Cavabdeh1 arasında keyfiyyətli qazla təmin edilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 275264 saylı “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”ndən görünür ki, "xxxx" ASC ilə ünvan 11 ünvanında yaşayan Cavabdeh1 arasında enerjinin alqı-satqısı və istehlakı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”dən görünür ki, "xxxx" ASC ilə ünvan 11 ünvanında yaşayan Cavabdeh1 arasında içməli suyun buraxılması, tullantı suların kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması barədə müqavilə bağlanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlərin əmlakları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 7A, 5 saylı mənzildən çıxarılması barədə ilkin iddia tələbini rədd edərkən, məhkəmə gəldiyi nəticəsini bununla əsaslandırmışdır ki, cavabdehlər qeyd olunan mənzildə deyil, özbaşına tikilidə yaşayırlar və həmin tikiliyə dair tərəflərin subyektiv hüququ mövcud deyil, eyni əsaslarla istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi də rədd edilmişdir. Beləliklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-388/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi 7A saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş yaşayış sahəsinə münasibətdə iddiaçının subyektiv hüququnun olmamasına məhkəmə tərəfindən qiymət verilmişdir. Lakin həmin iş üzrə iddia predmetini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi, 7A saylı evin 5 saylı mənzili, hazırkı iş üzrə isə, həmin mənzilinə sonradan əlavə edilmiş tikili təşkil etdiyindən, yəni iddia predmeti dəyişildiyindən, məhkəmə həmin hissədə iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsi ilə xitam verilməsini məqsədəmüvafiq saymır. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ilə bağlı məhkəməyə müraciət etsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlərin Bakı şəhərki Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi 7A saylı evin 5 saylı mənzilinə sonradan əlavə edilmiş yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və həmin yaşayış sahəsindən məcburi qaydada çıxarılmalarını xahiş etsə də, mübahisəli özbaşına tikilinin həqiqətən mövcud olmasına baxmayaraq, daşınmaz əmlakın dövlət reyestrində tərəflərdən hansınınsa adına hər hansı bir hüquqla qeydiyyatdan keçmədiyindən, həmin tikilidən istifadə hüquqlarının itirilməsi və oradan məcburi qaydada çıxarılmaları barədə tələbin qanuni əsası mövcud deyildir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etsə də, məhz bu tələblər üzrə onun subyektiv hüquqları yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış ona mülkiyət hüququ əldə etmir. Onun tikintiə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh1 və Cavabdeh2 sözügedən tikiliyə istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbi müraciət etsələr də, yuxarıda qeyd olunan qətnamə ilə qarşılıqlı iddia təmin edilməmiş, başqa sözlə, ünvan 4 ünvanının qarşısında yerləşən qanunsuz tikiliyə istifadə hüquqları tanınmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, istifadə hüququ mövcud olmadığı halda, onun itirilməsi barədə iddia tələbi qanunsuz və əsassızdır. Beləliklə, bütün göstərilənlər ona dəlalət edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddiası əsaslı olmayıb, habelə qaldırılması üçün iddiaçının subyektiv hüququ müəyyən olunmadığından, təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi vaxtdan 1(bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4077/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4077/2022
11.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver