Məhkəmə qərarları › İş №2(008)-408/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-408/2023

20.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-408/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilərək naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilərək naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 168 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan mənzildə X1 payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması, həmçinin iddia tələbi üzrə ödənilən 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı hazırki iş üzrə cavabdeh X2 oğlu X13 ilə 28 sentyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan 02 avqust 2011-ci il tarixli X15 anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4197/2013 saylı, 16 dekabr 2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından 02 avqust 2011-ci il tarixdə doğulmuş X11 anası İddiaçı yanında saxlanılmışdır. İddiaçı və X13 ilə birgə nikah dövründə "xxxx" ASC-dən Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzil əldə etmişlər. Birgə nikah dövründə əldə olunmuş əmlakın mübahisəsi ilə əlaqədar mülki iş üzrə uzun müddətli məhkəmə çəkişmələrindən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2016-cı il tarixli qərarı ilə tərəflərin birgə nikah dövründə "xxxx" ASC-dən əldə etdikləri Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzilə hər birinin 1/4 hissədə payları müəyyən edilmişdir. X9 vəfatı ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzildə payının ½ hissəsinin açıq qalmışdır. İddiaçı X6 cavabdeh İddiaçı qarşı əmlakda payın müəyyən edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzilə onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı X11 qanuni nümayəndəsi X7 cavabdeh X4 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair, yəni Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 138 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan 52 saylı mənzilə ½ hissədə yəni X9 payı olduğundan həmin hissəyə onun uşağı X11 payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdik. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 448/2021 saylı 19 mart 2021 -ci il tarixli qətnaməsi ilə X1 İddiaçı qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair ilk və X11 qanuni nümayəndəsi İddiaçı X3 qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 168 saylı (əvvəlki 138) 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan mənzilinə Cavabdeh 4/1 hissədə və X11 4/1 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi, həmin yaşayış binasının mülkiyyətçisi hazırki iş üzrə cavabdeh Abdullayeva X17r. Paylı mülkiyyətində olan əmlkın paylara uyğun naturada bölünməsi barədə cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də hesab edir ki, yaşayış binasının paylarına uyğun naturada məhkəmə qaydasında ayrılmalıdır. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Göstərilən hüquq normalarına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 6 saylı binanın, 1 blok, 14 mərtəbə, 168 saylı (əvvəlki 138) 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.metr olan mənzildə X1 payının naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması, həmçinin iddia tələbi üzrə ödənilən 100 (bir yüz) manat dövlət rüsumu məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərərflər arasında bağlanmış barışığ sazişinin təsiq edilməsini və mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Nümayəndə tərərflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışığ sazişinin təsdiq edilməsi, bunun hüququi nəticələri ilə razı olmasını və mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(103)-895/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən inşa edilmiş Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsbəsi Y.Əliyev küçəsi 6 saylı binanın 1-ci blok 14-cü mərtəbə 164 saylı 3 otaqdan ibarət ümumi sahəsi 112.32 kv.m olan mənzilin İddiaçı və X9 hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 728205 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2011-ci il tarixdə doğulmuş, atası X13, anası isə X12r. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-448/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X1 İddiaçı qarşı əmlakda payın müəyyən edilməsi tələbinə dair ilk və X11 qanuni nümayəndəsi İddiaçı X3 qarşı əmlakda payın müəyyən olunması tələbinə dair qarşılıqlı iddia ərizələri təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binanın 1-ci blok, 14-cü mərtəbə, 164 saylı (əvvəlki 138) 3 otaqdan ibarət 112.32 kv metr olan mənzilinə X1 1/4 hissədə və X11 1/4 hissədə payları müəyyən edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6551/2021 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-448/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6929/2021 saylı qəraraından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 6551/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin mediasiya sessiyası barədə xx.xx.2022-ci il tarixli, MŞB/11/2023-00127 nömrəli bildirişdən görünür ki, İddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 202-cü il tarixli 10/1906 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 168 (əvvəlki 138) saylı mənzilin paylar üzrə naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və Məhkəmə Tikinti- X8 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış təqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Müstəqil qiymətləndirici "xxxx" MMC-nin xx.xx.2023-ci il tarixli 18 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 6 saylı binana 168 (əvvəlki 138) saylı mənzilin hazırki dövrə likvid qiyməti (real bazar dəyəri) 85.000 manat müəyyən edilmişdir. Aparılmış təqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və barışıq sazişini araşdırıb, barışıq sazişinin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə tərəfin izahatını dinləyib, barışıq sazişinin şərtlərinə tətbiq edilməli olan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişinin şərtləri təsdiq olunmalı və hazırkı mülki işin icraatına xitam verilməlidir. xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-408/2023 saylı 15 fevral 2023-cü il tarixli qərardadına əsasən "xxxx" MMC tərəfindən likvid dəyəri (real bazar dəyəri) 85 000 (səksən beş min) manat təşkil edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 164 (əvvəlki 138) saylı mənzilin cavabdeh X2 4/1 hissədə olan payına İddiaçı 21.250 (iyirmi bir min, iki yüz əlli) manat pulu verməyi və bununla bağlı bütün zəruri sənədləri imzalamağı öz üzərinə öhdəlik götürür. Qeyd edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 164 (əvvəlki 138) saylı mənzilin cavabdeh X1 4/1 hissədə olan payına İddiaçı 21.250 (iyirmi bir min, iki yüz əlli) manat pul verildikdən sonra cavabdeh X5 bu mənzilə hər hansı tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaq. Tərəflər arasında əldə edilmiş razılıq əsas götürülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 164 (əvvəlki 138) saylı mənzilin cavabdeh X1 4/1 hissədə olan payı İddiaçı adına rəsmiləşdirilməsinin aparılması, yəni payların tam olaraq müqavilə üzrə onun adına keçməsi üçün məhkəmənin qəbul etdiyi qərardadı “AKKORD SƏNAYE TİKİNTİ İNVESTİSİYA KORPARASİYASİ “ Açıq Səhmdar Cəmiyyəti üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Tərəflər arasınada bağlanmış barışıq sazişi təsdiq edilməklə məhkəmə tərəflərə izah edir ki, barışıq sazişin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırılmasını istisna edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilərək naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə 14 sentyabr 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-408/2023 saylı 15 fevral 2023cü il tarixli qərardadına əsasən "xxxx" MMC tərəfindən likvid dəyəri (real bazar dəyəri) 85 000 (səksən beş min) manat təşkil edən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 164 (əvvəlki 138) saylı mənzilin cavabdeh X2 4/1 hissədə olan payına İddiaçı 21.250 (iyirmi bir min, iki yüz əlli) manat pulu verməyi və bununla bağlı bütün zəruri sənədləri imzalamağı öz üzərinə öhdəlik götürür.

2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi,bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 164 (əvvəlki 138) saylı mənzilin cavabdeh X1 4/1 hissədə olan payına İddiaçı 21.250 (iyirmi bir min, iki yüz əlli) manat pul verildikdən sonra cavabdeh X5 bu mənzilə hər hansı tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır.

3. Tərəflər arasında əldə edilmiş razılıq əsas götürülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 6, blok 1, mərtəbə 14, 112.32 kv/metr sahədən ibarət olan 3 (üç) otaqlı 164 (əvvəlki 138) saylı mənzilin cavabdeh X1 4/1 hissədə olan payı İddiaçı adına rəsmiləşdirilməsinin aparılması, yəni payın tam olaraq müqavilə üzrə onun adına keçməsi üçün məhkəmənin qəbul etdiyi qərardadı “AKKORD SƏNAYE TİKİNTİ İNVESTİSİYA KORPARASİYASİ “ Açıq Səhmdar Cəmiyyəti üçün əsasdır. İddiaçı Cavabdeh qarşı “payın müəyyən edilərək naturada ayrılması, bu mümkün olmadıqda paya uyğun kompensasiya ödənilməsi və ya əmlakın açıq hərracda satılması” tələbinə dair mülki iş üzrə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edildiyindən iddia üzrə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar