Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4113/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçının Cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edərək, cavabdeh tərəfindən işığa görə əsassız hesablanmış 4554,91 manat borcun **********60000 abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə onun arasında 552587 №-li "Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli" müqaviləsi bağlanmış, ona Bakı şəhəri, Sabunçu rayonu, 2 Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 0026 ünvanına **********60000 №-li abonent kodu verilmişdir. Yaşadığı ünvana xx.xx.2018-ci il tarixdə smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh onun elektrik enerjisindən istifadə etməyi ilə bağlı 4554,91 manat borcunun olduğunu iddia edirdi. Lakin, cavabdehin ondan tələb etdiyi həmin borc əsassız və qanunsuz olaraq hesablanmışdır. Belə ki, cavabdeh "xxxx" ASC ona qarşı həmin məbləğdə pulun tutulması barədə iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin e-2(008)-4108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. Lakin buna baxmayaraq cavabdeh onun karta yüklədiyi pulun bir qismini heç bir əsas olmadan yenə də borcların silinməsinə yönəldir. O, borcun silinməsi ilə bağlı "xxxx" ASC-yə rəsmi müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı məhkəmənin e-2(008)-4108/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsində borc məbləğinin silinməsi və smart kart vasitəsi ilə əsassız olaraq yüklənən məbləğin mənə qaytarılması barədə hər hansı bir qeydin olmaması ilə əsaslandırmışdır. Cavabdehin bu imtinası onun qanunla qorunun hqüquqlarımı kobud şəkildə pozur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatın dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 0026 ünvanına **********60000 №-li kodla abonent kimi qeydiyyata alınmışdır. Sabunçu rayon məhkəməsinin e-2(008)-4108/2023 №-li iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı 4554,91 manat borcun tutulması barədə iddiası rədd edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı "xxxx" ASC-yə müraciət edərək həmin borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC xx.xx.2024-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina etmiş, adıçəkilən qətnamədə borc məbləğinin silinməsi və smart kart vasitəsi ilə əsassız olaraq yüklənən məbləğin qaytarılması barədə hər hansı bir qeydin olmaması ilə əsaslandırmışdır. Hazırda iddiaçı 4554,91 manat borcun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli Dövlət Orqanlarına və Məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 8.1-ci bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsi abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, sübuta yetirməyən və tutulması rədd edilən məbləğ hesab kodundan silinməlidir. Belə olan halda məhkəmə hesab edir ki, 4554,91 manat iddiaçının hesab kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 65,54 manat dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindan dövlət mədaxilinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. 4554,91 manat məbləğində borc **********60000 №-li abonent kodundan silinsin. 65,54 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(008)-4113/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4113/2024
09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver