Məhkəmə qərarları › İş №2(008)-4114/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4114/2022

19.05.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4114/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafə Nazirliyinə qarşı torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 məxsus Maştağa qəsəbəsi Məmmədyarov dairəsi adlanan yerdən Zabrat stansyiası istiqamətində dəmir yolunun sağ tərəfində yerləşən 226 saylı 1 desyatin 2190 kv sajına torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yol verilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməldir. İnzibati israat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İdda ərizəsinin məzmunundan görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafə Nazirliyinin üzərinə torpaq sahəsinin alınaraq ona verilməsi öhdəliyin qoyulmasını xahiş edir. Hesab edirəm ki, İddiaçı bu cür iddia ilə ümumi məhkəməyə müraciət edərkən məhkəmə aidiyyətinə dair Mülki Prosessual və İnzibati Prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 267-268ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafə Nazirliyinə qarşı torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddianın yol verilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı hazırki iddia tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova İş № 2(008)-4114/2022 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol 18.05.2022-ci ildə Bakı şəhərində Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafə Nazirliyinə qarşı torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Tərəflərin iştirakı olmadan prosessual hərəkət başlandı saat 14:00-da, Mən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafə Nazirliyinə qarşı torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət qurtardı saat 14:05-də. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar