Məhkəmə qərarları › İş №2(008)-4125/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4125/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4125/2020 08.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evindən məcburi çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 2434/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X9 ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 01L000003163 saylı kredit xətt müqaviləsinə, xx.xx.2012-ci il tarixli 01R000008233 saylı, xx.xx.2013-cü il tarixli 01R000010511 saylı, xx.xx.2014-cü il tarixli 01R000014058 saylı, xx.xx.2015-ci il tarixli 0C1R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər X11, Cavabdeh, X12 və X1 müştərək qaydada 01R000008233 saylı, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə 45737,29 ABŞ dolları əsas borc, 14407,24 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 62144,53 ABŞ dolları, 01R000010511 saylı kredit razılaşması üzrə 40087,18 ABŞ dolları əsas borc, 13278,15 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 55365,33 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 01R000014058 saylı kredit razılaşması üzrə 57178,96 ABŞ dolları əsas borc, 19081,77 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə, cəmi 79260,73 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0C1R********** saylı kredit razılaşması üzrə 84899,76 ABŞ dolları əsas borc, 28500,36 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları cərimə, cəmi 117400,12 ABŞ dolları, ümumilikdə dörd kredit razılaşması üzrə 314170,71 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq «xxxxxxxxx» ASC -yə ödənilməsi, tutma ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 380 000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait hesabına cəmi 314170,71 ABŞ dolları ödənişin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq «xxxxxxxxx» ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının X11, Cavabdeh, X12 və X1 müştərək qaydada tutularaq «xxxxxxxxx» ASC -yə ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinin «xxxxxxxxx» ASC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli **********48-10301 reyestr nömrəli çıxarış alınmışdır. Bundan sonra mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evini 7 gün ərzində könüllü olaraq boşaltması və Banka təhvil verilməsi barədə 7827 saylı, xx.xx.2020-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Lakin, cavabdeh verilmiş müddətin başa çatmasına baxmayaraq fərdi yaşayış evini könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 qeyd etdiyi ki, cavabdeh adıçəkilən evi yüksək qiymətlə satıb bankın pulunu qaytarmaq və özünə bir yaşayış sahəsi almaq istəyir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakılardan ibarət olmuşdur. Sabunçu rayon Məhkəməsinin 2(008)-2434/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X9 ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 01L000003163 saylı kredit xətt müqaviləsinə, xx.xx.2012-ci il tarixli 01R000008233 saylı, xx.xx.2013-cü il tarixli 01R000010511 saylı, xx.xx.2014-cü il tarixli 01R000014058 saylı, xx.xx.2015-ci il tarixli 0C1R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər X11, Cavabdeh, X12 və X1 müştərək qaydada 01R000008233 saylı, xx.xx.2012-ci il tarixli kredit razılaşması üzrə 45737,29 ABŞ dolları əsas borc, 14407,24 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 62144,53 ABŞ dolları, 01R000010511 saylı kredit razılaşması üzrə 40087,18 ABŞ dolları əsas borc, 13278,15 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə, cəmi 55365,33 ABŞ dolları, xx.xx.2014cü il tarixli 01R000014058 saylı kredit razılaşması üzrə 57178,96 ABŞ dolları əsas borc, 19081,77 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə, cəmi 79260,73 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 0C1R********** saylı kredit razılaşması üzrə 84899,76 ABŞ dolları əsas borc, 28500,36 ABŞ dolları faiz borcu, 4000 ABŞ dolları cərimə, cəmi 117400,12 ABŞ dolları, ümumilikdə dörd kredit razılaşması üzrə 314170,71 ABŞ dolları məbləğində borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq «xxxxxxxxx» ASC -yə ödənilməsi, tutma ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 380 000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait hesabına cəmi 314170,71 ABŞ dolları ödənişin Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla tutularaq «xxxxxxxxx» ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmetinə yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının X11, Cavabdeh, X12 və X1 müştərək qaydada tutularaq «xxxxxxxxx» ASC -yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən aşağıdakılar müəyyən edlir:

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evi (sonradan - mübahisəli ev) Cavabdeh mülkiyyətində olmuşdur (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surəti).

2. «xxxxxxxxx» ASC ilə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 01L000003163 saylı kredit xətt müqaviləsinə əsasən Aydın Qaralova 120 ay müddətinə 1 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

3. Mübahisəli ev 120 ay müddətinə «xxxxxxxxx» ASC-nin xeyrinə yüklü edilmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surəti).

4. Kreditin tutulması ipoteka predmeti olan mübahisəli evə yonəldilmişdir.

Mübahisəli ev «xxxxxxxxx» ASC-nin xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********48-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surəti). Hazırda iddiaçı Cavabdeh mübahisəli evdən məcburi çıxarılması və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsini istəyir. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cü maddəsinə əsasən: 59.3. ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinin 1-ci cümləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı mübahisəli evə qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət hüququ əldə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin 1 bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh qanuni əsaslar olmadan iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli evdə yaşamaqla oradan istifadə edir və bununla da iddiaçının əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evindən məcburi çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəçi, 1-ci döngədə istifadədə olan 0.01474 ha torpaq sahəsi üzərində yerləşən 7 saylı fərdi yaşayış evindən məcburi çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar