Məhkəmə qərarları › İş №2(008)-4127/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4127/2024

07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4127/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi "vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız hesab edilməsinə" dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi "vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız hesab edilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Cahangir Cahangirov küçəsi döngə 2 ev 1-ə aid 4 saylı Bakı "Asan xidmət" mərkəzində yerləşən notariat ofisinin xüsusi notariusu Sidqi Həbibbəylinin onun payına uyğun vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız hesab edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı "Asan xidmət" mərkəzində yerləşən notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizənin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, belə hesab edir ki, iş üzrə hüquq haqqında mübahisə yarandığından, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız hesab edilməsi özündə mübahisə ehtiva edir. Belə ki, mirasın qəbulu müddətinin ötürülməsinin üzürlü səbəblərdən baş verib-verməməsi, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olub-olmaması və iş üzrə əhəmiyyət kəsb edən digər hallar araşdırma tələb etdiyindən hazırkı mülki iş iddia icraatı qaydasında baxılmalıdır. Belə olan halda, ərizə baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi "vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinanın əsassız hesab edilməsinə" dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar