Məhkəmə qərarları › İş №2(008)-414/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-414/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-414/2022 19.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10785.03 (on min yeddi yüz səksən beş ABŞ dolları, 03 sent) ABŞ dolları əsas borc, 2492.56 (iki min dörd yüz doxsan iki ABŞ dolları, əlli altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 13277.59 (on üç min iki yüz yetmiş yeddi ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh oğlunun mülkiyyətində olan “X5 Minik” markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHST81CDDU172609 olan ** SD *** dövlət nömrə nişanlı avtomobilinə yönəldilərək açıq hərracdan satılması, avtomobilin satışından əldə edilmiş pul vəsait İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunmuş pul vəsait borc məbləğindən artqı qalan hissəsinin cavabdehə qaytarılması, avtomobilin satışından əldə edilmiş pul vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh oğlundan tutularaq BOKT İddiaçı QSC –nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S nömrəli sərəncamının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh oğluna dair sənədlər S-AVK-1777 nömrəli, 22.12.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh oğlu arasında 15 iyul 2013-cü il tarixdə, 01108 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18% olmaqla 60 ay müddətinə 26940 (iyirmi altı min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit verilmişdir. 29.07.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh oğlunun mülkiyyətində olan ** SD *** dövlət qeydiyyat nişanlı “Hundai Santafe “ minik markalı maşın 29.07.2013-cü il tarixdə 1108 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdhə məxsus nəqliyyat vaistəsinin qeydiyyat şahadətnaməsində müvafiq qeydiyyat aparılmış və 15.07.2013-cü il tarixli, AA seriyalı, 093061 nömrəli ipoteka müqaviləsinin qeydiyyatı haqqında şahadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.1-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 26940 (iyirmi altı min doqquz yüz qırx) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (5.3-cü bəndi). “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 18 (on səkkiz) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 10785.03 (on min yeddi yüz səksən beş ABŞ dolları, 03 sent) ABŞ dolları əsas borc, 2492.56 (iki min dörd yüz doxsan iki ABŞ dolları, əlli altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 13277.59 (on üç min iki yüz yetmiş yeddi ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilməlidir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə həvalə edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək ödəniş edə bilməməsini maddi vəziyyətinin ağır olması ilə bağlı olduğunu bildirdi və buna dair yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir; -İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə edilmiş 02 oktyabr 2015-ci il tarixli ********** nömrəli dəyişikliyin məzmunundan görünür ki, həmin dəyişiklikdəki 2.5-ci maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir; İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Sənayə filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 15 iyul 2013-cü il tarixli, 01108 saylı kredit müqaviləsinə əsasən bank borcalana avtomobilin alınması məqsədilə illik 18% olmaqla 60 (altmış) ay müddətinə 26940 (iyirmi altı min doqquz yüz qırx) ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc alan müqavilənin tələblərini vaxtında və lazımı qaydada yerinə yetirməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.7-ci bəndinə görə kredit üzrə öhdəliklər icra edilmədikdə bu Müqavilənin 6.10.1-ci bəndinə nəzərdə tutulmuş dəbbə pulunu ödəyəcəyini vəd edir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Sənayə filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 15 iyul 2013-cü il tarixli, 01108 saylı ipoteka müqaviləsinə əsasən tərəflər Cavabdeh mülkiyyətində olan 2013-cü il buraxılışlı, “X5 Minik” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı, KMHST81CDDU172609 ban, ağ rəngli avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən bu müqavilədə qüvvədə olduğu müddətdə ipoteka ilə yüklü edilmiş əmlakın dəyərinin azalması (inflasiya və sair) müəyyən edildikdə İpoteka saxlayanın tələbi ilə İpoteka verən azalmış məbləğ həcmində ipoteka predmetini artırır və dəyişir, yaxud əlavə girov qoyur. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən ipoteka verən 15 iyul 2013-cü il tarixli, 01108 nömrəli kredit müqaviləsi və bu müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, ipoteka saxlayan ipoteka ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək məqsədi ilə ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərrac vasitəsi ilə satılması üçün tədbirlər görmək hüququna malikdir. İş materiallarında olan 10.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka hazırda olan 18 785.03 (on səkkiz min yeddi yüz səksən beş ABŞ dolları, üç sent) ABŞ dolları əsas borc, 2492.56 (iki min dörd yüz doxsan iki ABŞ dolları, əlli altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 21 277, 59 (iyirmi bir min iki yüz yetmiş yeddi ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları məbləği təşkil edir. - 08.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka hazırda olan 10785.03 (on min yeddi yüz səksən beş ABŞ dolları, üç sent) ABŞ dolları əsas borc, 2492.56 (iki min dörd yüz doxsan iki ABŞ dolları, əlli altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 13.277.59 (on üç iki yüz yetmiş yeddi ABŞ dolları, əlli doqquz sent) ABŞ dolları məbləği təşkil edir. -15 iyul 2013-cü il tarixli, 01108 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə aylıq ödəniş 684.10 ABŞ dolları müəyyən edilmişdir. - 29.07.2013-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh oğlu 26940 (iyirmi altı min doqquz yüz qırx) ABŞ dolları məbləğində pul vəsaitini almışdır. - 10 fevral 2017-ci il tarixli, 101s saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair 22.12.2017-ci il tarixli, S-AVK-1777 nömrəli aktın surətindən görünür ki, borc alan Cavabdeh təhvil-təslim gününə olan borcu 21277.59 ABŞ dolları cəmi borc, bundan 18785.03 ABŞ dolları əsas borc, 2492.56 ABŞ dolları faiz borcu və cərimə borcu müəyyən edilməmişdir. - 30 iyun 2021-ci il tarixli, 2367 saylı bildirişin surətindən görünür ki, Cavabdeh ödənişlərin gecikdirilməsi səbəbindən ipoteka ilə yüklü edilmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan “X5 Minik” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə xəbərdar edilmişdir. - 07 iyun 2021-ci il tarixli, 2076 saylı bildirişin surətindən görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi “X5 Minik” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə məlumatlandırılmışdır. - AC 059357 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, “X5 Minik” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdır. - İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 15 iyul 2013-cü il tarixli, AA seriyalı, 093061 nömrəli çıxarışının surətindən görünür ki, Cavabdeh oğlunun mülkiyyətində olan “X5 Minik” markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 ABŞ dolları məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh oğlu onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin olunaraq Cavabdeh 10785.03 (on min yeddi yüz səksə beş ABŞ dolları, üç sent) ABŞ dolları əsas borc, 2492.56 (iki min dörd yüz doxsan iki ABŞ dolları, əlli altı sent) ABŞ dolları faiz borcu, cəmi 13277.59 (on üç min iki yetmiş yeddi ABŞ dolları, əlli doqquz qəpik) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra elmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, tələb girov ilə yüklü edilmiş avtomobilə yönəldilməli, Cavabdeh oğlu kredit borcu həmin nəqliyyat vasitəsinin hesabına ödənilməlidir. Belə ki, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh oğlunun mülkiyyətində olan “X5 Minik” markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHST81CDDU172609 olan ** SD *** dövlət nömrə nişanlı avtomobilinə yönəldilməli, avtomobil açıq hərrac yolu ilə realizə edilməli, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin pul vəsait Cavabdeh oğluna qaytarılmalı, avtomobilin satışından əldə edilmiş pul vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləği Cavabdeh tutularaq BOKT İddiaçı QSC –nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən 30 ABŞ dolları dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10785.03 (on min yeddi yüz səksə beş ABŞ dolları, üç sent) ABŞ dolları əsas borc, 2492.56 (iki min dörd yüz doxsan iki ABŞ dolları, əlli altı sent) ABŞ dolları faiz borcu, cəmi 13277.59 (on üç min iki yetmiş yeddi ABŞ dolları, əlli doqquz qəpik) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutulmalı olan məbləğ 13277.59 (on üç min iki yetmiş yeddi ABŞ dolları, əlli doqquz qəpik) ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 (otuz) manat məbləğində dövlət rüsumu - Cavabdeh mülkiyyətində olan “X5 Minik” markalı, 2013-cü il buraxılışlı, ağ rəngli, ban KMHST81CDDU172609 olan ** SD *** dövlət nömrə nişanlı minik markalı avtomobilə yönəldilsin. Cavabdeh mülkiyyətində olan ** SD *** dövlət qeydiyyat nişanlı “Hyundai SantaFe” minik markalı avtomobil açıq hərracda satılsın. Həmin avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əskik qalan borc məbləği Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar