Məhkəmə qərarları › İş №2(008)-4147/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4147/2023

28.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4147/2023 28.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İddiaçı (eyni zamanda digər iddiaçı X8 nümayəndəsi), nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X7, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı və X8 cavabdehlər Cavabdeh və X9 qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı və X18 cavabdehlər Cavabdeh və X9 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduqları evlə bağlı cavabdehlər tərəfindən onlara qarşı törədilən manelərin aradan qaldırılması, X8 və İddiaçı, sonuncunun yetkinlik yaşına çatmayan qızı xx.xx.2008-ci il təvəllüdlü X13 ilə birlikdə qeydiyyatda olduqları Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4-də yerləşən, 3 otaqlı, 2 saylı evə (X10 adına tərtib edilmiş "xxxx" ASC-nin abunə kodu **********X002A olan abunə haqqında sənədin, “Azəriqaz” İB-nin abonent kodu **********0000 olan abonentin saldosunun və "xxxx" ASC-nin abonent kodu ********************6 olan ödənişlərin siyahısının aid olduğu) köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini arıtırlmış həcmdə müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı X22 Məmmədovanın oğlu, Cavabdeh keçmiş qaynı, digər cavabdeh Azər Allahverdiyev isə keçmiş əridir. İddiaçı X16 ilə xx.xx.2004-cü ildə ailə qurmuş, nikahlarını bir aydan sonra qeydiyyata aldırmışlar. Həmin vaxtdan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4-də yerləşən, 2 saylı evə gəlin köçüb orada yaşamağa başlamışdır. İddiaçı bütün cehiz əşyalarını da həmin evə gətirmişdir. Orada iki uşağı - xx.xx.2005-ci il təvəllüdlü X18 və xx.xx.2008-ci il təvəllüdlü X13 doğulmuşdur. Uşaqlarından yalnız İlkin Allahverdiyev yetkinlik yaşına çatmışdır. Uşaqları Sabunçu qəsəbəsi 12 saylı poliklinikada qeydiyyatdadırlar. Oğlu İlkin Sabunçu qəsəbəsində yerləşən 67 saylı tam orta məktəbi bitirmiş, qızı Elnarə isə həmin məktəbdə təhsilini davam etdirir. Əri ilə xasiyyətləri uyğun gəlmədiyi üçün Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 4515/2017 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanmaqla uşaqların saxlanmaları üçün aliment tutulmuşdur. Boşanmadan sonra iddiaçı nikahdan əvvəlki «Məmmədova» soyadını götürmüşdür. İddiaçı ərindən boşanmasına baxmayaraq, uzun illərdir ki, həmin evdə qeydiyyatda olmaqla, iki uşaqla həmin evdə yaşamağa davam etmişdir. İki ay əvvəl qaynı - iş üzrə Cavabdeh ona bildirmişdir ki, atası ağır xəstədir, ona görə də iddiaçıya müvəqqəti olaraq kirayə ev tutmalı, o, bir müddət uşaqlarla həmin evdə qalmalıdır. Qayınatası xəstə olduğu üçün buna razılıq vermişdir. İki aydan sonra qayınatası vəfat etmişdir. İddiaçı uşaqları ilə qeydiyyatda olduğu evə köçmək üçün keçmiş ərinə müraciət etmiş, əri cavabında ona bildirmişdir ki, evin açarını qardaşından götürüb orada yaşasın. Lakin qaynı evin açarını verməmiş və onu daimi yaşadığı evə buraxmamışdır. Hazırda onlar kirayədə qalır, yaşamağa başqa yerləri yoxdur. Bütün əşyaları həmin evdə yerləşir. Onu da qeyd etmək istəyir ki, X24 4 saylı Bakı ASAN xidmət mərkəzində yerləşən Qeydiyyat şöbəsinə müraciət edərək iddiaçıya atalığını vermişdir. xx.xx.2023-cü il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən onun «Avdıl» ata adı «Mehman» adına dəyişdirilmişdir. Daha sonra keçmiş əri digər cavabdeh Azər Allahverdiyev də onları evə buraxmamış, buna görə, həmin şəxsə qarşı da evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı (eyni zamanda digər iddiaçı X8 nümayəndəsi), iddiasını müdafiə edərək, nümayəndənin izahatında göstərdiklərini təsdiq etmiş, həmçinin bildirmişdir ki, məhkəmə hazırlıq iclasınadək keçmiş əri Azər Allahverdiyev onunla birlikdə kirayədə yaşamış və ona bildirmişdir ki, uşaqları ilə həmin evə köçməsinə etiraz etmir, lakin qardaşı Cavabdeh onu evə buraxmır. O, da Azərə inanaraq, düşünmüşdür ki, Azər məhkəmə iclasında həmin sözləri təsdiq edəcək. Lakin məhkəmənin hazırlıq iclasında keçmiş əri Azər onlara qarşı yalan danışmış, buna görə də onunla əlaqəni kəsmiş və halhazırda da bir evdə qalmırlar. Azər onun kirayədə yaşadığı evdən çıxaraq hal-hazırda köçmək istədiyi evə gedib orada yaşayır. Azər də onları həmin evə buraxmır, onların orada yaşamasına maneə yaradır. ünvan 1 ünvanında yerləşən evin mövcudluğu işin mübahisəsiz halıdır. Bunu məhkəmə iclasında cavabdehin nümayəndəsi, həm də keçmiş əri təsdiq etmişlər. Həmçinin yerli baxış zamanı bu fakt müəyyən olunmuşdur. Evlər hər ikisi üç otaqlıdır, evlər arasında daş hasar çəkilmişdir, hər iki evin məhlələri də, kommunal xidmətləri, işıq, təbii qaz və su sayğacları ayrı-ayrıdır. Sayğaclar daş hasarın üzərinə vurulmuşdur. Cavabdeh ailəsi ilə birlikdə öz evində yaşayır, onun həyəti, evi ayrıdır, işıq, su, qaz xətləri ayrı çəkilmişdir. Digər üç otaqlı ev isə qayınatası X14 məxsusdur, qayınatası vəfat etmişdir. Həmin evin kommunal xidmətləri su, işıq qaz sayğacları qayınatasının adına qeydiyyatdan keçir. Sayğacları fotoşəkildən də görmək mümkündür. Hətta qayınatası evin əmlak vergisi üzə Sabunçu Bələdiyyəsində qeydiyyatdadır. Həmin ev qayınatanın vəfatından sonra onun keçmiş əri Azər Allahverdiyevə qalmışdır. Həmin şəxs hal-hazırda oradan istifadə edir və yaşayır. Lakin onu uşaqları ilə birlikdə evə buraxmır. Həmin ev onların yeganə evləridir, yaşamağa başqa yerləri yoxdur. Onlar, Cavabdeh yaşadığı evdə deyil, həmin evlə yanaşı olan üç otaqlı, qayınatasının onlarla yaşadığı, hal-hazırda isə keçmiş əri Azərin yaşadığı üç otaqlı evə köçüb yaşamaq istəyirlər. Yerli baxış zamanı məhkəməyə həmin evi göstərmişdir. Lakin Cavabdeh arvadı həmin vaxt onları evə buraxmamış, yaşadığı evə baxış keçirməyə imkan verməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsi onun üzərində qurulmuşdur ki, İddiaçı 2004-cü ildə Azər Allahverdiyevə qoşulub qaçmaqla ailə qurmuşdur. Göstərilənlərə əsasən Cavabdeh evə köçürülmə iddiası altında ona ev bölgüsü etməli və ya onun əvvəllər bir neçə il müvvəqəti yaşadığı ünvanı ona təhvil verməlidir. İddiaçının dəfələrlə mövqe dəyişdirməsi, iddianın əsasını və predmetini dəyişdirməsi, iddianı ümumən dəyişdirməsi hər hansı prosessual normalara uyğun deyildir. Hazırlıq iclasında da buna etiraz edilmiş, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin müəyyən etdiyi qaydada və formaya uyğun olmadığı bildirilmişdir. Həmçinin iddianın müvəkkilinə qarşı olması əsassız olmaqla bərbər, tam olaraq fərziyyələr üzərində qurulmuş əmlak bölgüsü tələbidir. Əlavə cavabdeh qismində cəlb edilməyə dair vəsatətə etiraz edilərək bildirilmişdir ki, məhkəmə artıq X11 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir. Onu cavabdeh qismində cəlb etməyə dair yeni vəsatətində iddiaçı keçmiş ərinin onu aldatdığını və yalan danışdığını bildirmişdir. İddia tələbinin həcminin artırılmasına dair ərizə ilə əlaqədar bildirilir ki, iddiaçı artıq iddiasının əsassızlığını anladığından, iddianı tam dəyişərək qeydiyyatda olduğu ünvana maneələrin aradan qaldırılması tələbi ilə çıxış edir. Faktiki olaraq məhkəməyə də məlum olduğu kimi, bu artıq əmlak bölgüsü tələbidir, lakin kimə qarşı olduğu tam olaraq məlum deyildir. İddiaçı öz ərizəsində bildirir ki, həmin ev nə Cavabdeh, nə də X25 tğluna məxsus deyildir. Belə görünür ki, bu hal ona əvvəldən məlum olmuşdur. Həmin ev mərhum qaynatası X14 məxsusdur, adına bələdiyyə verigisi və kommunal xidmətlər vardır. Sağlığında iddianın həmin şəxsə qarşı verilməməsi, öləndən sonra digər şəxslərə qarşı verilməsi anlaşılan deyil. Həmçinin iddiaçı əvvəlki iddia tələbində qeyd edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 4515/2017 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. X1 iddiasına əsasən nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə 2(008)-3976/2018 saylı mülki iş Sabunçu Rayon Məhkəməsində hakim İmran Burcayevin icraatında olmuşdur. Faktiki olaraq nikahın pozulması sözügedən mülki işlə olmuş və müvafiq olaraq nikahın pozulması haqqında şəhadətnamə verilmişdir ki, həmin şəhadətnamə tərəflərindən məhkəməyə təqdim edilmişdir. İddiaçı cəmi üç-dörd il qayınatası və qayınanası ilə bir yerdə qalmış, daima məişət mübahisələri olmuş, qayınanasını təxminən 2016-cı ildə yıxaraq qolunu qırmış, həmin vaxtdan bir daha Talehin evinə və ya özünün bildirdiyi kimi qayınatasına məxsus evə qayıtmamışdır. Hadisədən sonra qayınanası əsəbdən və sarsıntıdan iflic keçirmişdir. Göstərilənlərin üzə çıxmaması naminə, iddiaçı mərhum qayınatasına həqarət etmiş, guya ölümünə yaxın üç il ərzində ayaqları tutulmuş qayınatasının ona təcavüz etmək niyyətinin olmasını məhkəmə iclasında ağlayaraq bildirmiş, hakimin fikrini cinsi bərabərliyinə (qadın olmasına) yönəldərək üstünlük əldə etmək istəmişdir. İddiaçı özünün birinci “evə köçürülmə tələbinə dair” iddiasında bildirmişdir ki xx.xx.2004-cü ildə ailə qurmuş, nikahlarını bir ay sonra qeydiyyata aldırmış və guya Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirova küçəsi, döngə 4, ev 2-yə gəlin köçüb yaşamağa başlamış və cehiz əşyalarını da həmin evə gətirmişdir. Lakin mövcud olmayan həmin cehiz əşyalarının nədən ibarət olmasını özü də deyə bilməmişdir. Yalnız birgə nikah dövründə alınmış bir neçə əşyanı sadalmışdır ki, onlar cehiz əşyası demək deyil. Halbuki hələ əvvəlki iclasda cavabdeh qismində qoymadığı keçmiş əri Azər Allahverdyev tərəfindən İddiaçı dediklərinin hamısı yalanlanmış, onların nikahının ailəsi tərəfindən qəbul edilmədiyini, uzun müddət yaxın buraxmadıqlarını bildirərək kirayələrdə yaşadığını demişdir. Bu səbəbdən, hazırkı etiraza da qoşma edilmiş AR DİN BPQMİ-nin MAPS şöbəsinin də arayışlarından göründüyü kimi, uşaqları xx.xx.2005-il təvəllüdlü X18 və xx.xx.2008-ci il təvəllüdlü X2 rayonunda anadan olmuşlar. Qeyd edilməlidir ki, iddiaçının keçmiş əri Azər Allahverdiyev tərəfindən iddiaçıya Ağstafa rayonunda Novruz adlı şəxsdən sənədləri olmasa da, bir ev alınmışdır. Həmin evə dair etibarnamə işə əlavə edilmişdir. Hazırkı iddianın əsasını təxminən 2007-ci ildə Azər Allahverdiyevin keçmiş arvadını Bakı şəhərinə öz üzərinə qeydiyyata salması təşkil edir. Ünvana qeydiyyatı olmaq şəxsə nikah dövründə əldə edilməyən, sabiq həyat yoldaşına aid olmayan əmlakı böldürmək səlahiyyəti vermir, iddia düzgün olmayan şəxsə (şəxslərə) qarşı qaldırılmışdır. X12 çoxdan vəfat etmişdir. Nəzərə alınmalıdır ki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azər Allahverdiyevi cavabdeh qismində qoymaqla iddiaçı artıq onunla birgə nikah dövründə əldə edilməyən və hətta ona məxsus olmayan bir əmlakı böldürmək istəyir ki, ona dair iddianın müddəti də Ailə Məcəlləsinin imperativ normasına əsasən çoxdan keçmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, nümayəndəsinin izahatında göstərdiyi xüsusatları təsdiq edib iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X16 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli ev qardaşınındır və orada ailəsi ilə yaşayır. İddiaçı ilə 2004-cü ildə faktiki ailə qurmuşlar, sonradan bağladıqları nikah pozulmuşdur. O, iddiaçı ilə ailə qurandan sonra həmin evdə az müddətdə yaşamış, təxminən 2006-cı ildən nikahları pozulanadək kirayə evlərdə qalmışlar. O, faktiki olaraq ikinci dəfə ailə qurmuşdur və ailəsi ilə kirayədə yaşayır. Nə iddiaçının, nə də onun həmin evə heç bir hüququ yoxdur. Evin rəsmi heç bir sənədi mövcud deyil. Atası üç aya yaxındır ki vəfat etmişdir, onun ölümündən sonra da daimi olaraq qardaşı öz ailəsi ilə həmin evdə yaşayır. Həyətdə bir otaqlı və iki otaqlı ev var. Həmin ev və həyətyanı sahə bölünmüş olsa da, qardaşı ailəsi ilə orada yaşayır. Qardaşı və ailəsi ata-anasına baxdığına görə, onlar vəfat etməzdən öncə qeyri-rəsmi olaraq qardaşının övladına evi vəsiyyət etmişlər. İddiaçının həmin evdə heç bir cehiz əşyası yoxdur. Ümumiyyətlə, iddiaçı onunla qaçdığına görə ailəsi ona cehiz verməmişdir. Evdə olan əşyaları - yataq mebeli, paltaryuyan maşın və digər xırda əşyaları isə o, öz pulu ilə almışdır. Həmin əşyaları iddiaçı ilə kirayə gedən vaxtdan özləri ilə aparmışlar. Həmin evdə iddiaçıya və ona məxsus heç bir əşya yoxdur. O, iddiaçı üçün Ağstafa rayonunda, qonşu kənddə, Novruz adlı şəxsdən ona beh verərək evi almış, qalan məbləği də iddiaçıya şəxsən vermişdir ki, Novruza çatdırsın. Həmin evin elektrik işlərini özü görmüşdür. Lakin rayonda aldığı ev etibarnamə ilə satılmışdır. Atasının iddiaçıya qarşı nalayiq hərəkətləri etməsi ilə bağlı iddiaçının dediklərinə münasibətdə bildirmək istəyir ki, atası yaşlı adam olmuş, normal gəzə bilməmişdir ki, iddiaçıya qarşı hansısa bir nalayiq hərəkət də etsin. İddiaçının dedikləri yalandır və həmin evə köçürülməsi uyğun deyildir. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, İddiaçı onun işçisi olmuş, 2020-ci ildə işdən çıxmışdır. İddiaçı 2023-cü il mart ayının 7-də yaşadığı evdən müvəqqəti çıxdığını bildirərək, kirayə ev tapması üçün ona zəng vurmuşdur. Mart ayının 10-da övladları və bir-iki əşyası ilə birlikdə kirayə evə köçmüşdür. Məhkəmə iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında Cavabdehlə qonşuluqda yaşayır. Mətanət göstərilən ünvanda qayınanası və qayınatası ilə birlikdə yaşamışdır. Lakin 2016-cı ilin mart ayında Mətanət qayınanası Sənubəri itələyib qolunu sındırmış, həmin günün axşamı isə qadın insult keçirməsi səbəbindən ağzı əyilmişdi. Mətanət o vaxtdan evdən çıxıb getmişdir. Evdə yaşadığı müddətdə xəstə qayınanasına baxmamış, qulluq göstərməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyərək, izahat və ifadələri iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 və X4 nikahına xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. - Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı və X7 birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X18 və xx.xx.2008-ci il təvəllüdlü X13 doğulmuşlar. -Atalığın müəyyən edilməsi haqqında AZ-İ 450596 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 Mətanət Avdal qızının atası hesab edilmişdir. - Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, Allahverdiyeva Mətanət, X18 və X5 ailə üzvləri kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən evdə yaşadıqları müəyyən edilmiş, Mətanət Allahverdiyevanın verdiyi məlumata əsasən həmin evin təmsilçinin qayınatasına məxsus olması, lakin qayınatasının Mingəçevir şəhərində yaşadığı müəyyən edilmişdir. -Bakı şəhəri 67 nömrəli orta məktəb tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X18 2019-2020-ci tədris ilinin şagirdi olmuş, X13 isə həmin məktəbin 8-ci sinfində oxuyur. -Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı ev 2017-ci ildən X10 adına vergi ödəyicisi qeydiyyatına alınmışdır. - “Bakı Baş Səhiyyə Mərkəzi” X34 12 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 xx.xx.2022-ci il tarixdən, X18 xx.xx.2005-ci il tarixdən, X13 2008-ci il tarixdən qeydiyyatdadırlar. X18 2020-ci ildən bu günədək poliklinikaya müraciət etməmişdir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, nümayəndəlikdəki mövcud ev kitablarına əsasən Məmmədova (Allahverdiyeva) Mətanət Mehman (Avdal) qızı xx.xx.2007-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı evdə uşaqları İlkin Allahverdiyev və Elnarə Allahverdiyeva ilə birlikdə qeydiyyatdadır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı evin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin Məmmədova (Allahverdiyeva) Mətanət Mehman qızının və X8 adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Abunə kodu **********X002A olan abunə haqqında sənəddən, abonent kodu **********0000 olan abonentin saldosundan və "xxxx" ASC Sabunçu rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısı cədvəlindən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı evin elektrik enerjisi, təbii qaz və su təchizatı barədə müqavilələr X10 adına olmuşdur. -Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və X16 birgə nikaha daxil olaraq mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı özbaşına tikilidə birgə nikalarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X18 və xx.xx.2008-ci il təvəllüdlü X13 ilə birlikdə yaşamışlar. Tərəflərin nikahları xx.xx.2018-ci il tarixdə pozulmuşdur, buna baxmayaraq, iddiaçının iddiasına görə o, uşaqları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir, qayınatası X10 xəstəliyinə görə həmin ünvanı qayıtmaq niyyəti ilə müvəqqəti tərk etsə də, sonradan yeganə yaşayış yerinə keçmiş qaynı Cavabdeh və əri Azər Allahverdiyev tərəfindən mane törədilmişdir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, sözügedən evdə iddiaçının 2016-cı ildən bəri yaşamadığını bildirib, iddiaya etiraz etmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə məhkəmə tərkibi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə baxış keçirilməsi məqsədilə sözügedən ünvanda olsa da, cavabdeh tərəfindən oraya baxış keçirilməsinə şərait yaradılmamış, bununla da, yerli baxış iclası baş tutmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı mübahisə predmeti olan həmin tikiliyə dair hal-hazırda da cavabdehlərin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin ev üzərində hüquqlarının mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda, cavabdehin istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa, fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən çıxarılanın deyil, mənzildən çıxaranın mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər çıxaranın mənzilə hüququ yoxdursa çıxarılma qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq, iddiaçının da həmin şərtlər daxilində həmin evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə bu qənaətə gələrkən, iddiaçıların hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində qeydiyyatda olmaları halını da nəzərə alır. Belə olan təqdirdə, iddiaçıların Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evində yaşamalarını təmin etmək məqsədi ilə, iddia təmin edilərək, iddiaçı X18 və İddiaçı, onun yetkinlik yaşına çatmayan övladı X13 ilə birlikdə qeyd olunan fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçılar X18 və İddiaçı, onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qamboy Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən 2 saylı fərdi yaşayış evinə (mərhum X10 adına tərtib edilmiş "xxxx" ASC-nin abunə kodu **********X002A olan abunə haqqında sənədin, “Azəriqaz” İB-nin abonent kodu **********0000 olan abonentin saldosunun və "xxxx" ASC-nin abonent kodu ********************6 olan ödənişlərin siyahısının aid olduğu) köçürülsün. İddiaçıların həmin evə köçürülmələri və orada yaşamaları ilə əlaqədar maneə törədilməsi cavabdehlər Cavabdeh və X9 qadağan edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar