Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4148/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1929-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, atası xx.xx.1929-cu il təvəllüdlü X2 xx.xx.2024-cü ildə faktiki yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cü mədən küçəsində yerləşən evdə vəfat etmiş və Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbirstanlığında dəfn edilmişdir. Bildirir ki, indiyədək ölüm haqqında şəhadətnamə almamışdır. Həmin vaxt çağırılmış Bakı şəhər Təcili və X4 Stansiyasının 12 saylı bölməsinin əməkdaşları gəldikdə, artıq atası vəfat etmişdir və həkim sadəcə “xəbərdarlıq vərəqəsi” vermişdir. 21 saylı şəhər poliklinikasından hər hansı xəstəliyi bağlı müraciəti olmaması səbəbindən, atası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmiş, müraciətinə imtina cavabı verilmişdir. Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət edərək, ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, ona ölüm haqqında şəhadətnamənin verilməsinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisiqızıdır. Ərizəçi xx.xx.2024-cu il tarixdə zəng edərək atasının rəhmətə getdiyini bildirmişdir. Mərhum Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbristanlıqda dəfn olunmuşdur. O, mərhumun yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası X2 xəstə idi. xx.xx.2024-cü il tarixdə saat 3-4 radələrində mərhumun vəfat xəbərini eşitmişdir. Mərhum həmin gün də dəfn olunmuşdur. O, mərhumun bütün yas və dəfn mərasimlərində iştirak etmişdir. Mərhum Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbristanlıqda oğlunun yanında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qapı qonşusudur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında səs-küydən mərhumun rəhmətə getdiyini eşitmişdir. Təcili yardım gələndə mərhum artıq çoxdan rəhmətə getmişdir. Mərhum ölən günü də Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbristanlıqda dəfn olunmuşdur. O, mərhumun yas və dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 0******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - AЗ 04194793 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1929-cu il tarixdə doğulmuşdur. - AЗ 101704 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X2 olmuşdur . - Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 12 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - Bakı şəhəri Sabunçu rayon icra Hakimiyyəti başıçının Ramana qəsəbəsi İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 27 saylı arayışından məlum olur ki, X2 xx.xx.2024-cü il tarixdə Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 saylı qəbristanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs “21 nömrəli şəhər poliklinikası”nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1929-cü il təvəllüdlü X1 ambulator kitabçası olmadığı və poliklinikaya xəstəliklə bağlı müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Məzardaşının fotoşəklində “X2 xx.xx.1929-xx.xx.2024” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi atası X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması ilə bağlı anasının ölümünü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1929-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4148/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4148/2024
02.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver