Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4149/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "**********A0002 nömrəli abonent kodu üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 2414,91 manat məbləğində borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "**********A0002 nömrəli abonent kodu üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 2414,91 manat məbləğində borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi Çapayev küçəsi 8-a nömrəli evin 3 nömrəli mənzili xx.xx.1994-cü ildə X2 tərəfindən özəlləşdirilmiş, mənzilin 10,40 kv.m və 14,04 kv.m sahəsi olan iki otağı ona vəsiyyət olunmuşdur. O, 1995-ci ildən həmin mənzilin iki otağında yaşayır. Sarapkinin həyat yoldaşı həmin mənzilin özünə məxsus bir otağını Rəşidova Zeynəbə satmışdır. 2012-ci ilin sonlarında "xxxx" ASC tərəfindən ona məxsus otaqların elektrik enerjisi sayğacdan ayrılmış, sayğac Rəşidova Zeynəbin yaşadığı otağa qoşulmuş və sayğac sonuncunun adına keçirilmişdir. Ünvanında quraşdırılmış sayğac X14 adına qeyd edilmişdir. Onun müraciəti əsasında ad dəyişdirilmiş və sayğac X4nın adına rəsmiləşmişdir. Abonent kodu **********A0002-dir. X4 xx.xx.1989-cu ildə vəfat etmişdir. 2024-cü ilin fevral ayında təqdim edilən ödəniş qəbzində 2414,91 manat borcun olduğu qeyd edilmişdir. Lakin o, ödənişləri vaxtlıvaxtında etmişdir. Həmçinin borc ölmüş şəxsin adına yazılmışdır. Sayğaca hər hansı müdaxilə və kənar xətt qoşulması olmamışdır. Əsassız hesablanmış borcun silinməsi tələbi ilə cavabdehə müraciət etdikdə cavabdeh bildirmişdir ki, həmin ünvanda 1995-ci ildən xx.xx.2001-ci ilədək elektrik enerjisindən sayğacsız istifadə edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək mənzildə elektrik sayğacı quraşdırılmadığı üçün hesabat işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmış (1475,33 manat – 37 465 kvts), xx.xx.2012-ci ildə mənzilə 1 fazalı elektrik sayğacı quraşdırılmış, xx.xx.2015-ci ildə elektrik sayğacı yenisi ilə əvəz edilmiş və hal-hazırda hesabat həmin sayğacla aparılır. Elektrik sayğacının xx.xx.2024-cü il tarixli "54663" göstəricisinə qədər istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə borc 2364,72 manat təşkil edir, bunun 889,39 manat hissəsi elektrik sayğacı ilə sərf olunan elektrik enerjisinin dəyəridir. O, cavabdehin qeyd etdiyi xüsusatlarla razı deyil. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi Çapayev küçəsin 8-a nömrəli evin 3 nömrəli mənzili iki hissəyə ayrılmış, bir hissəsində o, digərində isə X5 yaşayır. Həmin mənzilin sayğacı 2012-ci ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi Çapayev küçəsi 8-a nömrəli evin 2 nömrəli mənzilinə keçirilmişdir. Sayğac X4nın adınadır, lakin anası 1989-cu ildə vəfat etmişdir. O, göstərilən evin 3 nömrəli mənzilinin sayğacından 2 nömrəli mənzilə əlavə işıq xətti çəkmişdir. Cavabdeh "xxxx" ASC iddiaya qarşı xx.xx.2024-cü il tarixli etirazında bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi ünvanda yerləşən mənzilində 1995-ci ildən xx.xx.2001-ci ilədək elektrik enerjisindən sayğacsız istifadə edilmiş, xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək mənzildə elektrik sayğacı quraşdırılmadığı üçün hesabat işlədicilərin gücünə görə orta sərfiyyatla aparılmışdır (1475,33 manat 37465 kvts). Mənzilə xx.xx.2012-ci ildə bir fazalı elektrik sayğacı quraşdırılmış, xx.xx.2015-ci ildə elektrik sayğacı yenisi ilə əvəz edilmiş və hal-hazırda hesabat həmin sayğacla aparılır. Elektrik sayğacının xx.xx.2024 cü il tarixli "54663" göstəricisinə qədər istifadə edilmiş elektrik enerjisi sərfiyyatına görə borc 2364,72 manat təşkil edir. Bundan 889,39 manatı elektrik sayğacı ilə sərf olunan elektrik enerjisinin dəyəridir. İş materiallarında olan invoys və maliyyə arayışından aydın olur ki, qeyd edilən borc köhnə sərfiyyat borcu olmaqla 2015-ci ildə "xxxx" ASC təsis olunmazdan əvvəl "xxxx"nin fəaliyyəti dövründə yaranmışdır. Əvvəlki məhkəmə iclasında "xxxx" ASC-nin nümayəndəsi X3 bildirmişdir ki, mənzilə quraşdırılmış sayğac X6 adınadır. Əvvəlki abonent həmin şəxs olduğuna görə, müqavilə elə həmin şəxslə bağlanmış, ölümündən sonra isə addan-ada dəyişiklik olmamışdır. "xxxx" ASC köhnə dövrün borclarını faktiki olaraq tələb etməsə də, vətəndaşlar addan-ada keçid olduqda və bu kimi digər hallarda dondurulmuş borcun silinməsi üçün məhkəməyə müraciət edirlər. İddiaçının silinməsini tələb etdiyi borc halhazırkı deyil, köhnə dövrün sərfiyyat borcudur, xəttə müdaxilə, yaxud digər pozuntu barədə akt yoxdur. Vətəndaşın 2024-cü ilə borcu 2366,53 manatdır. Nümayəndə əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya yazılmış xx.xx.2024-cü il tarixli məktubda borcun 3 nömrəli mənzilə aid olduğu göstərilsə də, bu, texniki səhv nəticəsində belə yazılmışdır, əslində isə borc 2 nömrəli mənzilə aiddir. Cavabdehə hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Çapayev küçəsində 8-a nömrəli birmərtəbəli ev bir-birinə bitişik yanaşı tikilmiş 3 mənzildən ibarətdir. İddia ərizəsində silinməsi tələb olunan borc göstərilən evin 2 nömrəli mənzilində olan **********A0002 abonent koduna aiddir, həmin abonent kodu iddiaçının X4na məxsusdur (iş vərəq 37). "xxxx" ASC-nin bəzi sənədlərində abonentin adı "X14" kimi göstərilmişdir. X11 xx.xx.1989-cu ildə vəfat etmişdir. İddiaçı hazırda qeyd olunan ünvanda 2 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan İ-ЖГ seriyalı 320377 nömrəli "Doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə doğulmuş, X13əli qızıdır. İşdə olan AZ-İİ seriyalı 412289 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X11 xx.xx.1989-cu ildə vəfat etmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-2-17/-M-3623- 5/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat- 1 qəsəbəsi Çapayev küçəsində yerləşən 8-a nömrəli evin 3 nömrəli mənzilinin sayğacı üzrə 2364,72 manat borc hesablanmışdır. İşdə olan "Abonentin hərəkət cədvəli"ndən görünür ki, Bakı şəhəri Zabrat-1 qəsəbəsi Çapayev küçəsi 8-a nömrəli evin 2 nömrəli mənzili üzrə **********A0002 abonent kodu X6 adınadır və 2338,35 manat məbləğində borc hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın aşağıdakı bəndlərinə istinad edir. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşdən göründüyü kimi, cavabdeh "xxxx" ASC tərəfindən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Çapayev küçəsi 8-a nömrəli evin 2 nömrəli mənzilində olan **********A0002 abonent koduna xx.xx.2024-cü il tarixə 2364,72 manat borc hesablanmışdır. İddiaçı 2414,91 manat məbləğində borcun silinməsi barədə tələbini belə əsaslandırmışdır ki, o, ödənişləri vaxtlıvaxtında etmiş, sayğaca hər hansı müdaxilə və kənar xətt qoşulması etməmiş, həmçinin borc ölmüş şəxsin adına yazılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının birici dəlili ödənişləri vaxtlı-vaxtında etməsindən ibarət olsa da, o, məhkəməyə "xxxx" ASC-yə yalnız 50 manat pulun ödənilməsi barədə xx.xx.2014-cü il tarixli 905552 nömrəli mədaxil qəbzini təqdim etmiş, qalan məbləğlərin ödənilməsi barədə isə sübut təqdim etməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının digər dəlili sayğaca hər hansı müdaxilə və kənar xətt qoşulması etməməsi barədədir. Lakin abonent koduna hesablanmış borcun hər hansı hissəsinin sayğaca müdaxiləyə və ya kənar xətt qoşulmasına görə hesablanması müəyyən edilmədi. İddiaçı məhkəməyə belə bir halı təsdiq edən sübut təqdim etməmiş, eyni zamanda, cavabdehin nümayəndəsi elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə akt tərtib olunmadığını bildirmişdir. Borcun ölmüş şəxsin adına yazılması barədə iddiaçının dəlili ilə əlaqədar isə məhkəmə qeyd edir ki, borcun hesablandığı **********A0002 nömrəli abonent kodunun aid olduğu X11 (iddiaçının anası) vəfat etsə də, həmin mənzil və mənzilin enerji təminatı hazırda da mövcuddur, eyni zamanda, iddiaçı həmin mənzildə qeydiyyatdadır. Mövcud qanunvericilikdə abonentin vəfat etməsi onun abonent koduna hesablanmış borcun slinməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə iddianın təmin edilməsi üçün əsas müəyyən etmədi və bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "**********A0002 nömrəli abonent kodu üzrə cavabdeh tərəfindən əsassız hesablanmış 2414,91 manat məbləğində borcun silinməsi" barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X12.
Məhkəmə qərarları › İş №2(008)-4149/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4149/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver