Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4155/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasının əsassız hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə və dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 1 barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasının əsassız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər X6 İcraiyyə komitəsinin Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” Texniki Pasport onun X2nın və atası Fətdarbəy Mirzəbəy oğlunun adınadır. X2 1983-cü ildə, atası Fətdarbəy Mirzəbəy oğlu 1982-ci ildə vəfat etmişdir. Nənəsi və atasının vəfatından sonra yuxarıda qeyd olunan fərdi yaşayış evi miras qalmışdır. Ərizəçi xx.xx.1961-ci il tarixdə həmin ünvanda doğulmuş və həmin ünvanda qeydiyyatdadır. Atasının arxivdən doğum haqqında şəhadətnaməsini tapa bilmədiyi üçün Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Bəhrəgül Abutalıb qızı ərizəçinin nənəsi, Fətdarbəy Mirzəbəy oğlu isə atasıdır. Ərizəçi 4 saylı Bakı Maraqlı şəxsndən atası Fətdarbəy Mirzəbəy oğlunun adına açılmış V-155/2022 saylı vərəsəlik işi üzrə vərəsəlik məktubunu almaq istəyərkən, ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə, vərəsəliyə çağırıldığını bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Atası isə xx.xx.1982-ci il tarixdə ölüb. O zaman evləri, ona çatan payı özəlləşdirmək fikri yox idi. Hal-hazırda xəstəliyi ilə əlaqədar bu işi tezləşdirmək istəyir. 4 saylı Bakı Maraqlı şəxsndən bildirildi ki, Azərbaycan Respublikasının Mülki məcəlləsinin 1248-ci maddəsinə əsasən, əyər məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa, müddət uzadıla bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun atası Fətdarbəy Mirzəbəy oğludur, Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 1 ünvanında qeydiyyatdadır (Bakı şəhəri Lenin rayonu Balaxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş V-JQ seriyalı 296497 №-di doğum haqqında şəhadətnamə, 0******* №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, elektron məhkəmə sistemindən əldə edilmiş məlumat). X5 xx.xx.1982 -ci il tarixdə ölmüşdür (Bakı şəhəri Balaxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş İİ-JQ seriyalı 331908 №-li ölüm haqqındda şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.1909-cu il tarixdə doğulmuş Bəhrəgül Əbətalib qızının Ərizəçi nənəsi, xx.xx.1982-ci il tarixdə ölmüş atası - Fətdarbəy Mirzəbəy oğlunun isə anası olması faktı müəyyən edilmişdir. Balaxanı qəsəbəsi, Yaroslasvski küçəsi, döngə 2, ev 1 ünvanında yerləşən ev Bakı şəhər X6 İcraiyyə komitəsinin Texniki İnvertarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” Texniki Pasportuna əsasən Bəhrıgül Abutalıb qızı və Fətdarbəy Mirzəbəy oğlunun adınadır. Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Texniki Pasportda göstərilən evin ünvanın «ünvan 4lmişdir. Ərizəçinin xx.xx.2022-ci il tarixli müraciəti əsasında 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində xx.xx.1982 -ci il tarixdə X3 adına V-155/2022 saylı vərəsəlik işi açılmışdır. Vərəsəlik işini açmış notarius Sidqi Həbibbəyli tərəfindən ərizəçiyə verilmiş xx.xx.2022-ci il tarixli 578 №-li məktubda mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyinə görə müddətin uzadılması barədə faktiki olaraq məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan ərizəçinin adında 0,12 ha torpaq sahəsinin olduğu görünür. Hazırda ərizəçi notariusun həmin imtinasının əsassız hesab edilməsini xahiş edir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, ərizəçi miras əmlak olan evdə qeydiyyatdadır, o, doğulduğu gündən bu günədək həmin evdə yaşayır, onun adında torpaq sahəsindən başqa yaşamağa yararlı ev yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdirmiş, bu əsasdan miras onun tərəfindən qəbul edilmiş sayılır və müddətin uzadılmasına zərurət yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 10-cu bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2***-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Göründüyü kimi, mirasın ərizəçi tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunur, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 1 barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasının əsassız hesab edilsməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəylinin Bakı şəhəri, Balaxanı qəsəbəsi, C.Cahangirov küçəsi, döngə 2, ev 1 barədə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinasının əsassız hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4155/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4155/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver