Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4174/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı “yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqları bərpa edilməsi, Bakı şəhəri, sabunçu rayonu, Pirşağı bağlar massivi 555F ünvanında yerləşən abonenet kodu **********00003 olan mənzilə əsassız olaraq borc kimi yazılımış 1276.92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu Pirşağı bağlar massivi 555F ünvanında yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərimin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00003 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə qaz sərfi tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. xx.xx.2024-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən həmin ünvanına verilən bildiriş-xəbərdarlıq qəbzindən məlum oldu ki, X2 yekun borc kimi qəbzdə 1276.92 manat borc göstərilmişdir. Bildirir ki, o hüquqi şəxs deyil, mənzilində qeyri qanuni istixanalar yerləşmir, bu baxımdan qaz sərfinin bu dərəcədə şişirdilmiş rəqəmdə göstərilməsi inandırıcı və ədalətli deyil. Qaz sayğacında yaranmış nasazlıqlar səbəbindən qaz sərfinin yüksək göstərilməsinə görə mən məsuliyyət daşımalı deyiləm. Qeyd etmək istəyir ki, qaz sayğacı üzəri örtüksüz olduğundan illərdir günəş və yağışın təsirindən daxili zədələnmələr səbəbindən qaz sərfini artıq göstərə bilər. Lakin bu əsas vermir ki, cavabdeh X2 sayğaca müdaxilə və zədələnmə hallarını araşdırmadan bildiriş-xəbərdarlıq qəbzində şişirdilmiş məbləğdə 1276.92 manat borc məbləğinin ödənilməsini tələb etsin. Cavabdeh X2 borc yazarkən inandırıcı rəqəmdə borc tələb etmək üçün qaz sayğacına əvvəlcə baxış keçirməli olduğu halda, baxış keçirməmiş və qaz sayğacının qüsursuz işləməsi barədə əsas kimi Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyinə istinad etməli olduğu halda bunu da etməmiş və əsassız olaraq borc ödənilməsi ilə bağlı ünvanına bildiriş-xəbərdarlıq qəbzi göndərmişdir. Ümumiyyətlə yaşadığı ünvana xx.xx.2024-cü il tarixə kimi əlavə borcun olması ilə bağlı bildiriş-xəbərdarlıq qəbzi və ya azərqazın hər hansı bir əməkdaşı göndərilməmiş, nə də o harasa dəvət olunmamışdır. 1276.92 manat borc məbləğində pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır.Bir daha bildirmək istərdim ki, ünvanımda olan qaz sayğacı çıxarılıb istismar Sahəsinin əməkdaşları tərəfindən olunması aşkar edilməmiş, sayğacın qüsursuz işləməsi və ya ona müdaxilə olunması Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı ilə müəyyən edilməmişdir. Ona görə də hesab edirəm ki, əsassız olaraq borc kimi yazılmış olan 1276.92 manatın X2 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir cavabdeh təşkilat tərəfindən onun ünvanına quraşdırılmış sayğacda sızma olduğunu, sızmanın 2024-cü ilin may əyindən əvvəl olduğunu, sızma ilə Azərqaza məlumat verdiyini lakin məlumatı rəsm deyildə telefon vaistəsi ilə verildiyini iddia tələbinin təmin edilməsini məhkəmədn xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği iddiaçının sırf sayğac vasitəsilə istifadə etdiyi təbii qazın dəyəridir və onun tərəfindən ödənilməlidir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan **********00003 nömrəli (İddiaçı) abonentin saldosundan görünür ki, Bakı şəhəri, sabunçu rayonu, Pirşağı bağlar massivi 555F ünvanında yerləşən abonenet ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2023-cü ilin may ayından 2023-cü ilin dekabr ayınadək qaz sərfiyyatından istifadəyə görə 572.88 manat, yeni tarif keçidi ilə əlaqədar isə 132.16 manat borcunun yarandığını, qeyd edilən borcdan həmin ilin sonunadək 323.12 manat ödəniş olduğunu, 2024-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayının sonunadək 1161.05 manat sərfiyyat borcu, 133.95 manat isə həmin tarixədək yeni tarif keçidi ilə əlaqədar borcun yarandığını qeyd edilən borcdan 400 manat ödəniş olduğu müəyyən edilir. (572.88+132.16+1161.05+133.95-323.12- 400=1276.92 manat) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə işin mübahisə olmayan halı ondan ibarətdir ki, iddiaçı silinməsini tələb etdiyi borc məbləği iddiaçının 2023-cü ilin may ayından 2024-cü ilin aprel ayınadək yaranmış sərfiyyat borcudur. İddiaçı qeyd edilmiş sərfiyyat borcunun yaranmasına əsasın onun ünvanına quraşdırılmış sayğacda sızma olduğu ilə əlaqələndirsədə bu halı sübuta yetirə bilməmiş, həmçinin sayğacda sızma olduğunu bildiyi halda adiyyatı orqanlara hansı səbəbdən rəsmi qaydada müraciət etmədiyini məhkəmədə izah edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4174/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4174/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver