Məhkəmə qərarları › İş №2(008)-4184/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4184/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4184/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri 4 saylı Maraqlı şəxsndə notariat ofisinin maraqlı şəxs qismində göstərildiyi, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, X11ndan atası X6 miras qalmış və vəfat etmiş atasından da ona miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, miras əmlak olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin atası X3 atası (ərizəçinin babası) Nurbala Söhrab oğlundan qəbul etməsi faktının və həmin miras əmlakın atası X2 qəbul etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evi X11nun adınadır. Bu barədə babasının adına Bakı şəhəri X15 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1977-ci ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasportu verilmişdir. X11 xx.xx.2005-ci ildə vəfat etmişdir. Babasının vəfatından sonra həmin ev atası X6 miras qalmış, atası ailəsi ilə birlikdə orada pasport qeydiyyatında olub yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Atası isə xx.xx.2017-ci ildə vəfat etmişdir. O, həmin evdə doğulmuş və bu günə qədər həmin evdə yaşayır və orada pasport qeydiyyatındadır. Kommunal ödənişləri özü ödəyir. Babasından qalan mirsa əmlakı atası sağlığında adına keçirməmişdır, atasının vəfatından sonra babasından atasına düşən payı o, öz adına keçirmək istəyir. Hal-hazırda o, babasından miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyir. Bununla bağlı o, 4 saylı Bakı Maraqlı şəxsndə Notariat ofisinə ərizə ilə müraciət edərək onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin oradan ona imtina edilərək bildirilmişdir ki, mirasın qəbul edilməsi üçün müddət onun tərəfindən buraxılmışdır. Ona görə də, ona vərəsəlik haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, o, babasından qalmış miras əmlaka sahiblik edir, əmlakı faktiki olaraq idarə edir və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirir. Ona görə də, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunanlara əsasən ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsin nümayəndəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin anasıdır. O, həmin evə gəlin gəlmişdir, o zaman evdə qayınatası, qayınanası, qaynı və əriylə o yaşayırmışlar. Sonra qayınatası və qayınanası rəhmətə getmiş, orada ancaq övladları, özü və əri qalmışlar. Oğlu Teymur ailə qurduqdan sonra evi bölərək iki otaq onlara vermişlər, iki otaq isə onda qalmışdır. Ünvanları eynidir, sədəcə ortadan hasar çəkmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, həmin evin həyətində doğulmuş, o həyətdən gəlin getmişdir. Başqa ünvanda yaşayır, lakin hazırda Teymurgildə qonaq kimi qalır. Nurbala ilə o, əmi uşaqları olmuşlar. Həmin ev Nurbalanın evidir. Tofiq də həmin evdə yaşamışdır, amma Teymur həmişə babasının yanında qalaraq ona baxmışdır. Evlə bağlı mübahisələri yoxdur, hər kəsə məlumdur ki, ev Teymurundur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçilərin qonşusudur, uşaqlıqdan Teymuru tanıyır, bir məhlədə böyümüşlər. Teymur həmişə həmin evdə yaşamış, ailə qurandan bugünədək də həmin evdə yaşayır. Həmin evdə əvvəl Teymurun babası yaşamış, ondan sonra Teymurun atası Tofiq əmi yaşamış, Teymur da onlarla birlikdə qalmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilən: - İİ-УЧ 084685 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1958-ci il tarixdə doğulmuş, atası Nurbala Söhrab oğlu, anası X14. - İİ-ЖГ 305720 seriya nömrəli nikahın bağlanmasi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X10 xx.xx.1979-cu il tarixdə nikaha daxil olmuşlar. - Vİ-ЖГ 299028 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi atası X7, anası X5. - Bakı şəhər X1 İcraiyyə Komitəsinin 2 nömrəli xx.xx.1977-ci il tarixli çıxarışından görünür ki, Balaxani qəsəbəsi, Trudavoy küçəsi ev 7 ünvanındakı mülk 1/2 hissədə Nurbala Söhrab oğlunun və Nadir Söhrab oğlunun, 1/2 hissədə Gülmasibov Cahangir oğlunun mülkiyyətindədir. - Bakı şəhəri Sabunçu rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nurbala Söhrab oğlu xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 4 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri 4 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20-bala oğlu xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 283 nömrəli tədiyyə bildirişdən görünür ki, Ərizəçi Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi ev 7 ünvanında yerləşən torpaq sahəsi və əmlaka görə 5,40 manat məbləğində verginin 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. - xx.xx.2016-ci il tarixli 33678832 nömrəli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, Salahov küçəsi ev 7B xidməti ünvanına aid olan müqavilənin tərəfləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu rayon Sukanal İdarəsinin rəisi Fərmayıl Vəliyev və Ərizəçidur. - xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il vəxx.xx.2025-ci il tarixli “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Sabunçu rayon Sukanal İdarəsinin hesab fakturalarından görünür ki, 33678832 nömrəli müqaviləyə əsasən abonent kodu **********000 olan ünvan 3 ünvanına məxsus istehlak edilmiş su ilə bağlı ödənişlər Ərizəçi tərəfindən edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 207 nömrəli tədiyyə bildirişdən görünür ki, Ərizəçi Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi ev 7 ünvanında yerləşən torpaq sahəsi və əmlaka görə 31 manat məbləğində verginin ödənilməsi tələb olunmuşdur. - xx.xx.2017-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Söhrabov X8 bələdiyyəsinin hesabına 31 manat əmlak vergisi ödənişi edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 59 nömrəli tədiyyə bildirişdən görünür ki, Ərizəçi Balaxanı qəs, Q.Salahov küçəsi ev 7 ünvanında yerləşən torpaq sahəsi və əmlaka görə 15,60 manat məbləğində verginin ödənilməsi tələb olunmuşdur. - xx.xx.2019-cu il tarixli ödəniş qəbzlərindən görünür ki, Söhrabov X8 bələdiyyəsinin hesabına 16 manat əmlak vergisi ödənişi edilmişdir. - Azərbaycan Respublikası Balaxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi ünvanında vergi ödəyicisi Ərizəçidur. - Azərbaycan Respublikası Dövlət Arxiv idarəsinin xx.xx.2017-ci il tarixli 43 saylı məktubdan görünür ki, ərizəçinin xx.xx.2017-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1930-cu ilə dair Bakı şəhəri Lenin rayonu üzrə doğum haqqında bərpa kitablarında 10 iyun 1928-ci ildə doğulan Nur Bala (sənəddə olduğu kimi) Sehrab (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası Sehrab (sənəddə olduğu kimi) Təhşasib oğlu, anası X19. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş Nurbala Söhrab oğlunun miras əmlakına dair vərəsəlik işinin açılıb-açılmadığı barədə məlumatın istənilməsi ilə əlaqədar Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, dövlət notariat arxivində və «Elektron notariat» informasiya sistemində Nurbala Söhrab oğlunun hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. - Sabunçu Rayon İcra Hakimiyyəti başçının Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 1271 saylı məktubdan görünür ki, xx.xx.2017ci il tarixdə vəfat etmiş ərizəçinin atası X3 atası xx.xx.2005-ci il tarixdə vəfat etmiş Nurbala Söhrab oğlunun adına V-150/2025 saylı vərəsəlik işi açılmışdır. Ərizəçinin atası X3 atası Nurbala Söhrab oğlundan mirası qəbul etmə faktı və onun öz atasından mirası qəbul etmə faktı müəyyən olunmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən mirasın faktiki qəbulu ilə bağlı sübutlar olmadığından ərizəçinin atası X3 atası Nurbala Söhrab oğlundan mirası qəbul etmə faktı və onun atasından mirası qəbul etmə faktı ilə bağlı məhkəməyə müraciət etməlidir. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər X1 İcraiyyə Komitəsinin 2 nömrəli xx.xx.1977-ci il tarixli çıxarışına əsasən, Balaxanı qəsəbəsi, Trudavoy küçəsi ev 7 ünvanındakı mülk (indiki Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evi) 1/2 hissədə Nurbala Söhrab oğlunun və Nadir Söhrab oğlunun, 1/2 hissədə Gülmasibov Cahangir oğlunun mülkiyyətinə verilmişdir. Nurbala Söhrab oğlu xx.xx.2005-ci ildə vəfat etmişdir. Oğlu (ərizəçinin atası) X7 həmin əmlakdan istifadə etməklə, orada yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmişdir. X7 isə xx.xx.2017-ci ildə vəfat etmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən, ərizəçinin anası X9 xx.xx.1979-cu il tarixdə nikaha daxil olandan həmin evə gəlin köçmüş, Ərizəçi xx.xx.1980-ci ildə həmin evdə doğulmuşdur. Ərizəçi bugünə qədər həmin evdə yaşayır və orada qeydiyyatdadır. Kommunal ödənişləri özü ödəyir. Babasından qalan mirsa əmlaka dair atası vərəsəlik hüququ haqqında şəhadətnamə almasa da, faktiki olaraq istifadə edir. Onun Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evindən faktiki istifadə edib, idarə etməyə faktiki başlaması, bununla mirası qəbul etməsinin şəksiz nümayiş etdirməsi faktı aşkardır. Belə olan halda, məhkəmə hesab edir ki, təmin olunması üçün kifayət qədər əsaslar mövcud olduğundan, ərizə təmin edilməli, ərizəçinin X11ndan miras qalmış Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin ərizəçinin atası X7 tərəfindən və həmin miras əmlakın Ərizəçi tərəfindən atası X2 qəbul edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçinin X11ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsində yerləşən 7 saylı fərdi yaşayış evinin ərizəçinin atası X7 tərəfindən və həmin miras əmlakın Ərizəçi tərəfindən atası X2 qəbul edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar