Məhkəmə qərarları › İş №2(008)-4185/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4185/2025

12.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4185/2025 12.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon F.Bayramov adına 22 saylı Tam Orta Məktəbə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon F.Bayramov adına 22 saylı Tam Orta Məktəbə qarşı “əmək kitabçasına düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək kitabçasında dəyişiklik edərək işdən çıxarılması barədə qeydlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 "ç" maddəsinə uyğun olaraq aparılması və elektron informasiya sistemində daxil edilməsi cavabdeh Sabunçu rayon F.Bayramov adına 22 saylı tam orta məktəbə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə həmin məktəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ç maddəsinə əsasən, işdən azad olunmuşdur. Bu barədə məktəbin direktoru tərəfindən əmək kitabçasına 70 ç maddəsi ilə bərabər mövzudan kənar, şərəf və ləyaqətini alçaldan qeydlər aparılmışdır ki, bu da onun gələcəkdə yeni əmək müqavilələri bağlayaraq işə daxil olmağına mane olur. Gələcəkdə yeni işə götürənlər tərəfindən ona qarşı ikrah hissi oyadır. Əmək hüquqları kobud surətdə pozulur. Əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə qeyd edilmişdir ki, “əmək müqaviləsinə xitam verilməsi barədə məktəbin fiziki tərbiyə müəllimi əmək fəaliyyətinda yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, məktəbin işgüzar nüfuzuna və müəllim adına müntəzəm xələl gətirdiyinə, edilmiş xəbərdarlıqlardan və intizam tənbehi tədbirlərindən heç bir nəticə çıxarmadığına, Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının tələblərinin, müəssisədaxili intizam qaydalarının, Azərbaycan Respublikası Elm ve Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2014-cii il tarixli, 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş, "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud surətdə pozduğuna, xx.xx.2023-cii il tarixində Xəzər TV kanalının "Xəzər Xəbər" proqramının saat 21:00-dakı buraxılışına videogörüntü göndərib, müsahibə verərək guya 9e sinfinin şagirdi X1 direktorun sifarişi ilə ”2" qiymətin yazılması və bu səbəbdən şagirdin özünü 2-ci mərtəbədən atması kimi böhtanın kütləvi informasiya vasitələrində yaydığına görə, "Müəllimlərin etik davranış qaydaları"nın 2.1.1; 2.1.2; 2.1.3; 2.1.4; 2.1.7; 2.1.8; 3.8; 3.9; 3.10; 3.11; 3.12 bəndlərini əsas götürərək Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin X3 razılığını nəzərə alaraq Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilsin. Əsas: Azərbaycan Respublikası ETN xx.xx.2014-cii il tarixli 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları ", məktəb direktorunun 712 nömrəli xx.xx.2023-cü il tarixli təqdimatı, X3 xx.xx.2023- cii il tarixli 04 saylı Protokolundan Çıxarış, Xəzər TV kanalında yayımlanan videogörüntii, aktlar, izahatlar, sosial şəbəkə saytlar linkləri, Azərbaycan Respublikası Əmək Məcəlləsi. Direktor: Azər Ələkbərov ” o dəfələrlə əmək kitabçasında aparılan qanunsuz qeydlərə düzəliş edilməsi barəsində məktəbə müraciət etsə də, heç bir nəticə olmamışdır. Cavabdehin hərəkəti (hərəkətsizliyi) qanuna ziddir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Yəni əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək məcəlləsinin maddəsini göstərmək kifayət edir. Digər şəxsi məlumatların əmək kitabçasında göstərilməsi əmək münasibətlərinə ziddir və işçilərin alçaldılmasına gətirib çıxarır. Nəticədə digər eyni əsaslarla işdən çıxan işçilərlə qeyri bərabər vəziyyətə salır. Bundan əlavə əmək kitabçasının bu formada doldurulması əmək fəaliyyəti ilə məşğul olmasına maneələr törədir. Əmək kitabçasında bu yazıları görən hər bir işəgötürən onun əmək qabiliyyətini və şəxsiyyətini şübhə altına alır. Məhkəməyə müraciətin qanunvericiliklə tənzimlənməsi, o cümlədən məhkəmə nəzarəti hüququnun həyata keçirilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv etməməli və ya azaltmamalı, onların mümkün məhdudiyyətləri mütənasib olmalı və konstitusiya dəyərlərini qorumaq zərurətlə şərtlənməlidir. Yuxarıda şərh etdiyi acınacaqlı vəziyyətin yaranmasında günahkar sırasında ilk növbədə Sabunçu rayon Firuz Bayramov adına 22 saylı tam orta məktəbin rəhbər heyəti dayanır. Belə ki, cavabdeh tərəfindən əmək kitabçasına düzəliş etməməsi ona yuxarıda göstərilən qanunlara, Beynəlxalq hüquq normalarına ziddir, qanunların düzgün dərk edilməməsi ilə və ya qəsdən nəzərə alınmaması ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan xx.xx.1995-ci il tarixli İddiaçı məxsus ******* nömrəli Əmək Kitabçasının 10-cu səhfəsində olan xx.xx.2023-cü il tarixli 726 nömrəli əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə məktəbin işgüzar nüfuzuna və müəllim adına müntəzəm xələl gətirdiyinə, edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə çıxarmadığına, AR Konstitusiyasının tələblərinin müəssisə daxili intizam qaydalarının AR ELM və Təhsil Nazirliyi Kollegiyasının xx.xx.2014-cü il tarixli 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud surətdə pozduğuna, xx.xx.2023-cü il tarixində “Xəzər TV” kanalının “Xəzər Xəbər” proqramının saat 21:00-dakı buraxılışına videogörüntü göndərib müsahibə verərək, guya 9 f sinfinin şagirdi X1 direktorun sifarişi ilə “2” qiymətin yazılması və bu səbəbdən şagirdin özünü 2-ci mərtəbədən atması kimi böhtanın kütləvi informasiya vasitələrində yaydığına görə “Müəllimlərin etik davranış qaydaları” nın 2.1..1,2.1.2, 2.1.3, 2.1.4, 2.1.7, 2.1.8, 3.8, 3.9, 3.10, 3.11, 3.12 bəndlərini əsas götürərək Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin X4 razılığı nəzərə alaraq Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilsin. Əsas: AR ETN xx.xx.2014-cü il il tarixli ½ nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimllərin Etik davranış qaydaları” məktəb direktorunun 712 nömrəli xx.xx.2023-cü il tarixli təqdimatı X3 xx.xx.2023-cü il tarixli 04 saylı X2 TV Kanalında yayımlanan videogörüntü Aktlar izahatlar sosial Şəbəkə saytlar linkləri AR Əmək Məcəlləsi. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/10/2025-00151 nömrəli, xx.xx.2025-ci il tarixli arayışa əsasən iddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçt və kargüzarlıq xərci ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məccəlləsinin 84-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir; işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Əmək Məccəlləsinin 84-cü maddəsinin 2-ci bəndin əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndin əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci bəndin əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndin əsasən işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarının 3.2-ci bəndində göstərilir ki, İşəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır: 2-ci bölmədə – əmək kitabçasının seriya nömrəsi, təsdiqedici sənədlərə əsasən işçinin soyadı, adı, atasının adı, doğulduğu tarix (gün, ay, il), təhsili (o cümlədən başa çatdırılmamış), peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası verən məsul şəxsin imzası. Bu məlumatları işçi imzası ilə təsdiq edir; 3-cü bölmədə – 1-ci qrafada daxil edilən qeydin sıra nömrəsi, 2-ci qrafada işçinin işə qəbul edildiyi, başqa daimi işə keçirildiyi və işdən çıxarılmasının əsası göstərilməklə əmək müqaviləsinə xitam verildiyi tarix (gün, ay, il), 3-cü qrafada başlıq formasında işəgötürənin tam adı, işçinin peşəsi (vəzifəsi), təyin edildiyi struktur bölmə, 4cü qrafada qeydin əsası (sənəd, onun tarixi və nömrəsi). İşəgötürənin, onun struktur bölmələrinin, peşələrin (vəzifələrin) adlarında dəyişikliklər olduqda əmək kitabçasında müvafiq dəyişikliklər işəgötürənin əmrinə (sərəncamına, qərarına) əsasən aparılır. Həmin Qərarın 3.5-ci bəndində göstərilmişdir ki, Əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Həmin Qərarın 3.6 və 3.7-ci bəndlərində göstərilmişdir ki, işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. Bu hallar işçi iş yerini dəyişdikdən sonra aşkar olunduqda yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi kömək göstərməlidir. Əmək kitabçasında və onun əlavə içliyində 3-cü bölmədə qeydin dəyişdirilməsi zəruri olduqda onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 11.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəlləsinin 13.5-ci maddəsinə əsasən Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Bundan əlavə, qanunvericilikdə əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmununun konkret forması qeyd edildiyindən, bu şərtlərlə əməl olması imperativ xarakter daşıyır. Beləliklə mülki işin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu F.Bayramov adına 22 nömrəli tam orta məktəbdə Ali təhsilli fiziki tərbiyə müəllimi ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon 22 saylı Tam orta Məktəbin direktoru Azər Ələkbərov İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70 “ç”–işçi öz əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə maddəsinə əsasən xx.xx.2023cü il tarixdə xitam verilməsinə dair əmr vermişdir. İddiaçıya məxsus əmək kitabçasının 12ci səhfəsindən görünür ki, işçi ilə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr-ə dair qeyd iddiaçıya məxsus əmək kitabçasınının 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci səhvlərini əhatə etmişdir. Sözügedən qeyd ilə tanış olarkən müəyyən edilir ki, qanunvericilik ilə müəyyən edilən qayda ilə yanaşı (Əmək Məcəlləsinin 87.2-ci maddəsi) işçinin bu əmri verilməsinə əsas olmuş bütün hallar ətraflı şəkildə əmək kitabçasında qeyd edilmişdir. Məhkəmə ilk öncə onu diqqətə çatdıraraq qeyd edir ki, qanunvericilik ilə sözügedən qeydin aparılmasına dair məhdudiyyətlərin olması müəyyən edilməsə belə, hüququn ümumi mənasından habelə ümumi qəbul edilmiş işgüzar adətlərdən müəyyən edilir ki, əmək kitabçasının mövcudluğu işçinin əmək fəaliyyətinə dair məlumatların qeyd edilməsinə dair ilkin bir vaistədir - işçinin hansı dövürdə harada işləməsini, hansı əsaslar ilə işdən azad edilməsinə dair qisa məlumatlar bazasıdır. Əmək Məcəlləsinin müvafiq müddaları ilə də müəyyən edilir ki, işçi işdən azad olunarkən buna dair əsaslandırılmış əmr tərtib edilir. Beləliklə, məhkəmə hesab edir ki, işçinin işdən azad olunmasına dair əmrin mətninin işçiyə məxsus olan əmək kitabçasına qeyd formada deyildə, bötüvlükdə köçürülməsi qanunvericiliyə zidd olduğundan iddia tələbi tamin edilməli, İddiaçı məxsus ******* nöməli əmək kitabçasının 12-ci səhfəsində yerləşən xx.xx.2023-cü il tarixli, 726 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair əmrinə dəyişiklik edilməli, əmrin məzumunu işçinin işdən çıxarılmasına dair verilmiş əmrin tarixi, əmrin nömrəsi və işçinin işdən çıxarılma əsası göstərilməklə və elektron informasiya sisteminə daxil edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ******* nöməli əmək kitabçasının 12-ci səhfəsində cavabdeh Bakı şəhəri, Sabunçu Rayon F.Bayramov adına 22 saylı tam orta məktəb tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli, 726 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair qeydə dəyişiklik edilərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin tarixi, nömrəsi və işçinin işdən çıxarılma əsası göstərilməklə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilsin. Qeyd edilmiş dəyişikliklərin aparılması cavabdeh Bakı şəhəri Sabunçu Rayon F.Bayramov adına 22 saylı tam orta məktəbə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar