Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4186/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X29 qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi olmaqla "hüquqi faktının müəyyən edilməsinə dair” mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi olmaqla "hüquqi faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi və məhrum X9nun mərhum nənəsi X1 oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 (doqquz) otaqlı, 2 (iki) mərtəbəli fərdi yaşayış evi 1930-cu ildə inşa edilmişdir və həmin evə dair 1963-cü il tarixdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Texniki Pasportda ev sahibləri kimi Gülnaz Əhmədxan qızı və nənəsi (mərhum X14 anası) mərhum X1 adı qeyd edilmişdir. Həmin evin 1-ci mərtəbəsində yerləşən 4 (dörd) otaqdan 2 (iki) otağı Gülnaz Əhmədxan qızına, yerdə qalan 2 (iki) otağı nənələri mərhum X1, 2-ci mərtəbədə yerləşən 5 (beş) otaqdan 2 (iki) otağı Gülnaz Əhmədxan qızının və yerdə qalan 3 (üç) otağı isə nənəsi mərhum X2 məxsus olmuşdur. Nənəsi mərhum X4 vəfat etdikdən sonra həmin evin nənəsinə məxsus 5 otağı (1-ci mərtəbədə 2 otaq, 2-ci mərtəbədə 3 otaq) miras əmlak kimi faktiki olaraq X9 tərəfindən qəbul edilmiş, X19 vəfat etdikdən sonra həmin ev ərizəçilər tərəfindən Ərizəçi2 tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilmişdir və 60 (altmış) ildən artıqdır həmin evdə yaşayırlar. Sözügedən evin bütün vergi və kommunal ödənişləri (qaz, su, işıq) onalar tərəfindən ödənilmişdir. Uzun müddətdir ki, müvafiq fərdi yaşayış evinin onlara məxsus hissəsi təyinatına uyğun olaraq tərəflərindən mübahisəsiz olaraq istifadə olunur, vergi və ödənişlər vaxtlı-vaxtında ödənilir, həmin yaşayış evi onların həm qanuni, həm də faktiki mülkiyyətlərindədir. Halhazırda sözügedən ünvanda yerləşən evin mərhum nənəsi X2 (mərhum X14 anası) məxsus olan 5 (beş) otağını vərəsəlik qaydasında daşınmaz əmlakın dövlət reyestrində öz adlarına rəsmiləşdirmək istəyirlər. Bu səbəbdən də, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X2 (atası mərhum X14 anası) məxsus olan 5 (beş) otağını və evin yerləşdiyi 412,5 kv.m torpaq sahəsinin qanuni istifadələrində olan hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə mərhum X1 adına qeydiyyata alınaraq buna dair arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada müraciət edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli, 3-213-30/2-A1030/xx-xx/2023 **********860 nömrəli imtina məktubunda “qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı təqdim edilmiş texniki pasportda adı göstərilən hüquq sahiblərindən biri X5 ilə əlaqəli sənədin (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair məktub) təqdim edilmədiyi” qeyd edilmişdir. Hal-hazırda sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin mərhum X3 məxsus olan 5 (beş) otağının vərəsəlik qaydasında sənədləşdirilməsi ilə bağlı vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair məktubun verilməsinə dair tərəflərindən aidiyyəti üzrə 4 saylı Bakı Maraqlı şəxs notariat ofisinə və Sabunçu Rayon Notariat Ofisinə dəfələrlə həm şifahi, həm də rəsmi qaydada müraciətlər edilmişdir. Lakin notarius tərəfindən, mərhum nənələrinə məxsus olmuş sözügedən evin vərəsəlik qaydasında adlarına rəsmiləşdirilməsi üçün 1933-cü ildə doğulmuş mərhum X9nun doğum haqqında şəhadətnaməsinin təqdim edilməsinin zəruriliyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına dəvət olunmuş şahid X7 ifadəsində X14 onun dayısı, nənəsinin adının Bəyimxanım olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin zahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 sentyabr 1964-cü il tarixdə doğulmuşdur. X9, anası X15r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1970-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 28 noyabr 2023-cü il tarixli, 3-16-5/8-15-2445/2023 nömrəli arayışdan görünür ki, X19 və X20 nikahı haqqında xx.xx.1961-ci il tarixdə 1086 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Sabunçu rayon Qeydiyyat şöbəsi. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arva Abdullayeva soyadı verilmişdir. Qeyd: xx.xx.2006-cı ildə vəfat etmiş S.Ərizəçi2 ölümü xx.xx.2006-cı il tarixdə 1384 nömrəli akt qeydi ilə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Qeyd: xx.xx.1995-ci ildə vəfat etmiş S.İ.Abdullayevanın ölümü xx.xx.1995-ci il tarixdə 54 nömrəli akt qeydi ilə Sabunçu rayonu, Balaxanı qəsəbə icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunan nikah haqqında şəhadətnamədən görünür ki, X11 və X8 16 sentyabr 1983-cü il tarixdə 861 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Ərə Abasov, arvada Abasova soyadı verilmişdir. İş materiallarına əlavə olunan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 iyul 1989-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 23 noyabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla Ərizəçi1 bildirilmişdir ki, elektron kadstr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı təqdim edilmiş texniki pasportda adı göstərilən hüquq sahələrindən biri X5 ilə əlaqəli sənəd (vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsinə dair) məktub təqdim edilməmişdir. İş materiallarına əlavə olunan НЗ seriyalı ******* nömrəli Hərbi biletin surətindən görünür ki, X19 01 may 1933-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Arxivinin 22 noyabr 2023-cü il tarixli, 3-48-DA/2-A-02394/2023 nömrəli cavab məktubundan Ərizəçi1 bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Lenin (Sabunçu) rayonu və qismən qəbul olunmuş Balaxanı qəsəbəsi doğum haqqında qeydiyyat kitablarında X14 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Dövlət Arxivinin 04 iyul 2024-cü il tarixli, 3-48-DA/2-A-386/2024 tarixli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1933-cü ilə dair Lenin (Sabunçu) rayonu və Balaxanı kəndi üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X14 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. İş materiallarına əlavə olunan X6 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16- 5/4-13-5604/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən X6 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və X6 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri X6 reyestri xidmətinin və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Göstərilənlərə əsasən S.Abdullayevin doğumu haqqında sənədin əldə olunması üçün Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə oedilmişdir. 05 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində ərizəçilərin qonşuları olduğunu, evləri dədə-baba müki olduğunu, Bəyim Xanım nənində göz açandan orada gördüyünü, həmçinin X24ynı arvadı olduğunu bildirmişdir. 05 avqust 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində Bəyim Xanım nənənin həyətində böyüdüyünü, onu yaxından tanıdığını, Abdullayev Sabirin iki qardaşını – Mirzə və Faiqi tanıdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları muəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcələnin 308-ci maddəsinə əsasən isə məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcələnin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakilar aiddir: həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması, hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması, hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Ali məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmişdir ki, Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Belə olduğu halda məhkəmə hesab edir ki ərizə əsaslı və qanuni olduğundan təmin edilməli, X19, X1 övladı olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Gösətrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 X9nun, X1 övladı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4186/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4186/2024
22.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver