Məhkəmə qərarları › İş №2(008)-4187/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4187/2025

08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4187/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evdən Cavabdeh və qeyrilərinin əşyaları ilə birlikdə çıxarılmaqla boşaldılması, vurulmuş 3000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh, oğlu X4 ilə evləndikdən sonra onların mənzil şəraitini yaxşılaşdırmaq və rahat yaşayışlarını təmin etməkdən ötrü şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evi onların müvəqqəti istifadəsinə vermişdir. Sonradan onlara Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ayrıca ev almış, lakin cavabdeh və ailəsi həmin evə köçməkdən müxtəlif bəhanələrlə imtina etmişdir. Onun şəxsi mülkiyyətində olan evi boşaltmaqla, çıxması barədə tələblərinə məhəl qoymamış və həmin evi yandıracağı ilə hədələmişdir. Cavabdeh idiaçının evi dərhal könüllü boşaltması barədə göndərdiyi təklifini 28 fevral 2025-ci il tarixdə qəbul etsə də, evi boşaltmaqdan imtina etmişdir. İddiaçının oğluna qarşı “nikahın pozulması və aliment” barədə qaldırdığı iddia tələbinə Sabunçu Rayon Məhkəməsində baxılaraq 2(008)-2347/2025 nömrəli, xx.xx.2025ci il tarixli Qətnamə ilə təmin edilmişdir. Onun həmin evə rəsmi qeydiyyatı yoxdur. Cavabdeh məqsədi onun mülkiyyətində olan evi ələ keçirmək, orada öz istədiyi kimi yaşamaq və özününküləşdirməkdir. O şəhid atasıdır. Həm özü, həm də həyat yoldaşı xəstə olduqlarından, davamlı müalicələri üçün maliyyə vəsaitinə ehtiyacları yaransa da, cavabdeh illər ərzində onların tələblərinə baxmayaraq mülkiyyətində olan məzili boşaltmamış və iddiaçı evi kirayə verərək müəyyən xərclərini qarşılaya bilsin. Hal-hazırda öz mülkiyyətində olan evdə yaşamaq istəyir və buna cavabdeh imkan vermir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı 3000 (üç min manat) maddi zərərə düşmüşdür. İddiaçı mülkiyyət hüququnun pozulması səbəbindən əmlakından və real faydadan məhrum olmuşdur. Onun qanunsuzluğu və özbaşınalığı səbəbindən dərin sarsıntı keçirərək mənəvi zərərə də uğramışdır. ünvan 2 ünvanda yerləşən ev onun şəxsi mülkiyyətindədir və bununla bağlı AR DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi Çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh özbaşınalığından və qanunsuz hərəkətlərindən şəxsi mükiyyətində olan mənzildə yaşaya və istədiyi kimi müstəqil sərəncam verə bilmir. Odur ki, Cavabdeh qanusuz və özbaşına hərəkətlərinə son qoyulmalı, ona məxsus evi dərhal boşaltmalıdır. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvandan Cavabdeh, uşaqları X9, X7, X5 çıxarılması, mənzilin tamamilə boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 03 iyun 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehlə oğlu Əliyev Mürsəl 2010-cu ildə nikaha daxil olduğunu, 2025-ci ildə nikahın pozulduğunu, əvvəl yataqxanada yaşadıqlarını, mübahisə gedən evi 10 sot torpaq sahəsində tikdiyini, cavabdeh 2010-cu ildə həmin evə gəlin gəldiyini, 2021-ci ildə isə ev üçün çıxarış əldə etdiyini, cavabdeh mülkiyyətinə ziyan vurduğunu, evdən çıxmamaqla hədələdiyini, 4-5 il olar ki Kürdəxanı qəsəbəsində yerləşən evi aldıqlarını, həmin evin oğlunun mülkiyyətində olduğunu iş yerinə uzaq olduğu üçün həmin evə köçmədiklərini, cavabdehin ona məxsus evin qapı-pəncərələrini sındırdığını bildirərək, iddia tələbini təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səid Rüstəmov küçəsi, ev 11H İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2347/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə, X4 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 518 nömrəli akt qeydi ilə tərtib olunmuş 26 may 2010-cu il tarixli nikahın pozulması, Cavabdeh ilə, X2 birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X9, 18 may 2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 iddiaçı Cavabdeh himayəsində saxlanılması, cavabdeh X1 iddiaçı Cavabdeh ilə cavabdeh X2 birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X6, 18 may 2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh xeyrinə hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli miqdarında sonrakı artımlara nəzərə alınaraq (400x0.5=200) aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli bildirişin (xəbərdarlıq) surətindən görünür ki, iddiaçı, Cavabdeh evdən çıxmasını və mənzilin boşaldılmasını tələb etmişdir. İş materiallarına əlavə olunan Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Səid Rüstəmov küçəsi, ev 11H ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə 85 000 (səksən beş min) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanunun maddəsindən və işin araşdırılan hallarından göründüyü kimi İddiaçı ünvan 1 mülkiyyət hüququ ilə ona məxsus olan əmlakından cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarından göründüyü kimi mənzilin mülkiyyətçisi ilə cavabdeh arasında hər hansı yazılı razılaşma olmamışdır. Həmin Məcəllənin 228.5-ci maddəsinin birinci cümləsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi və digər ailə üzvləri ilə ailə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətçinin keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2000-ci il sentyabrın 1-dən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh mübahisəli mənzilə 2010-cu il tarixdə iddiaçının oğlu Mürsəl Əliyevlə nikaha girərək köçmüş və tərəflər arasında olan nikah Sabunçu Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yaranmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cii maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə cavabdehin iddiaçıya məxsus olan mənzildə yaşamasına heç bir qanuni əsas yoxdur, onun mübahisəli mənzili tərk etməməsi iddiaçının mülkiyyət hüququ əsasında ona məxsus olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirməsinə mane olduğundan, mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmuş olduğundan tələb təmin edilməli, Cavabdeh, yetkinlik yaşına çatmayan övladları X9, X7, X8 onlara aid əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 2 nömrəli evdən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh, yetkinlik yaşına çatmayan övladları X9, X7, X8 onlara aid əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 2 nömrəli evdən çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar