Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4190/2021 13.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək azyaşlı oğlu X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 2014-cü ildə rəsmi nikaha girmiş, 02.09.2015-ci il tarixdə oğlu Yusif doğulmuşdur. Evləndikdən sonra gəlin gəldiyi evi kiçik olduğundan satmış və hazırki evi almışlar, cehiz əşyalarını da həmin evə yerləşdirmişdilər. 2020-ci ildə nikahları ləğv edilmiş, azyaşlı oğlu ilə birlikdə həmin evdən çıxıb valideynlərinin evində yaşayır. Evi könüllü surətdə deyil, cavabdehlərlə münasibətlərin kəskinləşməsi səbəbindən tərk etmişdir. Cehiz əşyaları həmin evdədir, onları götürməməyi ora geri qayıtmaq niyyətində olduğuna dəlalət edir. İddiaçı iddia ərizəsində cehiz əşyalarının siyahısını da vermişdir. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz verərək,qeyd etmişdir ki, hazırda iddiaçı cavabdehlərin ailə üzvü deyil, onun istəyi absurddur, ev özbaşına tiki olmaqla dövlət qeydiyyatnda keçməyi və belə evə köçürülmə qanunvericilikdə tənzimlənməyibdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, münasibətlər kəskinləşəndən sonra o, məcburən nənəsinin evinə köçmüş, orada ailə böyüdüyündən yaşamaq qeyri-mümkün olmüş, kirayə ev tutmağa maddi imkanı yol vermir. Hesab edir ki, oğlu ilə birlikdə mübahisəli evə köçürülməlidir və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil izahat verərək, qeyd etdi ki, iddiaçı evi könüllü tərk edib, heç kim onu qovmayıb, bir ildi başqa yerdə yaşayır, hesab edir ki, iddiaçı həmin evə olan bütün hüqüqlarını itirib və iddia rədd edilməlidir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). ünvan 1 ünvanında yerləşən ev (sonradan – mübahisəli ev) özbaşına tikilidir. Həmin evdə İddiaçı, onun oğlu X2 və Cavabdeh2 qeydiyyatdadılar (DİN tərəfindən verilmiş ******* №-li, 21.04.2021-ci il tarixli arayış). İddiaçı ilə Cavabdeh1 aralarında bağlanmış nikah Sabunçu rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Onların uşaqları X2 02.09.2015-ci il tarixdə doğlumuşdur. İddiaçı nikah pozulundan sonra oğlu ilə birlikdə evdən məcburiyyətdən çıxmış və nənəsinin evinə yerləşmişdir. Ona məxsus cehiz əşyaları mübahisəli evdə qalmışdır. Hazırda iddiaçı azyaşlı oğlu X2 ilə birlikdə mübahisəli evə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqularını itirməmiş valideynlərin yaşayış yeri sayılır; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd edildiyi kimi, iddiaçı məcburiyyətdən həmin evi tərk etmişdir, ona məxsus cehiz əşyaları bu günə kimi həmin evdədir, iddiaçı və uşağı həmin evdə qeydiyyatdadılar, bu müddət ərzində cavabdehlər həmin cehiz əşyalarının götürülməsini iddiaçıdan tələb etməmiş, onun istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı oğlu Yusif ilə birlikdə mübahisəli evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı azyaşlı oğlu X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış evinə köçürülsün. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4190/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4190/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver